Məhkəmə qərarları › İş №2(060)-2845/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2845/2023

05.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2845/2023 05.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Sumqayıt Şəhəri, St.Sumqayıt y/s 138-də istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər vaxtlı-vaxtında onun tərəfindən ödənilmişdir. Bütün bu ödənişlər barədə qəbzləri vardır. Heç bir borcunun olmamasına baxmayaraq əsassız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə onun guya 947.86 manat debitor borcu olduğu bildirilmişdir. "xxxx" ASC-yə hal-hazırda heç bir borcu yoxdur. Hesab edir ki, həmin borclar qanunsuz və əsassız olduğu üçün silinməlidir. Əlavə olaraq bildirir ki, bu borc barmekin dövründən qalan borcdur. Ona məxsus ünvana yeni sayğac quraşdırılmışdır. Vaxtlı-vaxtında işıq sərfiyyatına olan borcu ödəyir. Heç bir borcu yoxdur. "xxxx" ASC-nin 028727 saylı, xx.xx.2022-ci il tarixli aktı məsul işçilərin məsuliyyətsizcəsinə tərtib etdikləri qanunsuz aktdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunmuşdur. Həmin qanunun 8.13-cü bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Bununla əlaqədar cavabdeh təşkilata dəfələrlə müraciət etməsinə baxmayaraq həmin borcun necə yarandığını sübut edə bilməmiş həmçinin heç bir ödəniş sənədi təqdim etməmişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilat qeyri-müəyyən yollarla istifadəsində olmuş yaşadığı mənzilə qanunsuz olaraq 947.86 manat məbləğində hesablaşma aparmışdır. EEİQ-nin 8.4-cü maddəsinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Cavabdeh təşkilat isə ondan istifadə etmədiyi elektrik enerjisinə görə ödəniş tələb edir, hansı ki bu borc barmek dövründən qalmış borcdur. Qeyd olunanlara əsasən məhkəmədən, cavabdeh tərəfindən ona məxsus Sumqayıt şəhəri, St.Sumqayı y/s 138-də elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 947.86 manat məbləğdə debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iyirmi ildir ki, həmin ünvanda yaşayır. Bir gün də borcu olmamışdır. Tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki iş materiallarında olan: 19.06.23-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, "xxxx" "ASC-nin əməkdaşları tərəfindən cavabdehin ünvanında abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilmiş və 2 akt tərtib edilmişdir. Baxış keçirilən zaman məlum olmuşdur ki, abonent dayaqdan yanaşı sayğacın giriş xəttini zədələməklə kənar xəttdən istifadə edir. Kənar xəttin en kəsiyinin sahəsi 15 kvadrat metrdir, mis naqildən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydalarının (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli akt əsasında 491,16 manat dəyərində, xx.xx.2022-ci il tarixli akt əsasında 449,40 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********01712) İddiaçı məxsus ünvan 2 ünvanında xx.xx.2015-ci il tarixə ETAİS-dən gələn borc 458.06 manat, xx.xx.2022-ci il tarixə EİQ pozulması nəticəsində 405.08 manat borc hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 028727 saylı, 17 iyun 2022-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, kənar mənbədən (dayaqdan) əlavə faza xətti götürülərək sayğac sxemdən kənarlaşdırılaraq kənar xətdən istifadə olunmuşdur. Baxış zamanı onlar tərəfindən ölçü aparılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 030470 saylı, 28 noyabr 2022-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent dayaqdan yanaşı sayğacın giriş xəttini zədələməklə kənar xətdən istifadə edir. Kənar xəttin en kəsiyinin sahəsi 15 kvadrat millimetr mis naqildən ibarətdir. 030470 nömrəli, xx.xx.2022-ci il tarixli akt əsasında əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərindən görünür ki, İddiaçı ünvanında olan sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent dayaqdan yanaşı sayğacın giriş xəttini zədələməklə kənar xətdən istifadə edir. Kənar xəttin en kəsiyinin sahəsi 15 kvadrat milli metr mis naqildən ibarətdir. Cəmi 449.40 manat hesablanmış, kənar xəttin ləğv edilməsi qərara alınmışdır. 028727 nömrəli, xx.xx.2022-ci il tarixli akt əsasında əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərindən görünür ki, İddiaçı ünvanında olan sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, kənar mənbədən (dayaqdan) əlavə faza xətti götürülərək sayğac sxemindən kənarlaşdırılaraq kənar xətdən istifadə olunmuşdur. Cəmi 491.16 manat hesablanmış, kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə hesab edir ki, iddiaçı ünvanına debitor borcun hesablanması barədə iddia tələbi irəli sürərək tələbinin hüquqi əsasını sübuta yetirə bilməmiş, məhkəmə iclasında tələbinin əsası təsdiq olunmamışdır. Belə ki, cavabdeh "xxxx" ASC–nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat və təqdim olunmuş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçının ünvanına kənar kəttin qoşulması səbəbinə görə akt tərtib olunaraq cərimə hesablanmışdır. Qeyd olunan normaların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası sübut olunmadığı üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar