Məhkəmə qərarları › İş №2(060)-2712/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2712/2021

28.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2712/2021 28.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 03.11.2020-ci il tarixli, NDM 019893 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 197.70 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Sahil küçəsində yerləşən ona məxsus fərdi yaşayış evinə enerjitəchizatı müəssisəsi tərəfindən 02.07.2014-cü il tarixdə elektrik hesabat sayğacı quraşdırılmış və həmin sayğac üzrə istifadə etdiyi elektrik enerjisi haqqını vaxtında ödəmişdir. Lakin "xxxx” ASC tərəfindən 10.11.2020-ci il tarixdə həmin sayğac yenisi ilə əvəz edilmiş və mənzilə X1yə görə əsassız olaraq 197.70 manat borc hesablamışlar. Həmin borcun silinməsi ilə bağlı "xxxx" MMC-yə müraciət etmiş, cavabında ona bildirilmişdir ki, akta əsasən hesablanmış borca komissiya tərəfindən yenidən baxılmır və məhkəməyə müraciət etməlidir. Hal-hazırda isə həmin borc ondan tələb olunur və ödəməyəcəyi təqdirdə enerjitəchizatının dayandırılacağını bildirmişlər. Hesab edir ki, həmin borc əsassız və qanunsuz olduğu üçün silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları"nın (E.E.İ.Q) 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Abunə haqqında çıxarışdanda görünür ki, mənzilə quraşdırılmış elektrik hesabat sayğacı əsasında yaranmış borc vaxtında cavabdehə ödənilmişdir. Hal-hazırda isə "xxxx" ASC tərəfindən əsassız tərtib olunmuş akt əsasında yaranmış borcu ondan tələb edir. Belə ki, 03.11.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları yaşadığı mənzilə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirmişlər və sayğacın işləmədiyi üçün yenisi ilə əvəz olunacağını demişlər. Daha sonra ona məlum olmuşdur ki, sayğac işləmədiyi üçün tərtib edilmiş 019893 saylı akt əsasında mənzilinə 197,70 manat məbləğində hesablaşma aparmışlar. Mənzilinin elektrik qurğularına quraşdırılmış hesabat sayğacı evindən kənarda quraşdırılmış və hər ay cavabdehin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilir və belə bir nasazlığın olması barədə ona heç bir məlumat verilməmişdir. Akt yazılmamışdan sonuncu dəfə isə 07.10.2020-ci il tarixdə nəzarətçi tərəfindən baxış keçirilərək 6,30 manat borcun olması barədə bildiriş təqdim etmişdir. Əgər sayğac işləmirdisə nəyə görə onun göstəricisi oxunurdu. Yox əgər bu bir ayda xarab oldusa nəyə görə aylıq sərfiyyatına uyğun olaraq 5-10 manat borc yox 197,90 manat borc hesablayırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, 03.11.2020-ci il tarixdə “xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın tamamilə yanması, elektrik işlədiciləri şəbəkəyə birbaşa qoşulması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydalarının (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 03.11.2020- ci il tarixli, 019893 saylı akt əsasında 197,70 manat dəyərində itirilmiş elektrik'enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları”nın (EEİQ] 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03.11.2020-ci il tarixli, NDM 019893 saylı aktın surətindən görünür ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Sahil küçəsində fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, elektrik sayğacı tamamı ilə yanmışdır. Elektrik istifadəçisi şəbəkəyə bir başa qoşulmuşdur. İş materiallarında olan abunə haqqı arayışdan görünür ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Sahil küçəsində fərdi yaşayış evinə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aktı köhnə tarifi ilə 83.30 manat və EİQ pozulmasına görə isə 114.40 manat borc hesablanmışdır. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda qeyd olunan qərarına istinad edərək hesab edir ki, 03.11.2020-ci il tarixli, NDM 019893 saylı akt əsasında hesablanmış 197.70 manat borc əsassız və qanunsuzdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 mənzilə məxsus elektrik sayğacının yanmasını qeyd etsə də, sayğacın məhz iddiaçının təsiri üzündən yanması barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, 03.11.2020-ci il tarixli, NDM 019893 saylı akt əsassız olduğu üçün həmin akt üzrə “xxxx” ASC tərəfindən X1yə görə hesablanmış 197.70 manat borcun ödənilməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.3-cü bəndinə görə enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. "X1 qaydalarının (EEİQ) 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilinəsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istijddəyə görə yenidən hesablaşma aparmağa borcludur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh «xxxx» ASC tərəfindən tərtib edilmiş 03.11.2020-ci il tarixli, NDM 019893 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Sahil küçəsində fərdi yaşayış evinə itirilmiş elektrik enerjisinin bərpası üçün aktın köhnə tarifi ilə hesablanmış 83.30 manat və EEİQ pozulmasına görə hesablanmış 114.40 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən tərtib edilmiş 03.11.2020-ci il tarixli, NDM 019893 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Sahil küçəsində fərdi yaşayış evinə (Abunə kodu: **********07313) aktın köhnə tarifi ilə hesablanmış 83.30 manat və EEİQ pozulmasına görə hesablanmış 114.40 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar