Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2747/2024 15.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası - 31 iyul 1956-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1981-ci il tarixdə anadan olub. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. X13 onun anasıdır. 31 iyul 1956-cı il tarixdə anadan olmuşdur. Səhhətində çox ciddi problemlər vardır. Belə ki, kortikal sulkus giruslarda subaraxnoidal sahələrin, İİİ və yan mədəciklərin genişlənməsi, hər iki beyin yarımkürəsinin subkortikal, periventrikulyar, centrum semiovale çoxsaylı müxtəlif ölçülü gliotik və demielinizasiya ocaqları (ən böyüyünün ölçüsü 23,0X15,0 mm), baş beynin kəskin atrofık dəyişikliyi diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsizdir, daim kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Çünki onun xəstəliyinin irəliləməsi və müstəqil şəkildə öz hərəkətlərini idarə edə bilməməsi bir sıra hüquqlarının realizə edilməsinə mane olur. Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 ərizəsinə dair izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Hazırda X1 buna yol vermədiyindən, o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 1583 saylı rəyinə əsasən, X2 xəstəliyi nəticəsində demensiya formasında psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlar və halhazırki psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxsin psixi vəziyyətində dəyişiklər dörd il əvvəl biruzə verməsi, yaddaşında proqressiv artan zəifləmə, narahatlığı, nitqində pozuntu, qeyri-adekvat davranışı, yerinə düşməyən hərəkətləretməsi, fikirlərini ifadə edə bilməməsi, Psixi Sağlamlıq Mərkəzində xx.xx.2024-cü il tarixdə müayinə edilərək “Altsheymer xəstəliyi nəticəsində demensiya” diaqnozunun müəyyən edilməsi, son illər fizioloji ifrazatları ilə natəmizliyi, yuxusunun pozulması biruzə vermiş, bununla əlaqədaryaşayış yeri üzrə poliklinikasında qeydiyyatda olmaqla xəstəliyi ilə əlaqədar ona təyin edilmiş dərmanları qəbul etməsinə baxmayaraq psixi vəziyyətində yaxşılaşma olmadığı, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı yuxarıda göstərilən psixi stastusu və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci və 2-ci sual üzrə: X3 xəstəliyi nəticəsində demensiya formasında psixi xəstəlik müəyyən edilir. X10 hal-hazırda onda müəyyən edilən Altsheymer xəstəliyi nəticəsində demensiya ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X10 müəyyən edilən Altsheymer xəstəliyi nəticəsində demensiya ilə əlaqədar səhhəti mülkj işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X13 vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 1583 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 31 iyul 1956-cı il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 31 iyul 1956-cı il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2747/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2747/2024
15.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver