Məhkəmə qərarları › İş №2(060)-2886/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2886/2020

08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2886/2020 08.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı «İddiaçı» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı köhnə tikili mənzilin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzilin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «İddiaçı» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bazar qiyməti 75000 (yetmiş beş min) manat təşkil edən Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 28a/27 nömrəli binanın 10 nömrəli mənzilinin sahibi Cavabdeh1 həmin məbləğdə kompensasiya ödənilməklə, Cavabdeh2 və Cavabdeh3 mənzilə dair hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı «İddiaçı» MMC iddia tələbinə əlavə ərizə ilə müraciət edərək, Cavabdeh1 məxsus, ümumi sahəsi artırma ilə birlikdə 68.5 kv.m təşkil edən Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 28a/27 nömrəli binanın 10 nömrəli mənzilin sahəsinə 20% əlavə olunaraq yerində tikiləcək binada təmirli mənzilin verilməsi və Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 köhnə mənzildən istifadəyə dair hüquqlarına xitam verilməsi və hər ay 300 (üç yüz) manat kirayə haqqı ödənilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlmədikləri üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «İddiaçı» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı köhnə tikili mənzilin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzilin verilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar