Məhkəmə qərarları › İş №2(060)-2951/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2951/2021

28.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2951/2021 28.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Məhkəmə iclas katibi Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı İmran qızının, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı İmran qızının Cavabdeh ASC-nə qarşı əsasız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İmran qızı Cavabdeh ASC-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Saray bağları, fərdi yaşayış evi faktiki olaraq onun istifadəsində və sahibliyindədir. Həmin fərdi yaşayış evinə cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq 1003,60 manat məbləğində borc hesablanmışdır. Onun cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə heç bir borcu yoxdur. Borcun hansı əsaslarla yaranması ona məlum deyil. Dəfələrlə cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə borcun silinməsi üçün müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, onun faktiki sahibliyində olan fərdi yaşayış evinə əsassız olaraq hesablanmış borc silinməlidir. Su sayğacı X1nun adınadır. X1 isə 10.09.2015-ci ildə vəfat etmişdir. Mənzilə dair borc hesablandığı üçün su sayğacının onun adına keçirilməsi mümkün deyil. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ondan tələb olunan 1003,60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı İmran qızı iddia tələbinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən 1003,60 manat məbləğində əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyib, iddia ərizəsinə etiraz təqdim edərək, izahatında göstərmişdir ki, İddiaçı İmran qızı Cavabdeh ASCyə qarşı 1003,60 (min üç manat, altmış qəpik) manat məbləğində borcun silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində hesablanmış məbləğin əsassız olduğunu qeyd etmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, Saray bağları, ev 779-da Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi 01.01.2005-ci il tarixdən X2 adına bağlanmış müqavilə (№********) ilə “su təchizatı xidmətindən” istifadə olunur. Hal-hazırda 16.04.2021-ci il tarixə həmin ünvanın “su təchizatı xidmətindən” istifadəyə görə 997,60 (doqquz yüz doxsan yeddi manat, altmış qəpik) manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh ASC-nin əsassız olaraq su pulu hesablaması olmuşdur. İddiaçıya məxsus ünvanda 01.01.2005-ci il tarixdə kod açılaraq 1 nəfər ailə tərkibinə və 12 sot torpaq sahəsinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. 2014-cü İİ tarixdə abonent məcburi köçkün olması barədə arayış təqdim etmiş və ünvanda 1 (bir) nəfər məcburi köçkün kimi nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. 01.01.2017-ci il tarixdə məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit ləğv olunmuşdur. Qeyd olunan ünvanda 01.05.2016-cı il tarixdə su sayğacı quraşdırılmışdır. Abonentin 01.02.2011-ci il tarixdən 16.04.2021-ci il tarixədək illər üzrə hesabatı aşağıdakı cədvəldə qeyd edilmişdir. 16.05.2016-cı il tarixdən “su təchizatı xidmətindən” istifadənin dəyəri əhali qrupu üçün 0.35 qəpik, 01.02.2021-ci il tarixdən isə 0,70 manat təşkil edir. Abonentin “su təchizatı xidmətindən” istifadəyə görə 2011-ci il üçün 195.71 manat, 2012-ci il üçün 178.20 manat, 2013-cü il üçün 252 manat, 2014-cü il üçün 207 manat, 2015-ci il üçün 229.50 manat, 2016-cı il üçün 171.18 manat olmuş, sonradan hazırkı dövrədək “su təchizatı xidmətindən” istifadə edilməmişdir. CavabdehSC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş-xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri tam etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri-AR Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262№-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262№-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Mübahisəli borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən vətəndaşa göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq vergi (ədv) ödənilmişdir. Odur ki, sözü gedən borcun silinməsi Cəmiyyətin maliyyə vəziyyətinə mənfi təsir göstərməklə abonentlərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini vaxtında icra etməməsi və işə baxan məhkəmələr tərəfindən eyni məzmunlu iddia tələblərinin təmin edilməsi vətəndaşlar arasında qanunun tələbinə riayət edilməsi istiqamətində hüquq düşüncəsinin formalaşmasına imkan yaratmayacaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı İmran qızının əsassız olaraq hesablanmış 1003,60 (min üç manat, altmış qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş 01.01.2005-ci il tarixli müqavilə əsasında verilmiş abonent kartından görünür ki, İddiaçı İmran qızının mübahisələndirdiyi ünvan 1 ünvanı İmran Quliyevin adına qeydiyyata alınmış, həmin ünvanda sudan istifadəyə görə 07.12.2020-ci il tarixə kimi 1003.60 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı X4 10.09.2015-ci ildə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən verilmiş 01.01.2005-ci il tarixli müqavilə əsasında verilmiş abonent kartından görünür ki, İddiaçı İmran qızının mübahisələndirdiyi ünvan 1 ünvanı İmran Quliyevin adına qeydiyyata alınmış, həmin ünvanda sudan istifadəyə görə 16.04.2021-ci il tarixə 997.60 manat borc hesablanmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi il əvə ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverçiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən,verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı İmran qızının mübahisələndirdiyi ünvan 1 ünvanı X1nun adına qeydiyyata alınmış, həmin ünvanda sudan istifadəyə görə 21.04.2021-ci il tarixə kimi 997.60 manat məbləğində borc hesablanmışdır. Həmin ünvana cavabdeh təşkilat tərəfindən hər ay borc barədə bildiriş göndərilməsinə baxmayaraq, borc ödənilməmiş, sonuncu dəfə 15.03.2021-ci il tarixdə 6 manat ödəniş edilmişdir. 01.05.2016-cı il tarixdə isə həmin ünvana su sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcələnin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata kecirməsi hüquqdan suiistifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kecirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı İmran qızının Cavabdeh ASC-nə qarşı əsasız hesablanmış borcun silinməsi tələbinə dair iddası əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı İmran qızının Cavabdeh ASC-nə qarşı əsasız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar