Məhkəmə qərarları › İş №2(060)-2990/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2990/2023

07.12.2023 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2990/2023 07.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Rüstəmli Aytən Kamil qızının katibliyi, Tərəflərin iştirakı olmadan Ərizəçi 1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki notariat ofisinin 08 yanvar 2023cü il tarixli, 45 nömrəli “qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair” hərəkətinin əssasız hesab edilməsi tələbinə dair şikayəti üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət edən Ərizəçi 1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki notariat ofisinin 08 yanvar 2023-cü il tarixli, 45 nömrəli “qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair” qərarının əssasız hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət edən tələbini onunla əsaslandırılmışdır ki, X1 xx.xx.1994-cü il tarixdə vəfat etmiş, nənəsindən atası X4 miras əmlak qalmış, atası 2013-cü il tarixdə vəfat etdiyindən miras qalmış əmlakı əldə etmək üçün 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndəki Notariat Ofisinə müraciət etmiş, müraciəti əsasında ona mirasın qəbulu üzrə qanunla müəyyən edilmiş müddət ötürüldüyündən ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edərək müddətin bərpası üçün məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir. Ərizəçi nənəsindən qalmış əmlakı faktiki qəbul edərək sahiblik edib istifadə etdiyindən Notariat Ofisinin qeyd edilən qərarının əssasız olduğunu, ona görə həmin qərarın qanunverilciliyin tələblərinə əsasən qanunsuz olduğundan əssasız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət edən Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Maraqlı şəxs 1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki notariat Ofisi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının aparılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki; -1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 08 yanvar 2023-cü il tarixli 45 nömrəli məktubdan görünür ki, X3 xx.xx.1994-cü il ildə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmış Azərbaycan Respublikasının Mülki Məcəlləsinn 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. -Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2021-ci il tarixli 08 nömrəli arayışından görünür ki, X5 vəfat etdiyi günə qədər oğlu xx.xx.1932-ci il təvəllüdlü X6 və nəvəsi xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirindən X2 adına verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 73-də yerləşən fərdi yaşayış evinin tam mülkiyyətçisidir. - X7 Maraqlı şəxsnə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 305 nömrəli arayışdan görünür ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 73-də yerləşən fərdi yaşayış evinin mülkiyyətşisi , X5 vəfat etdikdən sonra torpaq və əmlak vergisi onun oğlu X6 tərəfindən ödənilmiş və sonradan ödənişlər Ərizəçi Ağaby qızı tərəfindən davam etdirilmişdir. -Sumqayıt Şəhər Qeydiyyat şöbəsinin məlumatına əsasən X5 24 dekabr 1994-cü il tarixdə öldüyündən xx.xx.1995-ci il tarixdə 04 nömrəli akt qeydi tərtib olunaraq qeydiyyatı aparılmışdır. -Sumqayıt Şəhər Qeydiyyat şöbəsindən təqdim edilmiş “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə sol mədəcik çatışmazlığı səbəbindən vəfat etmiş və bu barədə qeydiyyat aparılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı araşdırma apararkən müəyyən etmişdir ki, 1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki notariat ofisi tərəfindən şikayət edən Ərizəçi miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürdüyündən vərəsəlik şəhadətnmasənin verilməsindən imtina edilməsi barədə etdiyi hərəkət qanuni olmuşdur. Məhkəmə qeyd edilən işin faktiki halları ilə bağlı aşağıdakı normaların tələblərini qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki məcəlləsinin Maddə 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Notariat haqqında” Azərbaycan respublikasının qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli qərarının 96-cı maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ərizəçi miras açıldığı gündən altı ay keçdikdən sonra vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etdiyindən ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi ilə 1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki notariat ofisinin hərəkəti qanuni olmuşdur. Məhkəmə qeyd edilən faktiki halla bağlı qeyd edir ki, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası “Mülki məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan respublikası konstitusiya məhkəməsi plenumunun qərarında da qeyd edilən mövqe öz əksini tapmışdır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddət ötürüldükdən sonra notaruis digər halları yoxlamadan vərəsəlik şəhadətnaməsini verməkdən imtina etməklə əsaslı qərar qəbul etmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, 1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki notariat ofisinin vərəsəlik şəhadətnaməsini verməkdən imtina etməsi hərəkəti qanuni və əsaslı olmuşdur. Ona görə də Ərizəçi şikayəti rədd edilməlidir. Məhkəmə Mülki Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi 1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki notariat ofisinin 08 yanvar 2023cü il tarixli, 45 nömrəli “qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair” hərəkətinin əssasız hesab edilməsinə dair şikayəti rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar