Məhkəmə qərarları › İş №2(060)-3001/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3001/2021

09.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3001/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh xxxx ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh xxxx ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh xxxx ASC tərəfindən tərtib edilmiş 153834 nömrəli, xx.xx.2019-cu il tarixli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında Sumqayıt şəhəri, 8 mkr., 18/5 saylı evin 9 saylı mənzilinə əsassız hesablanmış 351.46 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 8-ci mkr., ev 18/5, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə anasının adına qeydə alınmışdır. Anası xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. O, həmin mənzildə qeydiyyatdadır və həmin ünvanda yaşayır. xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən mənzilin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya mənzilə məxsus elektrik sayğacının hesab mexanizmində əzilmə izləri müşahidə olunur. Ona görə də xx.xx.2020-ci il tarixli, 153834 saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında ona 351,46 manat məbləğində cərimə hesablanmışdır. O, həmin aktı əsassız hesab edir. Belə ki, tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Cavabdeh ASC-nin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Bu istehlakçı olaraq onun hüquqlarının pozulmasına səbəb olmuşdur. O, borcun silinməsi üçün Cavabdeh ASCyə müraciət etmiş, lakin ona bildirilmişdir ki, məhkəməyə müraciət etsin. Hesab edir ki, həmin akt əsassız olduğu üçün etibarsız hesab edilməli və əsassız olaraq hesablanmış 351,46 manat məbləğində borc silinməlidir. Həmçinin qeyd edir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Bu da qanunverciliyin tələbinə ziddir. O, aktın tərtib olunmasından xəbərsiz olmuşdur. Hesab edir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmalı idi. Lakin Cavabdeh ASCnin əməkdaşları onun iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydalan”nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizat müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsinin məişət abonentinə verir. Akt enerjitəchizat müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi Cavabdeh ASC”-nin əməkdaşları tərəfindən onun iştirakını təmin etmədən, heç bir hal şahidlərinin iştirakı olmaya-olmaya özlərinin əməkdaşlarının iştirakı ilə birtərəfli qaydada akt tərtib edilmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X5 məhkəməyə etiraz təqdim edərək göstərdi ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın hesab mexanizmində əzilmə izləri müşahidə olunması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları"nın (EEİQJ 8.32-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixli, 153834 saylı akt əsasında 389,74 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydalarının (EEİQ) 8.32ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqlaj tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilinəsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, R 153834 saylı aktın surətindən görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, mənzilə məxsus elektrik hesabat sayğacının hesablama mexanizmində əzilmə izləri müşahidə olunur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 8 mkr., 18/5 saylı evin 9 saylı mənzili X2 məxsusdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsəinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 8 mkr., 18/5 saylı evin 9 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadır. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda qeyd olunan qərarına istinad edərək hesab edir ki, xx.xx.2019-cu il tarixli, R 153834 saylı akt əsasında hesablanmış EEİQ pozulmasına görə 351.46 manat borc əsassız və qanunsuzdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 mənzilə məxsus elektrik sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini qeyd etsə də, etirazının əsası kimi məhkəməyə bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki xx.xx.2019-cu il tarixli, R 153834 saylı akt əsassız olduğu üçün həmin akt üzrə “xxxx” ASC tərəfindən X1yə görə itirilmiş elektrik enerjisi bərpası üçün hesablanmış 351.46 manat borcun ödənilməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh «xxxx» ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, R 153834 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında Sumqayıt şəhəri, 8 mkr., 18/5 saylı evin 9 nömrəli mənzilinə itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 351.46 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, R 153834 saylı akt etibarsız hesab edilsin, həmin akt əsasında Sumqayıt şəhəri, 8 mkr., 18/5 saylı evin, 9 nömrəli mənzilinə (Abunə kodu: **********01440) itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 351.46 manat borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar