Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3039/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında (abonent kodu **********00000 olan) cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 35040 kub metr həcmdə sərfiyyata görə hesablanmış 4204,80 manat və 2020-ci ilin dekabrın 9-na kimi qaz sərfiyyatına görə olan 984,96 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, silinməsini xahiş etdiyi 984,96 manat borcun xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış borc olduğunun nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X1 məcburi köçkün kimi ailəsi ilə birlikdə Sumqayıt şəhərinə gəlmiş və burada məskunlaşmışdır. Bir müddət keçdikdən sonra atası Sumqayıt şəhəri, ST.Sumqayıt ərazisində yerləşən torpaq sahəsində fərdi ev tikərək ailəsi ilə birlikdə orada yaşamışdır. Yaşadıqları evə 2013-cü ildə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh ilə bağlanmış müqavilə üzrə istehlakçı atası X1 olmuşdur. Atası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin tarixdən sərf edilən qazın ödənişini atasının yerinə o özü etmişdir. 2023-cü ilin fevral ayının əvvəllərində kartı dəyişdirib öz adına rəsmiləşdirmək istədikdə cavabdeh təşkilatın əməkdaşları bildirmişdir ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə olunduğu aşkar edilmiş və qanunsuz qazdan istifadəyə görə 4204,80 manat cərimə ödənilməlidir. Həmin səbəblə xx.xx.2023-cü il tarixdə, ******* saylı akt tərtib olunmuşdur. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 27 fərdi yaşayış evinin sayğacına cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar tərtib edilmiş və aktlarda sayğacda qeyd olunan nöqsan “Sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkarlandı” qeyd olunmuşdur. ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış, qaz işlədicilərindən PQ-4 makimal saatlıq qaz sərfi 1,2 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün (2x24x90)=2592m3+ (6x24x90)=5616 m3, cəmi 8208m3x0,12 = 984,96 manat dəymiş zərər hesablanmışdır. ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış, sayğacın nominal qaz sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4x24x365=35040m3x0,12=4204,80 manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı vurduğu zərəri ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, o iddiaçının anasıdır. Sayğaca onlar tərəfindən heç bir müdaxilə olunmamışdır. Hesablanan borc köhnədən qalan borcdur. Sayğaca kənar qoşulma mövcud olmamışdır. Sayğac onun evindən çöldə yerləşir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsinin göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddia tələbi ilə razı deyil. Sözügedən ünvanda sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz şəkildə istifadə edilmişdir. Kənar xətt mövcud olduğu zaman hesabat 365 gün nəzərə alınmaqla aparılır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Stansiya Sumqayıt və Yük həyəti rayonu ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 44 №-li arayışından görünür ki, iddiaçı Sumqayıt şəhəri, ST.Sumqayıt, ev 3-də yaşayır. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X1 xx.xx.2020-ci il tarixində ölmüşdür. İşdə olan ******* saylı, xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, iddiaçının yaşadığı Sumqayıt şəhəri, ST.Sumqayıt, ev 3-də sayğcdankənar qaz xətti aşkarlanmışdır. Dəymiş ziyanın hesablanması haqqında xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən iddiaçının yaşadığı ünvana qaz sayğacının nominal qaz sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün iddiaçıya cəmi 35040 kub metr qaz sərfiyyat hesablanmışdır. Abonent saldosuna əsasən iddiaçıya xx.xx.2023-cü il tarixli akt əsasında 4204,80 manat borc hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, iddiaçının yaşadığı Sumqayıt şəhəri, ST.Sumqayıt, ev 3-də sayğcdankənar qaz xətti aşkarlanmışdır. Dəymiş ziyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən qaz işlədicilərindən PQ-4-ün makimal saatlıq qaz sərfi 1,2 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün iddiaçıya cəmi 8208 kub metr qaz sərfiyyat hesablanmışdır. Abonent saldosuna əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında 984,96 manat borc hesablanmışdır. İş materiallarına video-disk əlavə olunmuşdur. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (5.1.). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (5.2.). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (6.5.). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş videodiskdə olan videogörüntülərlə də müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda sayğacdan kənar qaz xəttindən istifadə olunmuşdur. Yəni, cavabdeh iddiaçıya əlavə sərfiyyat hesablayaraq tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya əlavə sərfiyyat hesablanarkən xx.xx.2023-cü il tarixli akt əsasında hesabat müddəti 365 gün, xx.xx.2022-ci il tarixli akt əsasında hesabat müddəti 90 gün qəbul edilmişdir. Məhkəmə hesab edir ki, hesabatın belə uzun bir dövrlər üzrə aparılması cavabdeh tərəfindən əsaslandırılmamışdır. Bu səbəbdən iddiaçıya əlavə sərfiyyat hesablanarkən 1 aylıq hesabat müddəti müəyyən edilməlidir. Belə olan halda xx.xx.2023cü il tarixli akt əsasında hesablanmalı olan borc 350,4 manat, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmalı olan borc 328,32 manat təşkil edəcəkdir. Həmin məbləğlər hesblanmış borc məbləğlərindən çıxılmaqla xx.xx.2023-cü il tarixli akt əsasında 3854,40 manat, xx.xx.2022-ci il tarixli akt əsasında 656,64 manat borclar iddiaçının abonent hesabından silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt, ev 337 (abonent kodu **********00000) ünvanına xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 3854 (üç min səkkiz yüz əlli dörd) manat, 40 (qırx) qəpik, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 656 (altı yüz əlli altı) manat 64 (altmış dörd) qəpik məbləğində borclar silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3039/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3039/2023
31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver