Məhkəmə qərarları › İş №2(060)-271/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-271/2025

21.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-271/2025 21.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontoruna qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv ediləeək miras əmlakların əvvəlki hüquqi statusuna qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. X12 iddiaçının anasıdır. 16 fevral 2016-cı tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil və ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasının 5/8 hissəsi miras olaraq qalmışdır. İddiaçı idman müəllimi vəzifəsində işləyir. Anasının vəfatından qısa müddət sonra yarış üçün Türkiyə Respublikasına getmişdir. Keçən müddət ərzində ara-sıra Azərbaycana gedibgəlmişdir. Təxminən 2 aydır Azərbaycana qayıtmışdır. Qeyd edir ki, 5/8 hissəsi anasının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 28.12 kv.m olan qeyriyaşayış binasının məhz 1/8 hissəsi iddiaçının mülkiyyətində olmuşdur. Azərbaycana qayıtdıqdan sonra vərəsəlik işinin açılması ilə bağlı cavabdeh notariat orqanına müraciət etsə də, müraciətinin icrasından imtina edilmişdir. İmtinada qeyd edilmişdir ki, sözügedən miras əmlaklarına dair 26 avqust 2016-cı il tarixdə 2V-172 reyestr nömrəli və 26 yanvar 2022-ci il tarixdə 2V-22 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Vərəsəlik işinin açılmasından eləcə də qeyd olunan şəhadətnamələrin verilməsindən qəti olaraq xəbəri olmamışdır. Anası vəfat etdikdən sonra Türkiyə Respublikasında olmuş, məhz bu səbəbdən də nə vərəsəlik açılmasından xəbəri olmamış, nə də özü müraciət edə bilməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən 26 avqust 2016-cı il tarixdə 2V-172 reyestr nömrəli və 26 yanvar 2022-ci il tarixdə 2V-22 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilərək miras əmlakların əvvəlki hüquqi statusuna qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə uyğun olaraq məhkəməyə ərizə təqdim edilərək, Cavabdeh2 və Cavabdeh3 əlavə cavabdehlər qismində işə cəlb edilməsi, həmçinin iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən 2V-172 saylı notarius işi üzrə verilmiş 26 avqust 2016-cı il tarixli, Sumqayıt şəhər 1 saylı notarius ofisinin xüsusi notariusu X4 tərəfindən 2V-22 saylı notarius işi üzrə verilmiş 26 yanvar 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş mülkiyyət hüququna dair reyestrdən çıxarışların ləğv edilməsi, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbulu, miras əmlakda payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən 2V-172 saylı notarius işi üzrə verilmiş 26 avqust 2016-cı il tarixli, Sumqayıt şəhər 1 saylı notarius ofisinin xüsusi notariusu X4 tərəfindən 2V-22 saylı notarius işi üzrə verilmiş 26 yanvar 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş mülkiyyət hüququna dair reyestrdən çıxarışların ləğv edilməsi, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbulu, miras əmlakda payların qeyriyaşayış sahəsinə İddiaçı 16/24 hissə, Cavabdeh3 4/24 hissə, Cavabdeh2 4/24 hissə, mənzilə isə vərəsələrə 1/3 olmaqla, bərabər paylar müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək, tələblərin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 79,28 m2 olan ünvan 1, mənzil 12 X5 adına xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2010-cu il tarixdə 116 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır.

10. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusu Cəmaləddin Rüstəmov tərəfindən verilmiş 15 aprel 2015-ci il tarixli, 2V-59 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, Əliyeva Leyla Bahadır qızı ölən günədək Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 binasının yanında yerləşən mağazanın 4/8 hissəsini İddiaçı vəsiyyət etmişdir.

11. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusu Cəmaləddin Rüstəmov tərəfindən verilmiş 18 dekabr 2015-ci il tarixli, 2V-148 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, Əliyeva Leyla Bahadır qızı Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 binanın yanında yerləşən mağazanın 4/8 hissəsinin 25%-ni oğlu İddiaçı vəsiyyət etmişdir.

12. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ № 784955 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2016-cı il tarixdə hepatit C xəstəliyindən ölmüşdür.

13. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, 16 fevral 2016-cı il tarixində ünvan 1, mənzil 12-də yaşamış anası X12 vəfat etmişdir. Miras əmlak Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 17A saylı 4 (dörd) evin 12 nömrəli mənzilindən ibarətdir. Ondan başqa vərəsəsi yoxdur.

14. İş materiallarında olan Sumqayıt şəhəri 1 saylı kontorunun ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 26 avqust 2016-cı il tarixli, 2V-172 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş- X5 vərəsələri: oğlu Cavabdeh2dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət xx.xx.2010-cu il tarixli, reyestr nömrəsi: **********56-05101-093015, qeydiyyat nömrəsi: MA ******* saylı Çıxarışa əsasən Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən ümumi sahəsi 79,28 kv.m, əsas 54,08 kv.m, yardımçı sahəsi: 25,2 kv.m olan 17A saylı evin 4 otaqlı 12 nömrəli mənzilindən ibarətdir.

15. İş materiallarında olan Cavabdeh2 ünvan 4 ünvanladığı **********461 saylı, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, ünvan 1, mənzil 12-də yaşamış xx.xx.2016-cı il tarixdə vəfat etmiş anası X2 miras qalmış əmlakı qəbul edir. Miras əmlak Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 saylı binasında yerləşən qeyri-yaşayış binası (mağaza) irs qalmışdır. Ondan başqa vərəsələri yoxdur. Mirasın tərkibinə daxil daşınmaz əmlakdan miras qalmış paya ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnamənin verilməsini xahiş edir.

16. İş materiallarında olan Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 26 yanvar 2022-ci il tarixli, 2V-22 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş- X5 vərəsələri: oğlu Cavabdeh2dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt DTİ və MHQİ tərəfindən xx.xx.1999-cu il tarixdə X8 verilmiş 190 qeydəalma nömrəsi ilə 19 nömrəli kitabın 48-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasının 5/8 hissəsindən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi 14C/1452 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Sumqayıt şəhəri, Sülh keçəsi, 21/31 ünvanında yerləşən qeyriyaşayış binası ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

17. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 ünvanda yerləşən qeyri-yaşayış binasının 1/8 hissəsi Cavabdeh2, 1/8 hissəsi X11, 1/8 hissəsi Cavabdeh3, 5/8 hissəsi X8 məxsusdur.

18. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi tərəfindən verilmiş 190 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 saylı binada yerləşən mağaza X5- 4/8, Cavabdeh2 1/8, Cavabdeh3- 1/8, X13 -1/8 hissədə xx.xx.1999-cu il tarixdə 19 nömrəli qeydiyyat kitabında 48-ci səhifəsində 190 nömrəsi ilə qeydiyyata alınmışdır.

19. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş məlumatın təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 ünvanında yerləşən İddiaçı və Cavabdeh2 ümumi mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinə və ******* nömrəli MA seriyalı çıxarışa əsasən X8 məxsus olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınmış çıxarışların surətinin və reyestr məlumatlarına dair ətraflı məlumatın təqdim olunması barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində keçmiş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1999-cu il tarixli, 190 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə X5 4/8 hissə, X7 1/8 hissə, Cavabdeh3 1/8 hissə, X9 1/8 hissə paylı mülkiyyət hüquqları qeydiyyata alınmış, Sumqayıt şəhər 1 saylı notariat ofisini xüsusi notariusunun 26 yanvar 2022-ci il tarixli, 2V-22 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən qeyri-yaşayış binası üzərində 17 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh2 6/8 hissə, Cavabdeh3 1/8 hissə, X9 1/8 hissə paylı mülkiyyət hüququları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusunun 30 mart 2022-ci il tarixli, 4Ə-119 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binası üzərində 13 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh2 7/8 hissə və X9 1/8 hissə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində keçmiş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş 3 avqust 999-cu il tarixli, 20797 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə X5 tam mülkiyyət hüququ qeydiyyata alınmış, qeydiyyat vəsiqəsinə əsasən sözügedən mənzil üzərində 17 iyul 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X5 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusunun 26 avqust 2016-cı il tarixli 2V-172 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş, sözügedən mənzil üzərində 3 sentyabr 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusunun 6 iyul 2020-ci il tarixli 4Ə-743 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.

20. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, 1786 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, 8İ-6353 reyestr nömrəli ərizəyə əsasən bildirilir ki, xx.xx.2016-cı ildə vəfat etmiş X2 miras qalmış Sumqayıt şəhəri, 3-cü mikrorayonda 17A nömrəli binada yerləşən 12 nömrəli mənzilə və Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 ünvanında yerləşən qeyri-yaşayış binasının 5/8 hissəsinə dair oğlu- Cavabdeh2 mirasın qəbuluna dair Sumqayıt şəhəri 1 saylı notariat ofisinə müraciəti əsasında xx.xx.2016-cı il tarixdə 2V-172 reyestr nömrəli və xx.xx.2022-ci il tarixdə 2V-22 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Tərəfinizdən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində müraciət edilmədiyi üçün vərəsələr sırasına daxil olmamısınız. Bu səbəbdən 2V-172 və 2V-22 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri məhkəməyə müraciət edərək mübahisələndirilməsi tövsiyə edilmişdir.

21. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhər 1 saylı notariat ofisində İddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2020-ci il tarixdə 7E-3430 reyestr nömrəli etibarnamə verilmişdir. Həmin etibarnamə xx.xx.2021-ci il tarixdə müddətin bitməsi ilə əlaqədar qüvvədən düşmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

22. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, miras qoyan X12 xx.xx.2016cı il tarixdə vəfat etmiş və onun ölümü ilə əlaqədar miras açılmışdır. Vəfat etməmişdən qabaq, mərhum xx.xx.2015-ci il tarixdə (sonuncu) vəsiyyətnamə yazaraq, Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 binanın yanında yerləşən mağazanın mülkiyyətində olan 4/8 hissəsinin 25%-ni oğlu İddiaçı vəsiyyət etmişdir. Miras əmlak ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasının 5/8 hissəsindən və ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzildən ibarətdir. İddiaçı və cavabdehlər miras qoyan X5 birinci növbəli vərəsələridir. Vərəsələrdən Cavabdeh2 notariusa müraciət edərək, Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 ünvanında yerləşən qeyri-yaşayış binasının 7/8 hissəsinə və ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edərək, mülkiyyət hüququ əldə etmişdir. Hazırda iddiaçı Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 binanın yanında yerləşən mağazanın 4/8 hissəsinin mərhum anası tərəfindən ona vəsiyyət edildiyini, habelə digər miras əmlak- ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə onun da payının olduğunu əsas gətirərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

23. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakları qeyd etməyi zəruri hesab edir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

25. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

26. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

27. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

28. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

29. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

30. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

31. Eyni Məcəllənin 1172-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.

32. Həmin Məcəllənin 1177-ci maddəsinə əsasən vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar.

33. Eyni Məcəllənin 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

34. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

35. Göstərilən Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

36. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir.

37. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

38. Göründüyü kimi Cavabdeh2 notariat ofisinə ünvanladığı ərizəsində qardaşları İddiaçı və Cavabdeh3 vərəsə kimi qeyd etməmişdir.

39. Məhkəmə Cavabdeh2 notariat orqanına müraciət edərkən anasının başqa vərəsələrinin olmadığını (notarial ərizədə həmin qrafa boşdur) qeyd etməklə, iddiaçının mübahisəli əmlakdan qanun üzrə vərəsə kimi pay almaq hüququndan məhrum olmasına gətirib çıxaran hərəkətlərə yol vermişdir. Belə ki, mirası rəsmi qaydada sənədləşdirən vərəsə cavabdeh isə notariat kontoruna mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə təqdim edərkən həmin ərizədə qeyd olunan vərəsədən başqa digər vərəsələrin olmamasını qeyd etmişdir ki, bu da hazırkı iş üzrə iddiaçının iradə ifadəsinin müəyyən edilməməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmasına gətirib çıxarmışdır.

40. Məhkəmə iddia tələbinin “Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən 2V-172 saylı notarius işi üzrə verilmiş 26 avqust 2016-cı il tarixli, Sumqayıt şəhər 1 saylı notarius ofisinin xüsusi notariusu X4 tərəfindən 2V-22 saylı notarius işi üzrə verilmiş 26 yanvar 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş mülkiyyət hüququna dair reyestrdən çıxarışların ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.

41. Məhkəmə iddia tələbinin “ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə vərəsələrə 1/3 olmaqla, bərabər paylar müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilərək, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə X7 1/3 hissədə, Cavabdeh3 1/3 hissədə və İddiaçı 1/3 hissədə vərəsəlik payları müəyyən edilməlidir.

42. Məhkəmə iddia tələbinin “vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlakda payların qeyri-yaşayış sahəsinə İddiaçı 16/24 hissə, Cavabdeh3 4/24 hissə, Cavabdeh2 4/24 hissə payların müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

43. Belə ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 ünvanında yerləşən qeyri-yaşayış binasının 1/8 hissəsi X10, 1/8 hissəsi Cavabdeh3, 1/8 hissəsi İddiaçı, qalan 5/8 hissəsi X8 məxsus olmuşdur. X12 15 aprel 2015-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 binasının yanında yerləşən mağazanın 4/8 hissəsini İddiaçı vəsiyyət etmişdir. Sonradan xx.xx.2015-ci il tarixdə vəsiyyətnamə yazaraq, Sumqayıt şəhəri, Sülh küçəsi, 21/31 binanın yanında yerləşən mağazanın mülkiyyətində olan 4/8 hissəsinin 25%-ni oğlu İddiaçı vəsiyyət etmişdir.

44. Belə olan təqdirdə, məhkəmə sonuncu, yəni xx.xx.2015-ci il tarixli vəsiyyətnamənin əsas götürülməsini qanunamüvafiq hesab edir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220.0-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: -1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; -1220.0.2. notariat orqanına ərizə verməklə; -1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.

46. Göründüyü kimi mərhum X5 ölümü ilə ona məxsus ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasının 5/8 hissəsinə vərəsəlik işi açılmışdır. Lakin vəsiyyətnamədə sözügedən əmlak 4/8 hissə qeyd edilməklə, 25%-i, yəni 1/8 hissəsi İddiaçı vəsiyyət edilmişdir. Belə olduğu təqdirdə, mərhum X2 miras qalmış ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasının 4/8 hissəsinə qanun üzrə vərəsəlik həyata keçirilməlidir.

47. Belə olan halda, məhkəmə sonuncu vəsiyyətnaməni də nəzərə alaraq hesab edir ki, ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasına Cavabdeh2 7/24 hissədə, Cavabdeh3 7/24 hissədə və İddiaçı 10/24 hissədə vərəsəlik payları müəyyən edilməlidir.

48. Məhkəmə, mirasın qəbulu ilə bağlı hazırkı işin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edilən hüquqi mövqedən çıxış edərək qiymətləndirilməsini düzgün hesab edir. Həmin qərarda qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühim konstitutsion hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

49. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə Sumqayıt şəhəri 1 saylı notariat kontoru tərəfindən Cavabdeh2 adına verilmiş 26 avqust 2016-cı il tarixli (2V-172 reyestr nömrəli) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə dair 03 sentyabr 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməli, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə X7 1/3 hissədə, Cavabdeh3 1/3 hissədə və İddiaçı 1/3 hissədə vərəsəlik payları müəyyən edilməli, ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasına (5/8 hissə) Sumqayıt şəhəri 1 saylı notariat ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 26 yanvar 2022-ci il tarixli (2V-22 reyestr nömrəli) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasına dair 17 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməli, ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyriyaşayış binasına X7 7/24 hissədə, Cavabdeh3 7/24 hissədə və İddiaçı 10/24 hissədə vərəsəlik payları müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

52. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

57. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə Sumqayıt şəhəri 1 saylı notariat kontoru tərəfindən Cavabdeh2 adına verilmiş 26 avqust 2016-cı il tarixli (2V-172 reyestr nömrəli) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə dair 03 sentyabr 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilsin. ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə X7 1/3 hissədə, Cavabdeh3 1/3 hissədə və İddiaçı 1/3 hissədə vərəsəlik payları müəyyən edilsin. ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasına (5/8 hissə) Sumqayıt şəhəri 1 saylı notariat ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 26 yanvar 2022-ci il tarixli (2V-22 reyestr nömrəli) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasına dair 17 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilsin. ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasına X7 7/24 hissədə, Cavabdeh3 7/24 hissədə və İddiaçı 10/24 hissədə vərəsəlik payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar