Məhkəmə qərarları › İş №2(060)-2821/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2821/2023

22.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2821/2023 22.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə, Maraqlı şəxs nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsna qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi maraqlı tərəf ünvan 3qayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2004-cü il təvəllüdlü Eyvazlı Elşən Gürşad oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1984-cü il tarixdə ünvan 3qayıt şəhərində anadan olmuşdur. ünvan 3qayıt şəhəri, 12-ci mikrorayon, “X8- 1005”, bina 738, mənzil 3 ünvanında yaşayır. Qeyd edir ki, o, xx.xx.2004-cü il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan iki övladı vardır. xx.xx.2004-cü il tarixdə Eyvazlı Elşən Gürşad oğlu dünyaya gəlmişdir. Bildirir ki, oğlu Eyvazlı Elşən Gürşad oğlu “serebral iflicin digər növü, keçirilmiş uşaq serebral iflicin davamlı qalıq əlamətləri diaqnozu xəstəsidir. 1-ci qrup əlildir. Onun daim kənar şəxsin köməyinə ehtiyacı vardır. O, öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Ona görə də məhkəməyə müraciət edərək oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini və özünün ona qəyyum təyin olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəyə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Eyvazlı Elşən Gürşad oğlu hal-hazırda müalicədədir. Ona evdə dərs keçirilmişdir. Əsəbləşdikdə ağzı köpüklənir, gözləri bərəlir. Özünə zəruri olan ehtiyacları müəyyən zaman ifadə edə bilir, müəyyən zamanlar isə çaşqınlıq yaranır. Anası qulluq edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxsn nümayəndəsi X6 yekun qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə Ərizəçi nümayəndəsi Nümayəndə və Maraqlı şəxs nümayəndəsi X3 izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı, 389047 nömrəli məcbur köçkün vəsiqəsinin surətindən görünür ki, X5 1977-ci il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. Hal-hazırda müvəqqəti olaraq ünvan 3qayıt şəhərində məskunlaşmışdır. AZ-İ seriyalı, 113506 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 arasında Azərbaycan Respublikası ünvan 3qayıt Şəhəri Nikah evində 30 iyul 2004-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2004-cü ilin iyul ayının 30-cu günündə 792 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Eyvazov, arvada isə Eyvazova soyadı verilmişdir. AZ-İ seriyalı, 548517 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, Eyvazlı Elşən Gürşad oğlu xx.xx.2004-cü il tarixində ünvan 3qayıt şəhərində anadan olmuşdur. X1, anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2004-cü ilin noyabr ayının 03-cü günündə 3557 nömrə ilə qeyd edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan görünür ki, Eyvazlı Elşən Gürşad oğluna müddətsiz birinci dərəcəli əlillik verilmişdir. Serebral iflicin digər növü, keçirilmiş uşaq serebral iflicin davamlı qalıq əlamətləri (kənar şəxsin köməyinə ehtiyac vardır) diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ünvan 3qayıt şəhəri Mənzil-Kommunal İstismar Sahəsinin 288 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən ünvan 3qayıt şəhəri, 12-ci mikrorayon, “X8-1005” ünvanında məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ünvan 3qayıt şəhəri Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Qubadlı rayonundan köçkün düşmüş Ərizəçi bina 738, mənzil 3 ünvanında yerləşən ünvan 3qayıt şəhəri, 12-ci mikrorayon, “X8-1005” ünvanında məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Lakin Ərizəçi məcburi köçkün statusuna malik deyildir. ünvan 3qayıt Tibb Mərkəzi 4 nömrəli Şəhər Xəstəxanasının ******* nömrəli xəstəlik tarixindən çıxarışdan məlum olur ki, Eyvazlı Elşən Gürşad oğlu ünvan 3qayıt 2 nömrəli Şəhər Xəstəxanasının poliknika şöbəsinin göndərişində əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək nevrologiya şöbəsində müalicədə olmuş və “uşaq serebral iflici” diaqnozu ilə nevroloq və terapevtin ambulator nəzarəti və müalicəsi məsləhət görülmüşdür. ünvan 3qayıt Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 246/1562 nömrəli Həkim Psixiatr Komissiyasının rəyində göstərilmişdir ki, Eyvazlı Elşən Gürşad oğlu müayinədə olmuş və ona “ağır dərəcəli əqli gerilik, daimi ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə, uşaq serebral iflici” diaqnozu təyin edilmişdir. “ünvan 3qayıt Tibb Mərkəzi” PHŞ-nin 2 nömrəli Şəhər Xəstəxanasının poliknika şöbəsinin 26 may 2023-cü il tarixli, 436 nömrəli məktubunda göstərilmişdir ki, Eyvazlı Elşən Gürşad oğlu “ağır dərəcəli əqli gerilik, daimi ciddi qulluq və müalicə tələb edən davranış pozuntusu ilə” diaqnozu ilə ünvan 3qayıt Tibb Mərkəzi 2 nömrəli Şəhər Xəstəxanasının poliknika şöbəsinin psixiatrik kabinetində qeydiyyatdadır. ünvan 3qayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(060)-2821/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olanadək mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 2488 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəydən görünür ki, Eyvazlı Elşən Gürşad oğlunda “ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə” aşkar olunur. Eyvazlı Elşən Gürşad oğlu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Eyvazlı Elşən Gürşad oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin xüsusi icraat qaydasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən baxdığı işlərdən biridə 305.1.3-cü maddəsində göstərilən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.8-ci maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. 34.2-ci fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır (MPM 305.1.3). 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, Ərizəçi ərizəsi təmin edilərək Eyvazlı Elşən Gürşad oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27 sentyabr 2004-cü il təvəllüdlü Eyvazlı Elşən Gürşad oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində ünvan 3qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 3qayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar