Məhkəmə qərarları › İş №2(060)-2751/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2751/2021

31.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2751/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Məhkəmə iclas katibi Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə acıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o Laçın rayonunun, Əhmədli kəndindən məcburi köçkün kimi Sumqayıt şəhəri, 42-ci məhəllə, Yataqxana-9, otaq 51-də ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən tərtib edilmiş abonent kartında mərhum atası X2 adı qeyd edilmişdir. Mərhum atası xx.xx.2019-cu ildə dünyasını dəyişmişdir. Atası 1992-ci ildən dünyasını dəyişən tarixə yəni, xx.xx.2019-cu ilə kimi ailə üzvləri ilə birlikdə sözügedən ünvanda yaşamışdır. Mənzilində o həmişə bütün kommunal xidmətlərə görə haqları, o cümlədən suya görə məbləğləri vaxtlı-vaxtında ödəmiş və heç bir borcu yoxdur. Lakin cavabdeh təşkilat tərəfindən ünvana 52,65 manat suya görə borc hesablanmışdır. O borc məbləği ilə razılaşmır. İçməli suya və Kanalizasiya xidmətlərinə görə o və ailə üzvləri məcburi köçkünlərə verilən güzəştlərdən istifadə etmişlər. Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən verilmiş içməli sudan istifadəyə görə borcun olmasını təsdiq edən Abonent kartında qeyd olunmuşdur ki, əvvəlki dövrə silinməli Qaçqın borcunun məbləği 52,65 manat təşkil edir. Həmin borc xx.xx.2016-cı ilə qədər olan dövrə aiddir. Cavabdehin iddia etdiyi borc məbləği əvvəlki illərə, yəni 2016-cı ildən əvvəllərə aiddir. Həmin borcun tələb etmə müddəti bitmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən Sumqayıt şəhəri, 42-ci məhəllə, ünvan 1 ünvanında yerləşən 51 saylı otağa görə hesablanmış 52,65 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən 52.65 manat məbləğində əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyib, iddia ərizəsinə etiraz təqdim edərək, izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı 52,65 (əlli iki manat, altmış beş qəpik) manat məbləğində borcun silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddiaçı iddia ərizəsində hesablanmış məbləğin əsassız olduğunu qeyd etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Yataqxana 9, mənzil 51-də ‘Cavabdeh” ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi 01.01,2005-ci il tarixdən X2 adına bağlanmış müqavilə (№********) ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Hal-hazırda xx.xx.2021-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 52,75 (əlli iki manat, yetmiş beş qəpik) manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh ASC-nin əsassız olaraq su pulu hesablaması olmuşdur. İddiaçıya məxsus ünvanda xx.xx.2005-ci il tarixdə kod açılaraq, xx.xx.2017-ci il tarixdə 507786 saylı su sayğacı quraşdırılmışdır. May 2011 -ci il tarixdə abonent məcburi köçkün olması barədə arayış təqdim etmiş və ünvanda 4 (dörd) nəfər məcburi köçkün kimi nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. xx.xx.2017-ci il tarixdə məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit ləğv olunmuşdur. Qeyd olunan ünvana xx.xx.2017-ci il tarixdə sayğac quraşdırılmışdır və hal-hazırda hesabat sayğac göstəricilərinə uyğun olaraq aparılır. Abonentin xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illər üzrə borcu 52.75 manat təşkil edir. xx.xx.2016-cı il tarixdən “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadənin dəyəri əhali qrupu üçün 0.50 qəpik, xx.xx.2021-ci il tarixdən isə 1 manat təşkil edir. CavabdehSC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş-xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri tam etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262№- li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262№-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Mübahisəli borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən vətəndaşa göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq vergi (ədv) ödənilmişdir. Odur ki, sözü gedən borcun silinməsi Cəmiyyətin maliyyə vəziyyətinə mənfi təsir göstərməklə abonentlərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini vaxtında icra etməməsi və işə baxan məhkəmələr tərəfindən eyni məzmunlu iddia tələblərinin təmin edilməsi vətəndaşlar arasında qanunun tələbinə riayət edilməsi istiqamətində hüquq düşüncəsinin formalaşmasına imkan yaratmayacaqdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı əsassız olaraq hesablanmış 52,65 (əlli iki manat, altmış beş qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli müqavilə əsasında verilmiş abonent kartından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllə, ünvan 1 ünvanında yerləşən 51 saylı otağda sudan istifadəyə görə xx.xx.2020-ci il tarixə kimi 52.65 manat məbləğində borc hesablanmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi il əvə ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverçiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən,verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin kecməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 42ci məhəllə, ünvan 1 ünvanında yerləşən 51 saylı otağda sudan istifadəyə görə 2011-ci ildən 2018-ci il tarixə kimi 41.60 manat, 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi isə 11.05 manat məbləğində borc hesablanmışdır. xx.xx.2017-ci il tarixdə isə su sayğacı quraşdırılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat Cavabdeh ASC iddiaçının borcundan məlumatlı olmasına baxmayaraq qanunla nəzərdə tutlmuş müddət ərzində Sumqayıt şəhəri, 42-ci məhəllə, ünvan 1 ünvanında yerləşən 51 saylı otağda sudan istifadəyə görə hesablanmış 2011-ci ildən 2018-ci il tarixə kimi 41.60 manat məbləğində borcu iddiaçıdan tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Məcələnin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata kecirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kecirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı iddia ərizəsində istinad etdiyi halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ünvan 1 ünvanında yerləşən 51 saylı otağda sudan istifadəyə görə hesablanmış 2011-ci ildən 2018-ci il tarixə kimi 41.60 manat məbləğində borcun tələbi üçün qanunda nəzərdə tutulmuş tələb etmə müddəti keçmişdir. Ona görə də iddia tələbi bu hissədə təmin edilməli, qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, 42-ci məhəllə, ünvan 1 ünvanında yerləşən 51 saylı otağa xx.xx.2017-ci il tarixə kimi sudan istifadəyə görə hesablanmış 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar