Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2720/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Ərizəçi Maraqlı tərəfin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı oğlu xx.xx.1974-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il təvəllüdlü X6 ərizəçinin qardaşı oğludur. Qardaşı oğlu birinci qrup əlil olaraq böyrək çatışmamazlığından əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar olaraq daim müalicə olunur. Onun daim kənar şəxslərin köməyinə ehtiyacı vardır, kənar şəxslərin müdaxiləsi olmadan onun yaşaması mümkün deyil. Ona görə də ərizənin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. X1 İ qrup əlildir, əvvəllər atası ona qulluğa görə müavinat almışdır. İndi də o, X2 üzərinə qəyyum təyin olunmaqla onun saxlanması üçün müavinat almaq istəyir. Məhkəmə iclasında maraqlı tərəfin nümayəndəsi ərizənin təmin edilibedilməməsinin məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - 12 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına göndərişdən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X6 ümumi xəstəlikdən müddətsiz birinci qrup əlildir. -xx.xx.2012-ci il tarixli aktdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X6 bibisi Ərizəçi Bəxtiyar qızı ilə birgə yaşayır. -ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X2 atası X3 xx.xx.2020-ci ildə, anasl X5 isə xx.xx.2015-ci ildə ölmüşlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.1974-cü il təvəllüdlü X6 ərizəçinin qardaşı oğludur. Qardaşı oğlu birinci qrup əlil olarq böyrək çatışmamazlığından əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar olaraq daim müalicə olunur. Onun daim kənar şəxslərin köməyinə ehtiyacı vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 321-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmədə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş ounan şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi iş materialları ilə sübut olunmur, X1 öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malikdir. Buna görə də, X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas və məhkəmə psixiatrik ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1974-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi xx.xx.1974-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2720/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2720/2021
18.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver