Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2730/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə umqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə «xxxx» ASC arasında bağlanmış 09.10.2019-cu il tarixli, XDEN-00200-17/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, 15.01.2021-ci il tarixinə 12789,93 manat əsas borc, 511.11 manat faiz borcu,93.29 manat dəbbə pulu ümumilikdə 13394,33 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının Cavabdeh2 tutularaq «xxxx» ASC-ə verilməsi, tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 7 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun qyed olunan mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2, Cavabdeh1,X3, X2, Cavabdeh3 oğlunun, X1 və Cavabdeh4 mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, Cavabdeh2 ilə «xxxx» ASC-nin Sumqayıt filialı arasında bağlanılmış 09.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə qaytarılmaq şərti ilə, illik 23% hesablanmaqla 15000 manatı kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 7 saylı evin 58 saylı mənzil 09.10.2019-cu il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Ayrılmış kredit vəsaiti təyinat üzrə isitfadə edilsə də, cavabdeh tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımı qaydada icra edilməmiş, tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri kobud şəkildə pozulmuşdur. Hazırda cavabdehin “xxxx” ASC-yə 15.01.2021-ci il tarixinə 12789,93 manat əsas borc, 511.11 manat faiz borcu,93.29 manat dəbbə pulu ümumilikdə 13394,33 manat borcu vardır. Cavabdehə borcun ipoteka predmetinə yönəldilməsinə dair bildiriş göndərilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə materiallarında olan: - Cavabdeh2 ilə «xxxx» ASC-nin Sumqayıt filialı arasında bağlanılmış 09.10.2019-cu il tarixli “kredit müqaviləsi” nə əsasən cavabdehə 36 ay müddətinə illik 23 faiz hesablanmaqla 15000 manat kredit verilmişdir və cavabdeh öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. - “xxxx” ASC cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişlər. - Cavabdeh2 ilə «xxxx» ASC arasında bağlanmış 09.10.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 7 saylı evin 58 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. -02.10.2019-cu il tarixli Qiymətləndirmə və Hüquq Xidmətləri MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 7 saylı evin 58 saylı mənzilin bazar dəyəri 37000 manat, likvid dəyəri 32000 manat təşkil edir. - 06.05.2021-ci il tarixli 01/21-236 saylı “xxxx” MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 7 saylı evin 58 saylı mənzilin bazar dəyəri 37000 manat, likvid dəyəri 29500 manat təşkil edir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, Cavabdeh2 ilə «xxxx» ASC-nin Sumqayıt filialı arasında bağlanılmış 09.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə qaytarılmaq şərti ilə, illik 23% hesablanmaqla 15000 manatı kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 7 saylı evin 58 saylı mənzil 09.10.2019-cu il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Ayrılmış kredit vəsaiti təyinat üzrə isitfadə edilsə də, cavabdeh tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımı qaydada icra edilməmiş, tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri kobud şəkildə pozulmuşdur. Hazırda cavabdehin “xxxx” ASC-yə 15.01.2021-ci il tarixinə 12789,93 manat əsas borc, 511.11 manat faiz borcu,93.29 manat dəbbə pulu ümumilikdə 13394,33 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh X6 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 09.10.2019--cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 09.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin birtərəfli qaydada xitam edilməsi hissəsini araşdıraraq, hesab edir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə onun arasında 09.10.2019-cu ildə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 7 saylı evin 58 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb MMin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmetinin dəyəri daşınmaz əmlakın mövcud bazar qiyməti barədə mütəxəssis rəyi alınmış və məlum olunmuşdur ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 7 saylı evin 58 saylı mənzilin bazar dəyəri 37000 manat, likvid dəyəri 29500 manat təşkil edir. Ona görə də hesab olunur ki, ipotekaya qoyulmuş mənzilin likvid dəyəri 29500 manat göstərilməlidir. Məhkəmə iddia tələbinin mənzil satıldıqdan sonra Cavabdeh2 yaşayış yerinin tərk etmədikdə mənzildən çıxarılması hissəsinə araşdırraq, hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manatMPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, «xxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış 09.10.2019-cu il tarixli, XDEN-00200-17/19A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh2 12789,93 manat əsas borc, 511,11 manat faiz borcu,9 manat dəbbə olmaqla, ümumilikdə 13309,11 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq «xxxx» ASC-ə verilməli, tələb Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 7 saylı evin 58 saylı mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 29500 manat müəyyən edilməli və mənzil açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 13309,11 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı “xxxx” ASC-nə ödənilsin, qalan vəsait isə Cavabdeh2 qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238-244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. «xxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış 09.10.2019-cu il tarixli, XDEN-00200- 17/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 12789,93 manat əsas borc, 511,11 manat faiz borcu,9 manat dəbbə olmaqla, ümumilikdə 13309,11 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq «xxxx» ASC-ə verilsin. Tələb Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 7 saylı evin 58 saylı mənzilinə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 29500 manat müəyyən edilsin. Mənzil açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 13309,11 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı “xxxx” ASC-nə ödənilsin, qalan vəsait isə Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2730/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2730/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver