Məhkəmə qərarları › İş №2(060)-2945/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2945/2020

09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2945/2020 09.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf AR Səfərbərlik və HXÇ üzrə DX-nın Laçın rayon bölməsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin hərbi xidmət dövrü faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi şəxsin hərbi xidmət dövrü faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında maraqlı tərəf nümayəndəsi etiraz ərizəsi təqdim edərək bildirdi ki, Ərizəçi Laşın rayon özünümüdafiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bötövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından ərizə təmin edilə bilməz.Eyni zamanda hüquq haqqında mübahisə olduğundan mülki iş baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında ərizəçi mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə hüquq haqqında mübahisə olduğundan ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Ərizəçi şəxsin hərbi xidmət dövrü faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar