Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2958/2024 04.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X1,Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “aktın qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı “aktın qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İddiaçı öz ailə üzvləri ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Bu mənzilin qaz sayğacının abonent kodu **********00050-dir. İddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı mənzilin qaz sayğacına Cavabdeh işçiləri tərəfindən mütəmadi olaraq yoxlamalar həyata keçirilirdi. Lakin 2023-cü ilin fevral ayında bu yoxlamalar daha da artırılmağa başladı. Demək olar ki, hər gün Cavabdeh işçiləri tərəfindən qaz sayğacı yoxlanılırdı. Yoxlamalar zamanı ilk öncə işçilər xəbərdar edir, sonra isə borulara və sayğaca baxış keçirirdilər. Bu baxış zamanı isə Cavabdeh işçiləri tərəfindən hər hansı bir qanunsuz əməlin törədilməməsinə inanaraq, çox vaxt həmin işçinin yanında olmur və öz işləri məşğul olurdular. Bu yoxlamaların nəticəsində isə yaşadıqları evin qaz sayğacında heç bir problem yaşanmadığı və hər şeyin düzgün olduğu bildirilirdi. Yəni evin qaz sayğacında heç bir pozuntu aşkar edilməmiş və heç bir pozuntu barədə xəbərdarlıq edilməmişdir. Lakin iddiaçının və ailə üzvlərinin evin qaz sayğacı ilə bağlı tərtib edilmiş aktdan daha sonralar xəbərdar olmuşdur. Belə ki, Cavabdeh işçiləri tərəfindən aparılan yoxlanışlardan birində, 14 fevral 2023-cü il tarixdə iddiaçının xəbəri və iştirakı olmadan işçilər tərəfindən qanunsuz olaraq “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Lakin qanunvericiliyə əsasən bu akt istehlakçının yanında tərtib olunaraq bir nüsxəsi təqdim edilməli olsa da, bu aktdan tərtib olunduğu gündən çox sonra, 10 gün öncə, yəni 18 mart 2024-cü il tarixdə xəbərdar olmuşlar. Buna görə də iddiaçı bu aktı mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürməmişdir. Bu akt qanunsuz və əsassız olduğuna görə və iddiaçının bu aktla bağlı məhkəməyə müraciət etməməyinə görə iddiaçıya təqdim olunmamışdır. Belə ki, bu qanunsuz akt tərtib olunduqdan sonra qaz sayğacının smart kartından tutulmalar edilməyə başlanıldı. Yüklənilən məbləğlərin yarısı tutulurdu. İddiaçı bunun hər hansı təmir-tikinti ilə bağlı olduğunu düşündü. Lakin üzərindən bir neçə gün keçdiyinə və qış ayları olduğuna görə qaz idarəsinə gedərək bu məsələ ilə maraqlanmağa başladı. Burada isə iddiaçıya bu məsələnin texniki problem olduğunu və həll olunacağını bildirdilər. Lakin iddiaçıya akt barədə məlumat vermədilər. İddiaçı isə aktın olduğundan daha sonralar bu məsələ ilə bağlı qaz idarəsinə getdikdə xəbərdar olmuşdur. Lakin bu zaman da iddiaçıya sözügedən akt yenə də təqdim olunmamışdır. Nəticədə, Cavabdeh işçiləri tərəfindən qanunsuz olaraq “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, buna görə də evə qazın verilməsi tamamilə qanunsuz bir şəkildə dayandırılmış və bu barədə heç bir məlumat verilməmişdir. Həmçinin, çox uzun müddət bu akt təqdim edilməmişdir. Nəticədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən “abonent sayğacdankənar qeyri-qanuni xəttdən istifadə edir” qeyd edilməklə dəymiş ziyanın ödənilməsinə dair qanunsuz şəkildə 4000 manat məbləğində cərimə hesablanmışdır. Lakin iddiaçının bütün bunlardan akt tərtib olunduğu gündən xeyli sonra xəbəri olmuşdur. Bu zaman isə akta baxdıqda istehlakçı imzası yerində “imtina edir” yazılmaqla, akta imza atmaqdan aktı alarkən imtina etdiyi qeyd edilmişdir. Aktın sonunda isə aktın bir nüsxəsinin təqdim ediləcəyi qeyd edilmişdir. Aktın bir nüsxəsi təqdim edilsə də, bu qanunvericiliklə nəzərdə tutulmuş müddətdən çox sonra baş vermişdir. Yəni iddiaçı aktdan qanunvericiliklə nəzərdə tutulan müddət ərzində xəbərdar olmamışdır. Həmçinin akt iştirakı olmadan tərtib edilmişdir. Bu da qanunvericiliyə ziddir. Bütün bunlara görə də iddiaçı Cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və tələb olunan məbləği əsassız hesab edir. Həmçinin qaz sayğacına heç bir müdaxilə etməmişdir. Əgər belə bir hal olsa idi, demək olar ki, hər gün olan yoxlanışlardan sonra iddiaçıya bu barədə məlumat verilərdi. Lakin iddiaçıya heç bir xəbərdarlıq olunmamışdır. Həmçinin Cavabdeh əməkdaşlarının tərtib etdiyi aktın həqiqiliyini sübut edən heç bir vasitə yoxdur. Lakin burada akt tərtib olunarkən sübutlara əsasən tərtib olunmalı və bunlar da istehlakçıya izah edilməli idi. Lakin bunlar olmadığına görə də akt qanunsuz olaraq tərtib edilmişdir. İddiaçıya akt təqdim olunmadığına və smart kartdan tutulmalar edildiyinə görə ailə üzvləri daimi olaraq qaz idarəsinə gedirdilər. Lakin bundan sonra da təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktı iddiaçıya təqdim etməmişlər. Bu aktı yalnız tərtib edildiyi vaxtdan təqribən 1 il sonra, yəni 18 mart 2024-cü il tarixdə təqdim etmişlər. Bu akta əsasən iddiaçıya 4000 manat məbləğində borc hesablanmışdır. Bu isə tamamilə qanunsuz və əsassızdır. Çünki bununla bağlı heç bir əsas və sübut təqdim olunmamışdır. İddiaçının təbii qazdan istifadə qaydalarının pozduğuna dair heç bir sübutu yoxdur. Göstərilənlərə əsasən Cavabdeh işçiləri tərəfindən tərtib olunan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın qanunsuz hesab edilərək ləğv edilməsi, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 4000 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur.
7. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı ******* saylı, xx.xx.2023-cü il tarixli aktına əsasən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması ilə əlaqədar, 360 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 34560 kub metr əlavə sərfiyyat hesablanmışdır.
8. İş materiallarındakı İddiaçı adına olan **********00050 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 2023-cü il üzrə 4147,20 manat borc yazılmışdır, ünvan üzrə sayğac Zenner G4T Smart tiplidir, quraşdırılma tarixi xx.xx.2023-cü ildir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunduğundan xx.xx.2023-cü tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 34560 kub metr əlavə sərfiyyat hesablanaraq 4147,20 manat borc yazılmışdır. Hazırda iddiaçı 4000 manat məbləğində borcun silinməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
11. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
12. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
13. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
15. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
16. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
17. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
18. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən (2022-ci ilin may ayından qüvvədə 8-1-ci bənd) qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
19. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olubolmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər.
20. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş aktın bir nüsxəsi nə iddiaçıya, nə təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən edir.
21. Həmçinin, iş materiallarından görünür ki, ******* saylı, xx.xx.2023-cü tarixli akta əsasən iddiaçının borcu 4147,20 manat təşkil edir.
22. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən ******* saylı, xx.xx.2023-cü tarixli aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz.
23. İş materiallarından göründüyü kimi İddiaçı **********00050 saylı abunə hesabına ******* saylı, xx.xx.2023-cü tarixli akt üzrə itirilmiş qazın bərpası üçün 4147,20 manat borcun hesablanması göstərilsə də, iddia ərizəsində 4000 manat borcun silinməsi tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarılmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır
25. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, İddiaçı **********00050 saylı abunə hesabından Cavabdeh İB tərəfindən xx.xx.2023-cü tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 4000 (dörd min) manat borc silinməlidir.
26. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 60 (altmış) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.
27. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
28. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
29. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
31. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanı üzrə **********00050 saylı abunə koduna xx.xx.2023-cü tarixli, ******* saylı akt üzrə hesablanmış 4000 (dörd min) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən 60 (altmış) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva