Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2930/2021 19.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüququnun itirilmiş hesab olunması və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüququnun itirilmiş hesab olunması və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2(060)-286/2017 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh5 cəmi 64965,10 ABŞ dolları məbləğində borcun və 90 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə və Cavabdeh5 mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən 19 saylı mənzilə yönəldilməsi qət edilmişdir. “xxxx” MMC-nin hərracın nəticələri haqqında 28.09.2018-ci il tarixli №Y-340 saylı yekun protokoluna əsasən ilkin hərrac qiyməti 45000 manat olan ipoteka predmeti Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil 28688 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 28.09.2018-ci il tarixli müqaviləyə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdehlər fərdi yaşayış evini boşaltmaqdan imtina edir. Bu da İddiaçı ASC-nin öz qanuni mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının MİS-nin 10.07.2014-cü il tarixli №1856 saylı 2 nömrəli formada arayışına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 sözügedən fərdi yaşayış evində qeydiyyatdadırlar. İddiaçı ASC yuxarıda göstərilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin qanuni mülkiyyətçisidir, lakin cavabdehlərin qanunsuz hərəkətlərinə görə İddiaçı ASC mülkiyyət hüququnun bütün elementlərinə sahib olmadığından faktiki mülkiyyət hüququnu həyata keçirə bilmir. Cavabdehlərin qanunsuz əməlləri, qanuni mülkiyyətçi İddiaçı ASC-nin mülkiyyət hüququnu tam realizə etməyə imkan vermir, habelə əmlak üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Qeyd olunanlara əsasən məhkəmədən ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilin cavabdehlər tərəfindən boşaldılması, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarının itirilmiş hesab olunması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-nə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı ASC-nin nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-286/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək 12.07.2014-cü il tarixli sm5250 saylı əlavə kredit müqaviləsindən irəli gələn 12.07.2017-ci il tarixə ödənilməmiş 48499,58 ABŞ dolları əsas borc, 15965,52 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 64965,10 (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) ABŞ dolları məbləğidə borc Cavabdeh5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 21.07.2014-cü il tarixli sm5250/1 saylı ipoteka müqaviləsinə və Cavabdeh1 ilə bağlanmış 12.07.2014-cü il tarixli sm5250 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 19 saylı mənzilə və ünvan 5əşən 8 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 19 saylı mənzilin ilkin satış qiyməti 50000 manat müəyyən edilmiş, ipoteka predmeti olan ünvan 5əşən 8 saylı mənzilin ilkin satış qiyməti isə 45000 manat müəyyən edilmiş, ipotekaya qoyulmuş ünvan 4 ünvanında yerləşən 19 saylı mənzil və ünvan 5əşən 8 saylı mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin 12.07.2014-cü il tarixli sm5250 saylı əsas kredit müqaviləsi üzrə 12.07.2017-ci il tarixə ödənilməmiş 64965,10 (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən eldiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) ABŞ dolları məbləğində pul iddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına Cavabdeh5 banka olan borcu ödənildikdən sonra qalan məbləğ Cavabdeh5 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat ipoteka predmetinə tutmanın yönəldilməsi üçün, ödənilmiş 30 manat dövlət rüsumu və xidmət haqqı, cəmi 90 manat Cavabdeh5 iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 6 İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 04.02.2021-ci il tarixdə tam xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 28 sentyabr 2018-ci il tarixli, №Y-340 saylı hərracın nəticələri haqqında yekun protokolun əslindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36/20A, 8 saylı mənzili 28688 manata İddiaçı Açıq Səhmdar Cəmiyyəti almışdır. İş materiallarına əlavə edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 28 sentyabr 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36/20A, 8 saylı mənzil 28688 manata İddiaçı Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. İş materiallarına əlavə edilmiş, Sumqayıt şəhəri 6 saylı MKS tərəfindən verilmiş forma 2 saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 2-ci mikrorayon, 20a/36 saylı evin, 8 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, Sumqayıt şəhəri, 6 saylı MKS tərəfindən verilmiş 19.05.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 6 ünvanı ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev20a/36, mənzil 8 eyni ünvandır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 həmin ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyrimümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən göründüyü kimi, mübahisəli ünvan 6 qanuni əsaslarla İddiaçı ASC-nin xüsusi mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində 04.02.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ iddiaçıya keçməsinə baxmayaraq cavabdehlər evi boşaldıb, iddiaçıya təhvil verməkdən yayınırlar. Sumqayıt şəhəri, 6 saylı MKS tərəfindən verilmiş 19.05.2021-ci il tarixli arayışa əsasən mübahisəli ünvan 6 ünvanı ilə ünvan 8, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin mənzili təhvil verməməsi maneçilik törədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36/20A ünvanında yerləşən 8 saylı mənzil cavabdehlər tərəfindən boşaldılmalı, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36/20A ünvanında yerləşən 8 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada 10 (on) manat alınaraq iddiacının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36/20A ünvanında yerləşən 8 saylı mənzil cavabdehlər tərəfindən boşaldılsın və bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36/20A ünvanında yerləşən 8 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayit Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayit Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2930/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2930/2021
19.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver