Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3040/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, anası X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında **********03521 abunə üzrə istifadə olunmamış elektrik enerjisinə görə aparılmış əsassız hesablamaların etibarsız hesab edilməsi, elektrik enerjisinin sərfinə görə əsassız hesablanmış 2422.45 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı evə xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən “Smart” tipli **********21 №-li sayğac quraşdırılmışdır. Cavabdehlə bağlanmış müqavilə üzrə istehlakçı iddiaçının atası X4 olmuşdur. 09 dekabr 2020-ci il tarixdə o, vəfat etmişdir. Həmin tarixdən sərf edilən elektrik enerjisinə görə ödənişləri atasının yerinə iddiaçı etmişdir. 2023-cü ilin fevral ayının əvvəlində kartı dəyişdirib öz adına rəsmiləşdirmək istədikdə cavabdeh tərəfindən iddiaçıya bildirilib ki, sayğacdan kənar qeyri-qanuni çəkilmiş elektrik xətti vasitəsi ilə elektrik enejisindən istifadə olunduğu aşkar edilmiş və qanunsuz istifadəyə görə cərimə ödənilməlidir. Bunun səbəbini araşdırdıqda iddiaçıya məlum olmuşdur ki, xx.xx.2023-cü ildə, 287479 saylı akt tərtib olunmuş və bu akta əsasən cərimə hesablanmışdır. İddi evə sayğacdan kənar heç bir elektrik xətti çəkilməmiş, əgər aktda göstərildiyi kimi, kənar elektrik xətti mövcud olsaydı cavabdehin əməkdaşları bu neçə il ərzində həmin halı aşkar edərdilər. Cavabdeh saxta akt tərtib etməklə və şişirdilimiş rəqəmlərlə hesabat aparmaqla iddiaçıdan sərf etmədiyi elektrik enerjisinə görə əsassız ödəniş tələb edir. Cavabdehlə bağlanmış müqavilə üzrə istehlakçı olan X3 2020-ci ildə vəfat etdiyinə görə, onun 2023-cü ilin yanvar ayında tərtib edilmiş aktın imzalanmasında iştirak etməməsi təbii haldır. Bu səbəbdən cavabdehin bu hərəkətləri tam qanunsuzdur. Ona görə də cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmış 2422,45 manat məbləğində borc silinməlidir. Cavabdehin nümayəndəsi tərəfindən iddia ərizəsinə yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə cavabdehin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, sayğacın giriş xətti zədələnib və sayğacdan kənar xətt götürməklə mənzil şəbəkəyə bir-başa sayğaca qoşulub. Bu fakt əsasında Rİ 019144 saylı akta əsasən 1330 kvt saat miqdarında 79,80 manat məbləğində itirilmiş elektrik enerjisinin bərpasına dair hesabat aparılmışdır. xx.xx.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, abonent elekrik dayağından birbaşa xətt qoşaraq sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Bu fakt əsasında Rİ 199760 saylı akta görə 523,31 manat məbləğində 5211 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2026cı il tarixdə cavabdehin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, abonent dayaqdan 2x10 mm2 aliminum kabel vasitəsi ilə mənzilinə bir-başa kənar xətt çəkməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, Rİ 287749 saylı akt əsasında 519,61 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Abonent dəfələrlə kənar xətdən istifadə etdiyi üçün ona aktlar tərtib olunub və kənar xəttin ləğv olunmasına dair protokollar tətbiq edilib. İddiaçı qeyd edilən akta əsasən ona məxsus mənzilə 2422.45 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, o iddiaçının anasıdır. Onların yaşadıqları mənzildə əvvəllər sayğacdan kənar xətt mövcud olub. Belə ki, cavabdehin əməkdaşları ilə razılaşdırılaraq həmin xətt çəkilib. Son dövrlərdə isə sayğacdan kənar xətdən istifadə olunmayıb. Onların borcu şişirdilib. Qeyd edilənlərə əsasən nümayən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddiaçının yaşadığı mənzilə dair sayğacdan kənar elektrik xəttindən istifadə ilə bağlı üç akt tərtib olunub. İddiaçının inteqrasiya dövrü üçün 1461,31 manat borcu vardır. Onda olan məlumata görə həmin borcun 1400 manatı “Azərenerji” dövründən qalan, 61,31 manatı isə "xxxx" yarandıqdan sonrakı dövrə aid olan borcdur. Lakin, bu bölgü abonent məlumatı əsasında müəyyən edilmir. Qeyd edilən borc inteqrasia dövrünə aid olduğu üçün konkret olaraq nə əsasında yaranması dəqiq deyildir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1996-cı ildə anadan olmuşdur. O, Laçın rayonu, Mirik kəndində qeydiyyatdadır. Sumqayıt şəhər Bələdiyyəsi Stansiya Sumqayıt və Yük həyəti rayonu üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı ünvan 2 ünvanında yaşayır. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli, 019144 saylı, xx.xx.2020-ci il tarixli, 199760 saylı və xx.xx.2023-cü il tarixli 287479 saylı aktlarda iddiaçının yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində yerləşən fərdi yaşayış evində sayğacdankənar elektrik xəttindən istifadə edildiyi öz əksini tapmışdır. Həmin aktlar əsasında cavabdeh tərəfindən yaradılmış komissiya tərəfindən müvafiq olaraq həmin evə 1330 kvt.s sərfiyyat hesablanmaqla 79,80 manat, 5211 kvt.s sərfiyyat hesablanmaqla 523,31 manat və 4445 kvt.s sərfiyyat hesablanmaqla 519,61 manat borc hesablanmışdır. İddiaçının yaşadığı fərdi evin abonent məlumatından görünür ki, abonentin inteqrasiya dövrü üçün elektrik enerjisindən istifadəyə görə 1464,31 manat borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır (8.32). İddiaçının yaşadığı mənzilin elektrik enerjisindən istifadəyə dair abonent məlumatından görünür ki, iddiaçının yaşadığı fərdi evə dair xx.xx.2016-cı il tarixli, 019144 saylı, xx.xx.2020-ci il tarixli, 199760 saylı və xx.xx.2023-cü il tarixli 287479 saylı aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında müvafiq olaraq 79,80 manat, 523,31 manat və 519,61 manat borc hesablanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında yaşadıqları evdə sayğacdankənar elektrik xətinin olduğunu etiraf etmişdir. Bu səbəbdən iddia tələbi həmin aktlar əsasında hesablanmış borcun silinməsi hissəsində təmin edilə bilməz. İddiaçının yaşadığı evin abonent məlumatı ilə müəyyən edilir ki, iddiaçının inteqrasiya dövrü üçün 1464,31 manat borcu mövcuddur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin borcun 1400 manatının "xxxx" ASC-nin dövrünə, qalan hissəsinin isə "xxxx" ASC yarandıqdan sonrakı dövrə aid olduğunu bildirmişdir. Lakin, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş həmin borcun konkret hansı dövrdə və nəyin əsasında yarandığını izah edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına saxlanmış həmin borc əsassızdır. Ona görə də iddia təmin edilməli və iddiaçıya hesablanmış borc silinməlidir. İddiaçı iddia ərizəsində yaşadığı evə dair istifadə olunmamış elektrik enerjisinə görə aparılmış əsassız hesablamaların etibarsız hesab edilməsini xahiş etsə də, həmin hesablamalrın nədən ibarət olmasını iddia ərizəsində açıqlamamış və qeyri-müəyyən bir tələb irəli sürmüşdür. Bu səbəbdə iddia həmin hissədə təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı evin **********03521 saylı abonent məlumatında saxlanmış inteqrasiya dövrü üçün olan 1464 (min dörd yüz altmış dörd) manat 31 (otuz bir) qəpik borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3040/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3040/2023
04.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver