Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2818/2024 01.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən Saray bağları, ev 3703/q ünvanına ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 672,38 (altı yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat məbləğində borcun silinməsi barədə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Saray bağları, ev 3703/q ünvanına Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin tərkibində fəaliyyət göstərən Cavabdeh ASC Bağlar Sukanal İdarəsi tərəfindən su sərfiyyatına görə borc hesablanmışdır. Həmin borcun məbləği hazırda 672,32 manat olaraq qeyd edilməkdədir. Hesab edir ki, həmin borcun hesablanmasında səhvə yol verilmişdir və həmin məbləğ əssasızdır. Belə ki, həmin ünvanda bu qədər su sərfıyyatının mövcud olması mümkün deyil. O, həmin evdə daimi yaşamır və orada bu qədər su sərfıyyatının olması qeyri-realdır. Bundan başqa, o, bu məsələnin həll edilməsi üçün ötən il cavabdeh orqanın işçisinə müraciət edərək əssasız hesablanmış borcun silinməsini tələb etmişdir. Cavabdeh orqanın işçisi ona rəsmi şəkildə ərizə ilə müraciət etməli olduğunu və yalnız bu halda yalnız borcun silinəcəyini bildirmişdir. Bu səbəbdən o, rəsmi olaraq yazılı şəkildə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, qeyd edilən borc ailə tərkibinə və suvarılan torpaq sahəsinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Bunan əsasən də, onun borcları ödəməyi tələb edilməkdədir, əks halda isə su təchizatının müvafiq qaydada dayandırılacağı qeyd edilmişdir. Lakin, bildirmək istərdi ki, həmin ünvanda bu qədər su sərfıyyatının mövcud olması mümkün deyil. Bundan əlavə, məktubda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdən həmin ünvan üzrə hesabat su xətti üzərində quraşdırılmış İSS-20M markalı, 23024444 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılır. Lakin, hesab edir ki, sayğacın quraşdırıldığı gündən bu günə qədər belə yüksək məbləğdə borcun hesablanması əsaslı deyildir və bunun ancaq hesablanmış məbləğin ödənilməyən hissəsi olması da inandırıcı deyildir və mümkündür ki, həmin sayğacda nasazlıq mövcud olsun. Belə ki, 2023-cü ildən bu vaxta qədər həmin ünvanda su az istifadə edilmişdir və onun istifadəsindən bu məbləğdə borcun yazılması inandırıcı deyildir. Hesab edir ki, su sayğacı həddindən artıq çox yazır. Buna görə də, qeyd edilən qalıq borc məbləğinin hesablanması və qüvvədə olması onun hüquqlarının pozuntusu ilə nəticələnir və bu səbəbdən həmin borc məhkəmə qətnaməsi ilə silinməlidir. Çünki bu borc tamamilə əsassız və qanunsuz olaraq hesablanmışdır. Belə ki, daimi yaşayış olmayan bir yerdə bu qədər su borcunun yaranması məntiqi olaraq da düzgün deyil. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, sözügedən mənzildə 01 yanvar 2016-cı ildən kod açılmış və ailə üzvünə görə normativ qaydada hesabat aparılmışdır. Bu hesablama həmin ünvanda sayğac olmadığına görə bu üsulla hesablanmışdır. Mənzildə qeydiyyatda olduqlarına görə evdə yaşayıb-yaşamadıqlarından asılı olmayaraq hesabat getmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı məktubdan görünür ki, Saray bağları ev 37Q3/q ünvanının su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2011ci il tarixində 32046320 nömrəli müqavilə bağlanaraq **********000 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən hesabat ailə tərkibinə və suvarılan torpaq sahəsinə görə aparılmışdır. Qeyd olunan ünvanın hesabatı xx.xx.2023-cü il tarixindən su xətti üzərindən quraşdırılmış İSS-20M maraklı, 23024444 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmaqdadır. Hazırda sayğacın son göstəricisi 31 kub.m - olmaqla su təchizatı xidmətindən istifadəyə görə ünvanın hesabında 672 38 manat borc yaranmışdır. Qeyd edilən borc ailə tərkibinə yə suvarılan torpaq sahəsinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İşdə olan “Abonent kartından” görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray 1, ev 332/A-ya 2016-2024-ci il üzrə 672,38 manat borc hesablanmışdır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşarı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini su təchizatı və kanalizasiya müəssisəsi ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh göstərilən borcun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi “Abonent haqqında məlumat”a əsaslanır. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Cavabdeh tərəf dəlillərinin əsaslı və iddianın əsası kimi istinad edilən halların əsassız olmasına dair heç bir sübut təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, sözügedən bağ evində daimi olaraq yaşayış olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, yaşayış olmayan bağ evinə cavabdeh tərəfindən hər hansı bir borcun hesablanması qanunsuzdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Saray bağları, ev 3703/q ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 672 (altı yüz yetmiş iki) manat 38 (otuz səkkiz) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Tağızadə Gülnarə
Məhkəmə qərarları › İş №2(060)-2818/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2818/2024
01.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver