Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2877/2024 13.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qarşı «hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 3-48-DA-10F/2-907-2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli arxiv sənədinin 03 avqust 1993-cü il tarixli, 32/435 nömrəli orderdə qeyd olunan X4 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Bildirmək istəyir ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 25B ünvanında yerləşən 23 saylı mənzil 03 avqust 1993-cü il tarixli, 32/435 saylı order ilə mərhum atası X4 məxsusdur. Qeyd edir ki, atası 09 oktyabr 2001-ci il tarixdə vəfat etmişdir. Sözügedən mənzil üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsələr də imtina edilmişdir. İmtinaya əsas olaraq bildirilmişdir ki, X6 Filialının 18 oktyabr 2023-cü il tarixli arxiv arayışında ad uyğunsuzluğu olduğu yəni, mənzil verilən şəxsin adı “Şamil” olaraq qeyd edilmişdir. Məhz bu səbəbdən də imtina verilmişdir. Nəzərə çatdırmaq istəyir ki, qeyd etdiyi kimi Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 25B ünvanında yerləşən 23 saylı mənzil 03 avqust 1993-cü il tarixli, 32/435 nömrəli order ilə mərhum atasına məxsusdur və atası X5r. Qeyd olunan orderdə də atasının adı məhz Şamiyan olaraq qeyd edilmişdir. Arxiv sənədində isə adının hansı əsasla “Şamiyan” əvəzinə “Şamil” olaraq qeyd edildiyini bilmir. Hazırda onda olan sənədlərdə də atasının adı “Şamiyan” olaraq qeyd edilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan ərizəçiyə məxsus AZE seriyalı, №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ata adı Şamiyan kimi qeyd edilmişdir. İşdə olan AZ № 105858 saylı, xx.xx.2001-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İşə əlavə olan Azərbaycan Respublikası Sumqayıt şəhər icra hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin xx.xx.1993cü il tarixli “Order”in surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mkr, ev 25B, mənzil 23 order əsasında X3 və ailə üzvlərinin istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 20 noyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, tərəflərindən aparılan araşdırma nəticəsində təqdim edilmiş sənədlərdə göstərilənlərin ziddiyyət təşkil etdiyi müəyyənləəşdirilmişdir. Belə ki, Dövlət Arxivinin Sumqayıt Filialının 3-48-DA-10F/2-907-2023 nömrəli, xx.xx.2023-cü il tarixli arxiv arayışında ad uyğunsuzluğu olduğu və xx.xx.1993-cü il tarixli, 32/435 nömrəli orderdə otaq sayına və ada düzəliş olunduğu, lakin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmədiyi müəyyən olunmuşdur. Belə ki, arxiv çıxarışa əsas götürülərək otaqların sayı 3, mənzil verlən şəxs adı isə “Şamil” qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə xx.xx.2001-ci il tarixində ölmüş X3 vərəsəsi-oğlu- Ərizəçi müraciət etmiş və vərəsələr siyahısına daxil edilmişdir. İş materiallarında olan Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının Ərizəçi ünvanladığı xx.xx.1993-cü il tarixli, 34 №-li protokoldan çıxarışda ərizəçinin ata adı X2 qeyd edilmişdir. İşdə olan AZ-T №042263 saylı, xx.xx.2017-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin ata adı X1 qeyd edilmişdir. İş materiallarında olan AZ № 031515 saylı, xx.xx.1965-ci il tarixli “Evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin ata adı X1 qeyd edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 3-48-DA-10F/2-907-2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli arxiv sənədinin 03 avqust 1993-cü il tarixli, 32/435 nömrəli orderdə qeyd olunan X4 məxsus olması faktı öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 3-48-DA-10F/2-907- 2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli arxiv sənədinin 03 avqust 1993-cü il tarixli, 32/435 nömrəli orderdə qeyd olunan X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2877/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2877/2024
13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver