Məhkəmə qərarları › İş №2(060)-2996/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2996/2023

02.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2996/2023 02.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü Fərəcov Mehman Əliağa oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1985-ci il təvəllüdlü Fərəcov Mehman Əliağa oğlu onun oğludur. X8 Əliağa oğlu xx.xx.2002-ci il tarixində müddətsiz 1-ci dərəcəli əlilldir. Doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın kəskin təzahür edən imbesillik dərəcəsi, psixopata bənzər davranışlar diaqnozu qoyulmuşdur. Həmin faktları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 saylı Tibbi- Sosial Ekspert Komissiyasından sonuncu müayinəyə dair bildirişidə təsdiq edir. Ona görə də, oğlu xx.xx.1985-ci il təvəllüdlü Fərəcov Mehman Əliağa oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Ərizəçi məhkəmədə iştirak edən zaman Ərizəçi ərizəni müdafiə edib, ərizəyə oxşar izahat verdi və ərizənin təmin edilməsini, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində dəvət olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi M.M.Vəliyev ekspert rəyini nəzərə alaraq M.Ə.Fərəcovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə məhkəmənin mülahizəsinə verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 saylı Tibbi-Sosial ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli müayinə aktın çıxarışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Fərəcov Mehman Əliağa oğluna “Doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın kəskin təzahür edən imbesillik dərəcəsi, psixopata bənzər davranış” diaqnozu qoyulmuş və uşaqlıqdan 1-ci qrup əlildir. İşdə olan X-JQ, № 455350 saylı, xx.xx.1985-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Fərəcov Mehman Əliağa oğlu xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Fərəcov Əliağa İbrahim oğlu, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 26 may 2023-cü il tarixli, 1476 saylı rəyindən müəyyən edilir ki, Fərəcov Mehman Əliağa oğlunda “Ağır dərəcəli əqli gerilik” aşkar olunur. Bunu anamnestik məlumatlar-doğuş tarvması ilə anadan olması, erkən yaşlarından, kobud nevroloji əlamətlərin qeyd olunması, uşaqlıqdan qıcolma tutmalarının müşayət olunması, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, 2 saylı Uşaq Poliklinikasında müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlərbələdliyinin pozulması, ona ünvanlanan sualları başa düşməməsi, məhdud sayda söz bilməsi, təfəkkürünün primitlivliyi, davranışının qeyri-adekvatlığı, maraq dairəsinin məhdudluğu yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Fərəcov Mehman Əliağa oğlu öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Fərəcov Mehman Əliağa oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili X5 yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Fərəcov Mehman Əliağa oğlu ünvan 1-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 26 may 2023-cü il tarixli, 1476 saylı rəyini nəzərə alaraq, məhkəmə 13 noyabr 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, ünvan 1-də qeydiyyatda olan Fərəcov Mehman Əliağa oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 13 noyabr 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, ünvan 1-də qeydiyyatda olan Fərəcov Mehman Əliağa oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar