Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3009/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: Maraqlı şəxs) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mərhum əri 01 sentyabr 1957-ci ildə doğulmuş Hacıyev Elman Qazı (Həzi) oğlunun xx.xx.1957-ci il tarixdə verilmiş seriya İ-ИE № 414013 doğum haqqında şəhadətnaməsində, 05 oktyabr 1990-cı il tarixdə Suraxanı rayon VVAQ şöbəsi tərəfindən verilmiş seriya V-ЖГ № 324008 nikahın bağlanması haqqında şəhadətnamədə və atası X4 09 fevral 2017-ci il tarixli, 60 nömrəli akt qeydi ilə tərtib olunmuş ölüm haqqında şəhadətnaməsində ata adı “Həzi”nin onun şəxsiyyətini təsdiq edən AA1064897 nömrəli, FİN:0URQ394, xx.xx.2029-cü il tarixədək etibarlılıq müddəti olmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən ata adı “Qazı” ilə düz gəlmədiyi üçün hüquqmüəyyənedici sənədlərin mərhum əri Hacıyev Elman Qazı (Həzi) oğluna məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1961-ci ildə Cəbrayıl rayonu, Maralyan kəndində anadan olmuşdur. 05 oktyabr 1990-cı ildə Hacıyev Elman Qazı (Həzi) oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həyat yoldaşı Hacıyev Elman Qazı (Həzi) oğlu xx.xx.2024-cü il tarixdə baş bronxların bədxassəli yenitörəməsi xəstəliyindən vəfat etmişdir. Hal-hazırda həyat yoldaşının vərəsəlik işi ilə bağlı notariusa müraciət edərək ondan miras qalmış əmlakları qəbul etmək qərarına gəlmişdir. Lakin onun doğum haqqında şəhadətnaməsində və nikahın bağlanması haqqında şəhadətnaməsində göstərilən atasının adı “Həzi”, onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən atasının adı “Qazı” ilə düz gəlmədiyi üçün həmin miras əmlaklarını adlarına rəsmilləşdirə bilməmişdirlər. Ona görə də, hal-hazırda mərhum əri Hacıyev Elman Qazı (Həzi) oğlunun doğum haqqında şəhadətnaməsində və nikahın bağlanması haqqında şəhadətnaməsində ata adı “Həzi”nin onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən ata adı “Qazı” ilə düz gəlmədiyi üçün hüquqmüəyyənedici sənədlərin mərhum əri Hacıyev Elman Qazı (Həzi) oğluna məxsus olması faktının müəyyən edilməsi zəruriyyəti yaranmışdır.Ona görə də, Sumqayıt şəhər məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, “ Xəzər Qayğıkeşlik Layihəsi” X3 rayon, Masazır kəndində yerləşən 3,1802 ha torpaq sahəsindən 0,08 ha torpaq sahəsini Hacıyev Elman Qazı oğluna 5500 manata satmışdır. - AB N 390733 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 90KB733 qeydiyyat nişanlı, KİA CERATO markalı minik avtomobili Hacıyev Elman Qazı oğluna məxsusdur. - AN-İ № ******* saylı, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, X5 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,5 kv/m, yaşayış sahəsi 28 kv/m olan 2 otaqlı mənzili Hacıyev Elman Qazı oğluna 89000 manata satmışdır. - AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Həsənova Nazatel Adil qızı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50,6 kv/m, yaşayış sahəsi 29 kv\m, yardımçı sahəsi 21,6 kv/m olan 2 otaqlı mənzili 66000 manata satmışdır. - № ******* nömrəli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,08 ha torpaq sahəsi Hacıyev Elman Qazı oğlunun xüsusi mülkiyyətindədir. - AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi və Hacıyev Tamerlan Elman oğlu ünvan 2 ünvanında qeydiyyatdadırlar. - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında yaşayırlar. - Ölüm haqqında arayışdan görünür ki, X1 xəstəliyindən ölmüş və bu barədə aktlar qeydi kitabında xx.xx.2017-ci il tarixdə 60 nömrəsi ilə qeyd edilmişdir. - AA1064897 seriya nömrəli, fərdi indentifikasiya nömrəsi 0URQ394 olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin sənəd xx.xx.1957-ci il təvəllüdlü, Hacıyev Elman Qazı oğluna məxsusdur. - AZ-İİ № 453766 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyev Elman Qazı oğlu xx.xx.2024-cü il tarixdə, baş bronxların bədxassəli yenitörəməsi xəstəliyindən vəfat etmişdir. - İ-ИE № 414013 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyev Elman Həzi oğlu xx.xx.1957-ci il tarixdə doğulmuş, atası X6 anası Fərəzova Göyçəkdir. - V-ЖГ № 324008 nömrəli, Suraxanı rayon VVAQ şöbəsindən verilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyev Elman Həzi oğlu xx.xx.1990-cı il tarixində Ərizəçi ilə ailə qurmuşdur. - AA1064897 seriya nömrəli, fərdi indentifikasiya nömrəsi 0URQ394 olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin sənəd xx.xx.1957-ci il təvəllüdlü, Hacıyev Elman Qazı oğluna məxsusdur. - XXİ-ЖГ № 344587 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyev Tamerlan Elman oğlu xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, atası Hacıyev Elman Qazı oğlu, anası isə Ərizəçidır. Beləliklə, iş materiallarında qeyd olunmuş İ-ИE № 414013 saylı doğum haqqında şəhadətnamədə və V-ЖГ № 324008 nömrəli, Suraxanı rayon VVAQ şöbəsindən verilən nikah haqqında şəhadətnamədə Hacıyev Elmanın ata adı “Həzi” qeyd olunsa da AA1064897 seriya nömrəli, fərdi indentifikasiya nömrəsi 0URQ394 olan şəxsiyyət vəsiqəsində Hacıyev Elmanın ata adı “Qazı” kimi qeyd olunmuşdur. Hacıyev Elman Qazı oğlu xx.xx.2024-cü il tarixdə, baş bronxların bədxassəli yenitörəməsi xəstəliyindən vəfat etmişdir. Hacıyev Elman Qazı oğlunun vərəsəsi olan Ərizəçi ərindən miras qalmış əmlakları qəbul etmək istərkən hüquqmüəyyənedici sənədlərdə Hacıyev Elman Qazı oğlunun ata adında uyğunsuzluq olduğu üçün mirası adına rəsmiləşdirə bilməmişdir. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, İ-ИE № 414013 saylı doğum haqqında şəhadətnamə və V-ЖГ № 324008 nömrəli, Suraxanı rayon VVAQ şöbəsindən verilən nikah haqqında şəhadətnamədə qeyd olunan Hacıyev Elman Həzi oğlunun AA1064897 seriya nömrəli, fərdi indentifikasiya nömrəsi 0URQ394 olan şəxsiyyət vəsiqəsində qeyd olunan xx.xx.1957-ci il təvəllüdlü Hacıyev Elman Qazı oğlu ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. İ-ИE № 414013 saylı doğum haqqında şəhadətnamə və V-ЖГ № 324008 nömrəli, Suraxanı rayon VVAQ şöbəsindən verilən nikah haqqında şəhadətnamədə qeyd olunan Hacıyev Elman Həzi oğlunun AA1064897 seriya nömrəli, fərdi indentifikasiya nömrəsi 0URQ394 olan şəxsiyyət vəsiqəsində qeyd olunan xx.xx.1957-ci il təvəllüdlü Hacıyev Elman Qazı oğlu ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-3009/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3009/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver