Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2739/2024 22.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.1948-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ərizəçinin anasıdır. Anası xx.xx.1948-ci ildə anadan olmuşdur. Anasına “Beyin infarktının nəticələri, Beyin infarktının qalıq əlamətləri. Sol tərəlli hemipleqiva (əzələ gücü 0 bal). Sağ tərəfli hemiparez (aşağı 2.5 bal. yuxarı-4 bal) Diabetik ploneyropatiya. Kənar şəxsin köməyinə ehtiyacı var.” diaqnozu qoyulmuşdur. X10 1-ci qrup müddətsiz əlildir, əmək fəaliyəlini 100% itirmişdir. O, xəstəliyi səbəbindən özünü idarə edə bilmir, kənar şəxslərin köməyi olmadan yaşaya bilmir. Anasına özü qulluq göstərir. Hesab edir ki, anasının üzərində qəyyum təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə verdiklərini qeyd etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 “Beyin infarktının nəticələri, Beyin infarktının qalıq əlamətləri. Sol tərəlli hemipleqiva (əzələ gücü 0 bal). Sağ tərəfli hemiparez (aşağı 2.5 bal. yuxarı-4 bal) Diabetik ploneyropatiya. Kənar şəxsin köməynə ehtiyacı var” diaqnozu ilə qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli 1364 saylı rəydən görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü tarixli sonuncu müayinəyə dair məlumatında X5 təyin olunmuş diaqnozlar psixiatriya sahəsinə aid deyil. Bu səbəbdən X3 həmin diaqnozlardan əziyyə çəkib-çəkmədiyi məhkəmə psixiatriya ekspertizası tərəfindən təyin edilə bilməz. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü tarixli sonuncu müayinəyə dair məlumatında göstərilmiş diaqnozlar X1 beyin insultundan sonrakı nevroloji vəziyyətini təsvir edir. Qeyd olunmaklıdır ki, T.N.Carçıyevada keçirdiyi insultdan sonra nevroloji əlamətlərlə yanaşı psixi pozuntular da, meydana çıxmış və tədricən dərinləşərək demensiya (sonradan yaranan ağıl zəifliyi) dərəcəsinə çatmışdır. X4 damar mənşəli (işemik insultdan sonrakı) demensiya müəyyən edilir. X6 onda müəyyən edilən dərin demensiya nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X6 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X6, 1948-ci ildə doğulmuşdur və ərizəçinin anasıdır. Anasına “Beyin infarktının nəticələri, Beyin infarktının qalıq əlamətləri. Sol tərəlli hemipleqiva (əzələ gücü 0 bal). Sağ tərəfli hemiparez (aşağı 2.5 bal. yuxarı-4 bal) Diabetik ploneyropatiya. Kənar şəxsin köməyinə ehtiyacı var.” diaqnozu qoyulmuşdur. X10 1-ci qrup müddətsiz əlildir, əmək fəaliyəlini 100% itirmişdir. O, xəstəliyi səbəbindən özünü idarə edə bilmir, kənar şəxslərin köməyi olmadan yaşaya bilmir. Anasına özü qulluq göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli 1364 saylı rəydən göründüyü kimi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü tarixli sonuncu müayinəyə dair məlumatında X5 təyin olunmuş diaqnozlar psixiatriya sahəsinə aid deyil. Bu səbəbdən X3 həmin diaqnozlardan əziyyə çəkib-çəkmədiyi məhkəmə psixiatriya ekspertizası tərəfindən təyin edilə bilməz. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü tarixli sonuncu müayinəyə dair məlumatında göstərilmiş diaqnozlar X1 beyin insultundan sonrakı nevroloji vəziyyətini təsvir edir. Qeyd olunmaklıdır ki, T.N.Carçıyevada keçirdiyi insultdan sonra nevroloji əlamətlərlə yanaşı psixi pozuntular da, meydana çıxmış və tədricən dərinləşərək demensiya (sonradan yaranan ağıl zəifliyi) dərəcəsinə çatmışdır. X4 damar mənşəli (işemik insultdan sonrakı) demensiya müəyyən edilir. X6 onda müəyyən edilən dərin demensiya nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X6 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizəçi ərizəni müdafiə edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cü maddəsinə əsasən -Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2739/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2739/2024
22.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver