Məhkəmə qərarları › İş №2(060)-2885/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2885/2024

19.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2885/2024 19.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu - xx.xx.1992-ci il təvəllüdlü X6 bir sıra xəstəliklərlə yanaşı üzvi mənşəli ağıl zəifliyi xəstəliyindən əziyyət çəkməklə 1-ci dərəcəli müddətsiz əlildir. O bu diaqnozla Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və ona həkim psixiatr komissiyası tərəfindən xx.xx.2024-cü ildə 44-292 saylı Tibbi rəy verilmişdir. O, özünü müstəqil idarə edə bilmir, kənar şəxslərin köməyinə ehtiyacı vardır. Öz hərəkətlərinə görə cavabdehlik daşımaq və onun məsuliyyətini dərk etmək iqtidarında deyildir. Oğlunun qəyyuma ehtiyacı vardır. Bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş və bildirilmişdir ki, o məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edildikdən sonra ona qəyyum təyin oluna bilər.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, X6 birinci nikahdan olan övladıdır. Məhkəmənin qərarı ilə 2003-cü ildə nikah pozulmuş və oğlu onun himayəsinə verilmişdir. Oğlu 6 yaşından bəri talassemiya xəstəsidir. Hər ay qan köçürülür. Evləri yanmış və kirayə evə köçmüşdürlər. Oğluna bacısı baxmış, hər zaman bacısı onun yanında olmuşdur. Halhazırda 31 yaşı vardır. 1-ci qrup əlildir. Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Eyni zamanda Hepatit C xəstəliyi də vardır. Həmçinin dalağı yoxdur. Onun adını belə deyə bilmir. Sonda məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmasının qarşısının alınması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır.

Tədqiq olunan sübutlar:

5. XVİİİ-ЖГ 270922 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1992-ci ildə anadan olmuşdur. Atası İddiaçı, anası isə X5r. 6.Sumqayıt şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 44-292 nömrəli həkim-psixiatr komissiyasının rəyindən görünür ki, X1 üzvi mənşəli ağıl zəifliyi (İq-46) diaqnozu qoyulmuş və daima kənar şəxsin ciddi qulluq və nəzarətinə ehtiyacı olduğu qeyd edilmişdir. 7.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 betatalasemiya, betta-talassemiya böyük forma hiposlenizm əməliyyatdan sonrakı aspleniya, splemektomiya c/ə sonrakı vəziyyət (xx.xx.2000), virus mənşəli xroniki C hepatiti, xroniki virus C hepatiti orta ağırlıqda, başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya, hepatomeqaliya burun sümüklərinin sınığı, burun çəpərinin əyriliyi, qastrit və duodenit, xroniki qastrit diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin olunmuş, başqasının qulluğuna ehtiyacı vardır. 8.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, 1677 saylı rəyindən görünür ki, X2 damar mənşəli (işemik insultdan sonrakı) dərin demensiya (ağıl zəifliyi) (F01.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər və hal-hazırki psixitarik müayinənin nəticələri - 2023-cü ildən insult keçirdikdən sonra nevroloji və psixi pozuntuların meydana çıxması, Sumqayıt Şəhər Təcili X4 müalicədə olması, uzun müddət nevroloji müalicə almasına baxmayaraq vəziyyətində müsbət dinamikanın qeyd olunmaması, nevroloji əlamətlərlə yanaşı yaddaş və intellektinin pozulması, xəstəliyi ilə əlaqədar 1-ci qrup əlil hesab olunması, həmçinin hazırki müayinə zamanı sualları başa düşməməsi, yaddaş və intellektinin aşağı olması, ətrafa qarşı biganə olması və sair sübut edir. X6 onda qeyd olunan damar mənşəli (işemik insultdan sonrakı) demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 psixi inkişafı normal keçsə də, 2013-cü ildə keçirdiyi baş beynin qan dövranının kəskin pozulmasından (işemik insult) sonra onda demensiya (ağıl zəifliyi) yaranmışdır. X1 ətrafda baş verən hadisələrə adekvat reaksiyası verə bilmir. X6 onda qeyd olunan damar mənşəli (işemik insultdan sonrakı) demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsimə əsas vardır.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 31.1-ci maddəsinə əsasən, fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər; 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir;

10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.

12. Belə ki, X6 xx.xx.1992-ci ildə doğulmuşdur. Ərizəçi onun atasıdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək övladının fəaliyyət qabiliyyətsiz hesab edilməsini məhkəmədən xahiş edir. X3 beta-talasemiya, betta-yalassemiya böyük forma hiposlenizm əməliyyatdan sonrakı aspleniya, splemektomiya c/ə sonrakı vəziyyət (xx.xx.2000), virus mənşəli xroniki C hepatiti, xroniki virus C hepatiti orta ağırlıqda, başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya, hepatomeqaliya burun sümüklərinin sınığı, burun çəpərinin əyriliyi, qastrit və duodenit, xroniki qastrit diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur.

13. Məhkəmə tərəfindən xx.xx.1992-ci il təvəllüdlü X1 psixi vəziyyətinin öyrənilməsi məqsədilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, 1677 saylı rəyində tədqiqatın nəticəsi olaraq X1 ətrafda baş verən hadisələrə adekvat reaksiyası verə bilmədiyi, X6 onda qeyd olunan damar mənşəli (işemik insultdan sonrakı) demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsimə əsas olduğu müəyyən edilmişdir.

14. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən mötəbər sübut kimi qəbul edilməlidir.

15. Məhkəmə hesab edir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

16. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq ekspet rəyindən şəxsin tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olduğu müəyyən edildiyindən ərizə təmin edilməli, xx.xx.1992-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.1992-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar