Məhkəmə qərarları › İş №2(060)-2944/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2944/2020

25.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2944/2020 25.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh xxxxxxxx ASC-nə qarşı «akt əsasında hesablanmış borcun silinməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh xxxxxxxx ASC-nə qarşı «akt əsasında hesablanmış borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh xxxxxxxx ASC tərəfindən tərtib edilmiş R 173497 nömrəli, xx.xx.2020-ci il tarixli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında Sumqayıt şəhəri, 6 mkr., 6a saylı evin 8 saylı mənzilinə əsassız hesablanmış 174.77 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki,xx xxxxxx 2020-ci il tarixdə «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən 173497 saylı akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, yoxlama zamanı məlum olmuşdur ki, Sumqayıt şəhəri 6-cı mkr., 6 a saylı evin 8 saylı mənzilinə aid elektrik sayğacı sərfyyatı qeyt etmir. Həmin 173497 saylı akta əsasən 174,77 manat borc hesablanmışdır. Həmin borcun əsassız hesablandığını nəzərə alaraq əsassız hesablanmış borcun silinməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, akt əsasında yazılmış borc əsassız olduğundan həmin borc məhkəmə qaydasında silinməlidir. Belə ki, mənzilin sayğacı pilləkan meydançasında yerləşir və o, sayğaca müdaxiləyə görə məsuliyyət daşımır. Borcun silinməsi və istehlakçı kimi hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X4 məhkəməyə etiraz təqdim edərək göstərdi ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək X1 qaydalarını pozduğuna görə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 173497 saylı akt əsasında hesablanmış 174,59 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxxxxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2020-ci il tarixdə "xxxxxxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən elektrik hesabat sayğacından keçən yükü hiss etməməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları"nın (EEİQ) 8.15-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli, 173497 saylı akt əsasında 174,77 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydalarf’nm (EEİQ) 8.15-ci bəndinin (Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir.Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, R 173497 saylı aktın surətindən görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, mənzilə məxsus elektrik hesabat sayğacı keçən yükü hiss etmir. İş materiallarında olan 13 saylı MKS tərəfindən verilmiş 166 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Kazımov X3 şəhəri, 6 mkr., 6a saylı evin 8 saylı mənzilində yaşayır. İş materiallarında olan abunə haqqı arayışdan görünür ki, İddiaçı sayğaca görə 132.77 manat və aktın köhnə tarifi ilə 42 manat olmaqla, cəmi 174.77 manat məbləğində borc hesablanmışdır. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda qeyd olunan qərarına istinad edərək hesab edir ki, xx.xx.2020-ci il tarixli, R 173497 saylı akt əsasında hesablanmış EEİQ pozulmasına görə 174.77 manat borc əsassız və qanunsuzdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 mənzilə məxsus elektrik sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini qeyd etsə də, etirazının əsası kimi məhkəməyə bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki xx.xx.2020-ci il tarixli, R 173497 saylı akt əsassız olduğu üçün həmin akt üzrə “xxxxxxxx” ASC tərəfindən X1yə görə itirilmiş elektrik enerjisi bərpası üçün hesablanmış 174.77 manat borcun ödənilməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.3-cü bəndinə görə enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh «xxxxxxxx» ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, R 173497 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında Sumqayıt şəhəri, 6 mkr., 6a saylı evin 8 nömrəli mənzilinə itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 174.77 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxxxxxx» ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, R 173497 saylı akt etibarsız hesab edilsin, həmin akt əsasında Sumqayıt şəhəri, 6 mkr., 6a saylı evin 8 nömrəli mənzilinə (Abunə kodu: **********00113) itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 174.77 (yüz yetmiş dörd manat yetmiş yeddi qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏRİSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar