Məhkəmə qərarları › İş №2(060)-2740/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2740/2023

23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2740/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 2 saylı Sumqayıt Ərazi İdarəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt XDS İcraiyyə Komitəsinin 2 dekabr 1987-ci il tarixli, 22.403.2 saylı qərarına dair arxiv arayışında “Qocaliyeva Gültəkin X.” ilə 4 dekabr 1987-ci il tarixli 11/699 nömrəli orderdə adı göstərilən Ərizəçi eyni şəxs olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi xx xxxx 1951-ci ildə doğulmuşdur. Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 47, mənzil 43 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 16 sentyabr 1978-ci ildə X7 ilə nikaha daxil olmuşdur (П-ЖГ 258297 №-li nikah haqqında şəhadətnamə). Nikaha daxil olduqdan sonra ərinin soyadını qəbul etmişdir. X15 23 dekabr 2009-cu ildə ölmüşdür. Ərizəçi istifadəsində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 47, mənzil 43 üzərində mülkiyyət hüququmun qeydiyyata alınması, reyestrdən çıxarış və Texniki Pasportun verilməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsi sentyabr 2022-ci il tarixli bildirişi ilə ərizəçinin xahişini təmin etməmişdir. İmtinaya səbəb kimi məktubda “Sumqayıt XDS İcraiyyə Komitəsinin 2 dekabr 1987-ci il tarixli, 22.403.2 saylı qərarına dair arxiv arayışında “Qocaliyeva Gültəkin X.”, 4 dekabr 1987-ci il tarixli 11/699 nömrəli zədələnmiş orderdə, eləcə də digər sənədlərdə isə “Ərizəçi” kimi göstərilmişdir. “Sumqayıt XDS İcraiyyə Komitəsinin 2 dekabr 1987-ci il tarixli, 12 - 13.2 saylı qərarına dair arxiv arayışında “Qocaliyeva Gültəkin X.” ilə 4 dekabr 1987-ci i xli 11/699 nömrəli orderdə göstərilən Ərizəçi eyni şəxsdir. Sumqayıt XDS İcraiyyə Komitəsinin 2 dekabr 1987-ci il tarixli, 22.403.2 saylı qərarında “Qodjalieva” sözü rus dilində yazılmışdır, rus dilində “H” hərfi olmadığına görə ”Qodjalieva” kimi yazılmışdır. Yuxarıda qeyd edildiyi kimi 16 sentyabr 1978-ci ildə X7 ilə nikaha girdikdən sonra soyadını dəyişmiş və Qurbanova soyadını qəbul etmişdir. Qeyd olunan səbəbə görə 4 dekabr 1987-ci il tarixli 11/699 nömrəli orderdə soyadı “Qurbanova” kimi yazılmışdır. Həmçinin bildirir ki, 12 dekabr 2022-ci ildə 2 saylı Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-1170/69 №-li “Doğum haqqında arayışda” soyadı Hacalieva kimi qeyd edilmişdir (nikahdan əvvəlki soyadı). Həmçinin ərizəçiyə məxsus olan xx.xx.2005-ci ildə Sumqayıt ŞPİ QŞVB tərəfindən verilmiş AZE 0******* №- li şəxsiyyət vəsiqəsində soyadı Qurbanova, adı Gülqayıd, ata adı isə Xancan kimi qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, “Sumqayıt XDS İcraiyyə Komitəsinin 2 dekabr 1987-ci il tarixli, 22.403.2 saylı qərarına dair arxiv arayışında "Qocaliyeva Gültəkin X.” ilə 4 dekabr 1987-ci il tarixli 1 1/699 nömrəli orderdə göstərilən “Ərizəçi” eyni şəxsdir yəni, Ərizəçidır. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə rurulmuş qaydada məlluummatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, ərizəçinin oğludur. Anasının adı Sumqayıt XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 22.403.2 saylı qərarına dair arxiv arayışında anamın adı səhv yazılmışdır, xx.xx.1987-ci il tarixli 11/699 nömrəli orderdə isə düzgün qeyd olunmuşdur. Anasının hal-hazırda adı, soyadı və ata adı Ərizəçidır, nikahdan əvvəlki soyadı isə Hacalieva olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, ərizəçinin qızıdır. xx.xx.1987-ci il tarixli 11/699 nömrəli orderdə anasının adı düzgün qeyd olunmuşdur, Sumqayıt XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 22.403.2 saylı qərarına dair arxiv arayışında isə anasının ad soyadı Qocaliyeva Gültəkin yazılmaqla düzgün qeyd olunmamışdır. Şəxsiyyət vəsiqəsində, orderdə anasının adı Ərizəçi yazılmışdır. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi arasında 16 sentyabr 1978-ci il tarixli 822 №-li nikah qeydi vardır. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin X3 xx.xx.2016-cı ildə gərginlik stenolardiyası xəstəliyi səbəbindən ölmüşdür. - 2 saylı Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X1 anası X4, atası X5r. - xx.xx.1987-ci il tarixli, 11/699 nömrəli orderin surətindən görünür ki, order Ərizəçi verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X14in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********82 saylı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, - xx.xx.1987-ci il tarixli, 22.403.2 №-li qərarın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 47, mənzil 43 Qocalıyeva Gültəkin X.qəzəna ayrılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi anası X4, atası X5r. Ərizəçi 1978-ci ildə X7 ilə nikaha daxil olaraq ailə qurmuş, nikah bağlandıqdan sonra Qurbanova soyadını qəbul etmişdir. X3 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Ərizəçi istifadəsində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 47, mənzil 43 üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və Texniki Pasportun verilməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsi sentyabr 2022-ci il tarixli bildirişi ilə ərizəçinin xahişi təmin edilməmişdir. İmtinaya səbəb kimi məktubda “Sumqayıt XDS İcraiyyə Komitəsinin 2 dekabr 1987-ci il tarixli, 22.403.2 saylı qərarına dair arxiv arayışında “Qocaliyeva Gültəkin X.”, 4 dekabr 1987-ci il tarixli 11/699 nömrəli zədələnmiş orderdə, eləcə də digər sənədlərdə isə “Ərizəçi” kimi göstərilmişdir. “Sumqayıt XDS İcraiyyə Komitəsinin 2 dekabr 1987-ci il tarixli, 12 - 13.2 saylı qərarına dair arxiv arayışında “Qocaliyeva Gültəkin X.” ilə 4 dekabr 1987-ci i xli 11/699 nömrəli orderdə göstərilən Ərizəçi eyni şəxsdir. Sumqayıt XDS İcraiyyə Komitəsinin 2 dekabr 1987-ci il tarixli, 22.403.2 saylı qərarında “Qodjalieva” sözü rus dilində yazılmışdır, rus dilində “H” hərfi olmadığına görə ”Qodjalieva” kimi yazılmışdır. Yuxarıda qeyd edildiyi kimi 16 sentyabr 1978-ci ildə X7 ilə nikaha daxil olduqdan sonra soyadını dəyişmiş və Qurbanova soyadını qəbul etmişdir. Qeyd olunan səbəbə görə 4 dekabr 1987-ci il tarixli 11/699 nömrəli orderdə soyadı “Qurbanova” kimi yazılmışdır. 12 dekabr 2022-ci ildə 2 saylı Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-1170/69 №-li “Doğum haqqında arayışda” ərizəçinin nikahdan əvvəlki soyadı Hacalieva kimi qeyd edilmişdir. Həmçinin ərizəçiyə məxsus olan xx.xx.2005-ci ildə Sumqayıt ŞPİ QŞVB tərəfindən verilmiş AZE 0******* №- li şəxsiyyət vəsiqəsində soyadı Qurbanova, adı Gülqayıd, ata adı isə Xancan kimi qeyd edilmişdir. “Sumqayıt XDS İcraiyyə Komitəsinin 2 dekabr 1987-ci il tarixli, 22.403.2 saylı qərarına dair arxiv arayışında "Qocaliyeva Gültəkin X.” ilə 4 dekabr 1987-ci il tarixli 11/699 nömrəli orderdə göstərilən “Ərizəçi” eyni şəxsdir yəni, Ərizəçidır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, Sumqayıt XDS İcraiyyə Komitəsinin 2 dekabr 1987ci il tarixli, 22.403.2 saylı qərarına dair arxiv arayışında “Qocaliyeva Gültəkin X.” ilə 4 dekabr 1987-ci il tarixli 11/699 nömrəli orderdə adı göstərilən Ərizəçi eyni şəxs olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Sumqayıt XDS İcraiyyə Komitəsinin 2 dekabr 1987-ci il tarixli, 22.403.2 saylı qərarına dair arxiv arayışında “Qocaliyeva Gültəkin X.” ilə 4 dekabr 1987-ci il tarixli 11/699 nömrəli orderdə adı göstərilən Ərizəçi eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar