Məhkəmə qərarları › İş №2(060)-2869/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2869/2021

07.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2869/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia tələbi üzrə cavabdeh X3, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh X4 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X4 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma tələbinə dair ilkin iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mkr, ev ЗА, mənzil 4 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzilin ümumi sahəsi 63.46 kv metr, yaşayış sahəsi 40.74 kv metrdir. Mənzil 3 otaqdan ibarətdir. Cavabdehlər onun oğlu və gəlinidir. Belə ki, onlar 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları var: 07.03.2007-ci il təvəllüdlü X1 və 01.12.2010-cu il təvəllüdlü Cəfərzadə Zəhra Sadıq qızı. Cavabdehlərdən Cavabdeh1 ona məxsus mənzildə qeydiyyatdadır. Digər Cavabdeh2 isə ona məxsus mənzildə qeydiyyatda deyil və ona məxsus mənzilə heç bir hüququ yoxdur. Onların bir mənzildə yaşamaqları mümkünsüzdür. Belə ki, hər gün evdə söz-söhbət, mübahisə olur. Mülkiyyətçi kimi o, öz mənzilində rahat yaşaya bilmir. Ona görə də hesab edir ki, Cavabdeh1 6000 manat məbləğində kompensasiya verilməklə cavabdeh onun və yetkinlik yaşlarına çatmayan uşaqlarının xüsusi mülkiyyət hüquq ilə ona məxsus olan Sumqayıt şəhəri, 6-cı mkr, ev ЗА, mənzil 4-ə olan istifadə hüquqlarına xitam verilməli və ona məxsus Sumqayıt şəhəri, 6cı mkr, ev ЗА, mənzil 4-dən çıxarılmalıdırlar. Həmçinin həmin mənzilə heç bir hüququ olmayan Cavabdeh2 da cehiz əmlakları ilə birlikdə ona məxsus mənzildən çıxarılmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Göründüyü kimi kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsinə dair işlərdə artıq Konstitusiya Məhkəməsinin aşağı məhkəmələr üçün məcburi olan mövqeyi bəllidir. Bu mövqe ondan ibarətdir ki, kompensasiya institutu itifadəçiyə müəyyən müddətdə, davamlı şəkildə əvvəlki yaşayış tərzinə uyğun şəkildə yaşamaq imkanı vermək üçün kifayət edəcək məbləğdə - ağlabatan məbləğdə olmalıdır. Hesab edir ki, onun təklif etdiyi kompensasiya məbləği ağlabatandır və cavabdehə müəyyən müddətdə, davamlı şəkildə əvvəlki yaşayış tərzinə uyğun şəkildə yaşamaq imkanı vermək üçün kifayət edəcək məbləğdədir. Qeyd olunanlara əsasən Cavabdeh1 6000 (altı min) manat məbləğində kompensasiya verməklə onun və yetkinlik yaşına çatmayan uşaqları - 07.03.2007ci il təvəllüdlü X1 və 01.12.2010-cu il təvəllüdlü Cəfərzadə Zəhra Sadıq qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 6-cı mkr, ev ЗА, mənzil 4-ə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, 6-cı mkr, ev ЗА, mənzil 4-dən cehiz əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, məhkəmə gedişatında Cavabdeh2 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O qarşılıqlı iddia tələbini qəbul etmir. Hazırkı iddia tələbini isə dəqiqləşdirir. Cavabdehlər ər-arvaddır, rəsmi nikahları var. O iddia tələbi ilə məhkəməyə müraciət edərkən Cavabdeh1 6000 (altı min) manat məbləğində kompensasiya verməklə onun və yetkinlik yaşına çatmayan uşaqları - 07.03.2007-ci il təvəllüdlü X1 və 01.12.2010-cu il təvəllüdlü Cəfərzadə Zəhra Sadıq qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 6-cı mkr, ev ЗА, mənzil 4-ə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə və Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, 6-cı mkr, ev ЗА, mənzil 4-dən cehiz əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Hazırda o iddia tələbini dəqiqləşdirir, kompensasiyanın məbləğini artırır. Hər iki cavabdehə ümumilikdə 9000 manat məbləğində kompensasiya təklif edir. Hesab edir ki, onun təklif etdiyi kompensasiya məbləği ağlabatandır və cavabdehlərə müəyyən müddətdə, davamlı şəkildə əvvəlki yaşayış tərzinə uyğun şəkildə yaşamaq imkanı vermək üçün kifayət edəcək məbləğdədir. Nəzərə almaq lazımdır ki, cavabdehlər ər-arvaddır və ona məxsus mənzildən çıxarıldıqdan sonra bir ailə kimi bir yerdə yaşayacaqlar. Ona görə də 9000 manat məbləğində kompensasiya ağlabatan məbləğdir. Qeyd olunanları nəzərə alıb məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 4500 manat olmaqla, ümumilikdə 9000 manat məbləğində kompensasiya verməklə onların və yetkinlik yaşına çatmayan uşaqları - 07.03.2007-ci il təvəllüdlü X1 və 01.12.2010-cu il təvəllüdlü Cəfərzadə Zəhra Sadıq qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 6-cı mkr, ev ЗА, mənzil 4-ə istifadə hüquqlarına xitam verilməsi və mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh2 2006-cı ildə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nigahdan 2007-ci il təvəllüdlü X2 və 2010-cu il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. O rəsmi nigaha daxil olaraq ünvan 1 ünvanına gəlin köçmüş, övladları da bu mənzildə yaşayarkən anadan olmuşdur. Bu günə kimi bu ünvanda yaşayır. O mənzilə gəlin köçən zaman mənzil həyat yoldaşı, ilkin iddia üzrə cavabdeh X3 xüsusi mülkiyyətində olmuşdur. Bu səbəbdən onun qeyd edilən mənzilə istifadə hüququ yaranmışdır. Belə ki, qəbul olunmuş praktikaya əsasən 2010-cu ilə kimi yaranmış münasibətlər zamanı istfadə hüququna dair iddialarda AR MM-sinin 228-ci maddəsi tətbiq edilir. O mənzilə köçən zaman mənzil həyat yoldaşının mülkiyyətində olduğu üçün onun mənzilə istifadə hüququ yaranmışdır. Sonradan mənzil ilkin iddiaçının adına keçmişdir. Mənzilin özgəninkiləşdirilməsində o iştirak etməmişdir. Belə ki, həmin mənzildə pasport qeydiyyatında deyil. Həyat yoldaşı bağışlama müqaviləsi ilə mənzili ilkin iddiaçının adına keçirtmişdir. Amma bu hal onun istifadə hüququnun yaranmasına təsir etmir. Bu hal nəzərə alınmalıdır. Hal-hazırda Cəfərora Cəmilə ona və həyat yoldaşına qarşı iddia qaldırmışdır. İddianın onunla bağlı hissəsində iddiaçı onun qeyd edilən ünvandan çıxarılmağını tələb edir. O bu iddia ilə razı deyil və yuxarıda qeyd edilən əsaslara görə bu iddia təmin edilə bilməz. Qeyd olunanları rəhbər tutaraq məhkəmədən İddiaçı ona qarşı olan iddiasının təmin edilməməsi, onun ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh X6 İddiaçı ona və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma tələbinə dair ilkin iddia ərizəsinə etiraz verərək hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iddiaçı ona 6000 manat kompensasiya ödənilməsi ilə ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsini xahiş edir. İstifadə hüququna xitam verilməsi üçün təklif edilən kompensasiya ədalətli deyildir. Belə ki, kompensasiyanın hesablanma qaydaları və kompensasiya verilməsi ilə istifadə hüququna xitam verilməsinə dair məhkəmə praktikaları mövcuddur. Oxşar şəraitdə, oxşar ərazidə olan mənzilin kirayə haqqı təqribən 250 AZN məbləğindədir. Məhkəmə praktikasına əsasən 3 illik kirayə haqqı məbləğində kompensasiya ədalətli hesab edilə bilərdi. Bu formada hesablama aparılsa 1 il üçün 3000 manat, 3 illik kirayə haqqı məbləğində kompensasiya isə 9000 manat təşkil edir. Adi hesablama ilə məlum olur ki, təklif edilən kompensasiyanın məbləği olduqca aşağıdır və bu məbləğ ədalətli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, digər cavabdeh, həyat yoldaşı Cavabdeh2 mənzildən çıxarılması tələbi irəli sürülmüşdür. Halbu ki, Cavabdeh2 yaşadıqları mənzilə gəlin köçmüş, həmin dövrdə mənzil onun xüsusi mülkiyyətində olmuşdur. Bu səbəbdən Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Bu səbəbdən ona ayrıca kompensasiya təklif edilməlidir. İddiada onun yetkinlik yaşına çatmayan iki övladının da mənzildən çıxarılması tələbi irəli sürülmüşdür. Təklif edilən kompensasiyanın məbləği övladları ilə başqa yaşayış yeri ilə özlərini müəyyən müddətə təmin etməyə kifayət etməyəcəkdir. Bu səbəbdən iddia təmin edilə bilməz. Bu halları rəhbər tutaraq məhkəmədən İddiaçı ona və digər Cavabdeh2 qarşı “kompensasiya verməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələblərinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia tələbi üzrə cavabdeh X6 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinə etirazda göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən ilkin iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia tələbini qəbul etməyərək, məhkəmədən ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin 4 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 20.07.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş 02.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, yetkinlik yaşına çatmayan uşaqları 07.03.2007-ci il təvəllüdlü X1 və 01.12.2010-cu il təvəllüdlü Cəfərzadə Zəhra Sadıq qızı Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin 4 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə İsmayılova Turac Mehrab qızı arasında nikah 18 noyabr 2005-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1426 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. Məhkəmə sorğusu əsasında alınıb iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 07 may 2021-ci il tarixli ünvan 3 ünvanda yerləşən 4 saylı mənzilin hüququ rejiminə dair məlumatın verilməsi barədə məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən 4 saylı mənzili ünvan 4.1992-ci il tarixli, 7M-1371 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanma müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 2 saylı dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 21.07.1993-cü il tarixli, 6M-871 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında mənzil Cavabdeh1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh1 idarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi 11.06.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. Sumqayıt şəhər 1 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 02.06.2009-cu il tarixli, 4Ə-02-301 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında mənzil İddiaçı adına qeydiyyata alınmış və 20.07.2009-cu il tarxli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən 4 saylı mənzili 28.10.1992-ci il tarixli, 7M-1371 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanma müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmiş, 21.07.1993-cü il tarixli, 6M-871 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında isə mənzil Cavabdeh1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. İlkin iddia tələbi üzrə Cavabdeh1 ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 18 noyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, ailə qurduqdan sonra mübahisəli mənzilə köçmüş, birgə nikahlarından iki övladları anadan olmuşdur. Həmin vaxtdan ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 fasiləsiz olaraq onlarla birlikdə yaşayaraq mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. İlkin iddia tələbi üzrə Cavabdeh1 və ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iki azyaşlı uşaqları ilə birlikdə həmin ünvanda yaşayırlar, mübahisəli mənzildən başqa yaşayış yerləri yoxdur. İlkin iddia tələbi üzrə Cavabdeh1 müraciəti əsasında mübahisəli mənzilə dair qeydiyyat vəsiqəsi 11.06.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla əvəz edilmiş, 02.06.2009-cu il tarixli, 4Ə-02-301 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında isə mənzil ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı adına qeydiyyata alınmış və 20.07.2009-cu il tarxli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda isə ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə Cavabdeh1 və ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqlarına onlara cəmi 9000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsini və mənzildən çıxarılmasını məhkəmədən xahiş edir. İlkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 2005-ci ildən indiyədək faktiki olaraq həmin mənzilin digər ailə üzvləri ilə birlikdə yaşayır və onlarla birgə təsərrüfat aparır. Qeyd edilən halları iş üzrə müstəsna hallar kimi nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Sumqayıt şəhəri, 6-cı mikrorayon, ЗА saylı evin, 4 saylı mənzilinə gəlin köçərkən mənzilin mülkiyyətçisinin ailə üzvü hesab edilməklə, həmin mənzilə münasibətdə digər ailə üzvləri ilə birlikdə eyni hüquqlara və vəzifələrə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə, tərəflərin izahatlarını, işin məhkəmə iclasında araşdırılan hallarını, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq, ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 4500 manat olmaqla, ümumilikdə 9000 manat məbləğində kompensasiya verməklə onların və yetkinlik yaşına çatmayan uşaqları - 07.03.2007-ci il təvəllüdlü X1 və 01.12.2010-cu il təvəllüdlü Cəfərzadə Zəhra Sadıq qızının Sumqayıt şəhəri, 6-cı mikrorayon, ЗА saylı evin, 4 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçı tərəfindən ödənilməli olan kompensasiya məbləğini hazırki bazar qiymətlərinə uyğun cavabdehlərə ödənilməsini iddiaçıya təklif etmiş, iddiaçı isə bu məbləğlə razılaşmayaraq cəmi 9000 manat kompensasiya verə biləcəyini bildirmiş, həmin məbləğin real bazar qiymətinə uyğun olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarındakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları - 07.03.2007-ci il təvəllüdlü X1 və 01.12.2010-cu il təvəllüdlü Cəfərzadə Zəhra Sadıq qızının Sumqayıt şəhəri, 6-cı mikrorayon, ЗА saylı evin, 4 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi üçün cavabdehlər tərəfindən tələb edilmiş 18000 manat kompensasiya məbləği ilə razılaşmamışdır. Məhkəmə isə cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi üçün onlara iddiaçı tərəfindən təklif olunan bazar qiyməti ilə 9000 manat kompensasiyanı qənaətbəxş məbləğ hesab etmir, qeyd olunan məbləğdə kompensasiya müqabilində ilkin iddia tələbi üzrə cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi onlara davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə yaşamaq imkanı verməməklə onların hüquqlarının pozulmasına səbəb olacağı qənaətinə gəlir. İlkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 2005-ci ildən indiyədək faktiki olaraq mübahisəli mənzilin digər ailə üzvləri ilə birlikdə yaşayıb, onlarla birgə təsərrüfat aparmaqla Sumqayıt şəhəri, 6-cı mikrorayon, ЗА saylı evin, 4 saylı mənzilinə gəlin köçərkən mənzilin mülkiyyətçisinin ailə üzvü hesab edilməklə, həmin mənzilə münasibətdə digər ailə üzvləri ilə birlikdə eyni hüquqlara və vəzifələrə malikdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh X4 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilərək Cavabdeh2 Sumqayıt şəhəri, 6-cı mikrorayon, ЗА saylı evin, 4 saylı mənzilinə istifadə hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X4 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh2 Sumqayıt şəhəri, 6-cı mikrorayon, ЗА saylı evin, 4 saylı mənzilinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar