Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2778/2022 16.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi Niftəliyev İsmət Fikrət oğlunun iştirakı ilə, İddiaçı Novruzov Cabir Məmməd oğlunun cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Novruzov Cabir Məmməd oğlu cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı akt əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh «Azəriqaz» İB tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında sayğaca dəymiş zərərə görə hesablanmış 518.4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına 30.xx.xx.2022-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, məhkəmə hazırlıq iclasında tərəflər iştirak etmişdir. Növbəti məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi iştirak etmiş, məhkəmə baxışı xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddiaçı Novruzov Cabir Məmməd oğluna məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə iddiaçı Novruzov Cabir Məmməd oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi Niftəliyev İsmət Fikrət oğlu məhkəmə iclasında iştirak edərək mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il qərarına əsasən iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı Novruzov Cabir Məmməd oğlunun cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı akt əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Novruzov Cabir Məmməd oğlunun cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı akt əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2778/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2778/2022
16.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver