Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-274/2024 08.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 42-ci məhəllə ev 3, mənzil 38-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1965-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1965-ci il təvəllüdlü X11 onun qardaşıdır. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını tam dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında deyil. Qardaşı Mübarizin qeyd olunan xəstəliyi səbəbindən neçə illərdir ki, o, qardaşının qulluğunda dayanmış, hazırda da ona qulluq etməkdə davam edir. O, 2-ci qrup əlil olmaqla “Sumqayıt şəhər Tibb Mərkəzi” 1 N-İi X3 psxiatrik kabinetində dispanser və ambulator müşahidədir. Həkim-psixiatr komissiyasının rəyinə ona "üst mənşəli (epilersiya nəticəsində yaranan) şəxsiyyət pozuntusu və tez-tez təkrarlanan qıcolma teladolon ilə” diaqnozu təyin edilmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə etdiyini bildirdi ki, qardaşı bir yaş 6 aylıq olanda yıxılmış və başından travma almışdır. Qardaşının cavanlıqda səhhəti nisbətən normal olsa da, artıq hərəkət edə bilmir, ona deyilən sözlərin mənasını anlamır. 2021-ci ilə kimi anası ona baxmış, 2021-ci ildə anası vəfat etdikdən sonra isə qardaşına o qulluq edir. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SX014265025AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmamasıməqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Hazırda X1 buna yol vermədiyindən, o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Tibb Mərkəzi Sumqayıt 1 nömrəli şəhər X4 xx.xx.2023-cü il tarixli 187 nömrəli arayışından görünür ki, X11 1 nömrəli şəhər X3 psixiatrik kabinetində dispanser və ya ambulator müşahidədədir və 2-ci qrup əlildir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Regional Filialının 06 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Regional Filialında xx.xx.1991-ci ildən orqanizmin funksiyalarınının 61-80 faiz pozulmasına görə (İİ qrup əlillik) müddətsiz əmək pensiyası alan kimi qeydiyyatdadaır və aylıq pensiyasının məbləği 327.21 manat təşkil edir. İşdə olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1965-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X5, anası X8r. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 3472 saylı rəyinə əsasən, X7 “EPİLEPSİYA XƏSTƏLİYİ NƏTİCƏSİNDƏ YARANAN DEMENSİYA (AĞİL ZƏİFLİYİ)” (F02.8) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, Azərbaycan Respublikası Səhiyyə Müdafiəsi Nazirliyinin Sumqayıt Şəhər Tibb Mərkəzi “Sumqayıt 1 nömrəli şəhər xəstəxanası”da “Üzvi mənşəli epilepsiya nəticəsində yaranan şəxsiyyət pozuntusu. Tez-tez təkrarlanan qıcolma tutmaları ilə” diaqnozu ilə müalicədə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (bələdliyini pozulması, davranışının qeyri-adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə xx.xx.1965-ci il təvəllüdlü X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq, öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. 2-ci sual üzrə xx.xx.1965-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X11 vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 3472 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1965-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-274/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-274/2024
08.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver