Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2883/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 və onun nümayəndəsi, Vəkil iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” (maraqlı şəxslər: Sumqayıt Şəhər İcra Hakimiyyəti və Maraqlı şəxs2) barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, (Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs kimi göstərməklə) xx.xx.1958-ci ildə anadan olmuş X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 16 oktyabr 1958-ci ildə anadan olmuşdur. O, ərizəçinin baldızıdır (həyat yoldaşı X9 bacısı). Həyat yoldaşı X12 10 mart 2023-cü ildə vəfat etmişdir. Baldızı “paranoid şizofreniya fasiləsiz gedişlə. Davamlı hallusinator sayıqlama sindromu ilə. Dərin psixi defekt halı” xəstəlikdən əziyyət çəkir. Nüşabə Hüseynovaya 1-ci dərəcəli müddətsiz əllilik dərəcəsi verilmişdir. Baldızı ərizəçi ilə eyni ünvanda yəni, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2, ev 41-də yaşayır (xx.xx.2023cü il tarixli arayış) və onun kənar şəxslərin köməyinə daima ehtiyacı vardır. X8 ərizəçi özü baxır, qulluğunda durur. O, öz hərəkətlərinin mənasını dərk etmir, özünü müstəqil idarə edə bilmir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İşin məhkəmə baxışı zamanı Maraqlı şəxs2 məhkəmə tərəfindən iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. Maraqlı şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim göndərilmiş ərizədə iddianın baxılmamış saxlanması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 X2 qardaşı qızıdır. Ərizəçi X2 baldızıdır. Hazırda ərizəçinin və Nüşabə Hüseynovanın birgə yaşadıqları fərdi yaşayış evi, Nüşabə Hüseynovanın və onun mərhum qardaşı X9 birgə mülkiyyətində olmuşdur. Kamil Əliyev xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Kamil Əliyevin övladı olmadığından, öldüyü tarixdə ata-anası da sağ olmadıqlarından, birinci növbə vəsərəsi yalnız arvadı ərizəçi olmuş, evin Kamil Əliyevdən miras qalmış yarısı da bu əsasla ərizəçinin adına keçmişdir. Maraqlı şəxs2 bildirdiyinə görə ərizəçi hazırda evin digər yarısını, yəni Nüşabə Hüseynovanın adına olan yarısını da öz adına keçirmək istəyir. Nüşabə Hüseynovanın fəaliyyət qabilyiyyəti olmayan hesab olunaraq ərizəçinin onun üzərində qəyyum təyin edilməsi bu niyyətə xidmət edir. Ərizəçi Nüşabə Hüseynovanın yaxın qohumu deyil. Nüşabə Hüseynovanın yaxın qohumları qardaşları Telman, Abbas və Kamil olub. Abbas xx.xx.2012-ci il tarixdə, Telman xx.xx.2015-ci il tarixdə, sonuncu Kamil isə xx.xx.2023-cü il tarixdə rəhmətə gediblər. X1m ən yaxın qohumları qardaşları qızları Natəvan, Ülviyyə və digər qohumlarıdır. Qeyd edilənlərdən görünür ki, ərizəçi yaxın qohumu olmadığı Nüşabə Hüseynovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəməyə ərizə vermək hüququ olan şəxs deyil. Ərizəçi tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 vəkili vasitəsilə məhkəməyə müraciət edərək özünü baldızının yaxın qohumu kimi təqdim etmiş və ərizəçinin xahişinin təmin olunmamasını tələb etmişdir. Maraqlı şəxs2 bu tələbini onunla əsaslandırmağa cəhd edir ki, guya ərizəçi onu və digər qaynı qızı Ülviyyəni yaşadıqları evə buraxmır, onların N.Hüseynova ilə görüşməyinə, onun qayğısına qalmalarına icazə vermir. Aşağıda sadalanan faktiki və hüquqi hallar Maraqlı şəxs2 yalan danışdığını sübut edir. Ərizəçi mərhum əri X12 ilə 2006cı ildə ailə qurmuşdur. 2007- ci ildən rəsmi nikaha daxil olmuşlar. Ailə qurduqları gündən ərizəçi ərinə məxsus indi yaşadığı evdə yaşamışdır. Onlarla birgə yalnız baldızı N.Hüseynova yaşayırdı. O, ali təhsilli qadındır. Amma 1994- ci ildə xəstəliyə mübtəla olmuşdur. Təqribən 2016-cı ildə ona ömürlik 1-ci qrup əlillik təyin edilmişdir. Evləndikədən bir qədər sonra, 2007-ci ildə əri müxtəlif xəstəliklərə, o cümlədən onkoloji xəstəliyə tutuldu. O, artıq işləyə bilmirdi. Ərizəçi işləyib, onların hər ikisinə qulluq edirdi. İndi özlərini yaxın qohum kimi təqdim edən Natavan və Ülviyyə Nüşabənin və ərinin vəziyyəti ilə maraqlanmır, onlara kömək, yardım, qayğı göstərmirdilər. Çox təsadüfi hallarda gəlib onlarla görüşürdülər. Əri ağır və uzun xəstəlikdən sonra bu ilin 10 mart tarixində vəfat etmişdir. O, uzun müddət yataq xəstəsi olsa da, Natavan və Ülviyyə bir dəfə də olsa gəlib əmisilə görüşmədilər. Əri vəfat etdikdən sonra baldızına qulluğu davam etdirir. Bu ərinin ruhu qarşısında borcudur. Ərizəçi baldızının bugünkü vəziyyətini rəsmiləşdirmək, onun hüquqlarının təmin olunmasına kömək etmək üçün qəyyumluğu üzərimə götürmək istəmişdir. Bu məqsədlə şəhər icra hakimiyyətinin müvafiq qurumuna müraciət etmişdir. Orada ona bildirdilər ki, ilk olaraq N.Hüseynova fəaliyyət qabiliyyətli olmayan hesab edilməli, daha sonra qəyyum təyin edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, 18 ildir ki, gəlin köçmüş və yoldaşına, habelə baldızına özü baxmış, onların qulluğunda durmuşdur. Baldızının qulluğunda durmaqda onun heç bir maddi marağı yoxdur. 18 ildə bir dəfə də olsun ki, Maraqlı şəxs2 öz evlərində görməmişdir. Baldızının hazırda yaxın qohumu olaraq Natəvandan başqa bir qardaşı qızı və bir qardaşı oğlu var. Mübahisə baldızının yaşadığı ev üstündədir. Natəvan onun evdən çıxmağını istəyir və hətta bildirir ki, evdən çıxdığı zaman baldızının qulluğunda o duracaq. Bu qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasında bildirdi ki, X7 onun bibisidir. Ərizəçi bibisini son vaxtlar onlardan uzaq tutur. O, bibisinə özü baxa bilər. Özgə bir insanın ona baxmasını istəmir. Ərizəçinin məqsədi müəmmalıdır. Qeyd edilənlərə əsasən maraqlı şəxs ərizənin rədd olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs2 nümayəndəsi, Vəkil məhkəmə iclasında bildirdi ki, ərizəçinin Nüşabə xanıma baxmaqda məqsədi sual doğurur. Qeyd edilənlərə əsasən maraqlı şəxs ərizənin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir: İşdə olan ərizəçinin şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçi xx.xx.1961-ci ildə, Ağsu rayonu, Gəgəli kəndində anadan olmuşdur. O, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2, ev 41 ünvanında qeydiyyatdadır. X7 isə xx.xx.1958-ci ildə anadan olmuşdur. O, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 41 ünvanında qeydiyyatdadır. Maraqlı şəxs2 xx.xx.1981ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 4 ünvanında qeydiyyatdadır. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X12 xx.xx.2023-cü ildə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.2012-ci ildə vəfat etmişdir. Nikah haqqında şəhadətnamənin surətinə əsasən ərizəçi ilə X12 xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadları verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 445 saylı arayışına əsasən ərizəçi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 41 ünvanında yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2570 saylı məhkəmə psixiatrik ekspertiza rəyində ekspert belə nəticəyə gəlmişdir ki, Nüşabə Misir qızı öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İşin məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, X7 onun bibisidir. Ərizəçi əmisi və bibisinə baxıb. Ailədaxili mübahisələrlə bağlı son vaxtlar bibisigilə gedə bilmir. Onların yaşadıqları ev nənəsindən qalıb. Uzun müddətdir əlaqələri kəsildiyi üçün evin statusundan xəbəri yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X14 bildirmişdir ki, Nüşabə onun bibisidir. Hazırda ərizəçi ilə yaşayır. Ərizəçi onu evə qoymur. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Göründüyü kimi şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmasına əsas onun ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır (317.2.). Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir (318.2.). Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. İşdən göründüyü kimi ərizəçi X2 baldızıdır. O, X2 yaxın qohumu deyil. Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən Nüşabə Hüseynovanın ailə üzvləri sırasına daxil deyildir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xx.xx.1958-ci ildə anadan olmuş X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2883/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2883/2023
05.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver