Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3048/2024 08.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdehnə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdehnə qarşı iddia qaldıraraq, mərhum anası - 29 iyun 2017-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Xaçmaz rayonu, Aşağı Ləgər qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin onun - xx xxx 1966-cı il təvəllüdlü İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1966-cı il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla Xaçmaz rayonu, Yergüc kəndində faktiki yaşayır. X13 onun anasıdır və 29 iyun 2017-ci il tarixdə vəfat etmişdir. Xaçmaz rayon Aşağı Ləgər bələdiyyəsinin qərarı ilə 0.10 ha torpaq sahəsi mərhum anası Gülbəs Məlikovaya satılmış və ölümünə qədər anasının faktiki istifadəsində və mülkiyyətində, ölümündən sonra isə onun faktiki istifadəsində və mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinin qəbulu ilə əlaqədar cavabdeh notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin mirasın qəbul müddətini ötürdüyü üçün imtina edilmişdir. Müddəti ötürməyinin səbəbi qanunun tələbini səhv başa düşməyi olmuşdur. Belə ki, o, miras əmlakın qəbulu ilə bağlı 6 ay tamam olduqdan sonra istənilən vaxtı notariat ofisinə müraciət etməli olduğumu başa düşmüşdür. Lakin sonradan ona izah olunmuşdur ki, 6 ay tamam olduqdan sonra müraciət etməli olduğu yox, 6 ay müddət tamam olduqdan sonra vərəsəlik haqqında şəhadətnamə verilir. Yəni qanunun tələbini səhv başa düşmüşdür. Bu müddət ərzində miras əmlakına faktiki sahiblik etmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, nənəsinin adına atası bələdiyyə torpağı almışdır. Atası dünyasını dəyişdikdən sonra anasının adına rəsmiləşdirmək istəyirlər. Lakin müddətin ötürüldüyü bildirilmişdir. Bibisigil miras əmlakdan imtina etmişdirlər. Torpaq sahəsinə dair bələdiyyə sənədi vardır. Çıxarış yoxdur. Nənəsinin adına başqa əmlak yoxdur. Faktiki olaraq həmin torpaq sahəsi istifadə olunmur. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X4 izahatında bildirdi ki, miras əmlakın qəbulu müddətinin uzadılması barədə etirazı yoxdur.
5. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X14 izahatında bildirdi ki, X7 oğludur. Miras əmlakın qəbulu müddətinin uzadılması barədə etirazı yoxdur.
6. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X8 izahatında bildirdi ki, X13 onun anasıdır. Miras əmlakın qəbulu müddətinin uzadılması barədə etirazı yoxdur.
7. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X11 izahatında bildirdi ki, X13 onun anasıdır. Miras əmlakın qəbulu müddətinin uzadılması barədə etirazı yoxdur.
8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
9. AZ-İ 881684 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 29 iyun 2017-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında Sumqayıt Cavabdeh qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 1082 nömrə ilə qeyd edilmişdir.
10. AZ-İİ 059373 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 iyul 2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında Quba regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 0456 nömrə ilə qeydiyyat aparılmışdır.
11. İİİ-ЖF 383926 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 arasında bağlanmış nikah xx.xx.1984-ci il tarixində akt qeydləri kitabında 19 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məlikova” soyadı verilmişdir.
12. Torpaqların alqı-satqısına dair 02 dekabr 2005-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanında yaşayan X13 tərəfindən Xaçmaz rayon Aşağı Ləgər bələdiyyə orqanına 15 noyabr 2005-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış, Aşağı Ləgər bələdiyyə ərazisində 0,10 ha torpaq sahəsinin satılması barədə 16 noyabr 2005-ci il tarixli, 15 saylı qərar qəbul edilmiş, bunun müqabilində X13 tərəfindən Aşağı Ləgər bələdiyyənin hesabına əvvəlcədən ******* manat haqq ödənilmişdir.
13. Xaçmaz rayon Aşağı Ləgər bələdiyyəsinin noyabr 2005-ci il tarixli 15 saylı qərarının surətindən görünür ki, Aşağı Ləgər bələdiyyəsinin ehtiyat fondundan Sumqayıt şəhər sakini X10 Aşağı Ləgər kəndinin ərazisindən 1000 kv.m torpaq sahəsinin satılmasına icazə verilməsi qərara alınmışdır.
14. Xaçmaz rayonu X21 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Xaçmaz rayonu X12 ərazisində yerləşən Aşağı Ləgər kənd bələdiyyəsinin 15 noyabr 2005-ci il tarixli, 15 saylı qərarı ilə 0,10 ha fərdi ev tikilmək üçün satılmış torpaq sahəsinin qərarı qüvvəsindədir və həmin torpaq sahəsinə çıxarışın verilməsinə etirazı yoxdur.
15. İddiaçı tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 8V- 197 saylı ərizənin surətindən görünür ki, mirasın tərkibinə daxil olan miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
16. 1 saylı Sumqayıt Regional Cavabdehndə Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 25 mart 2024-cü il tarixli, 715 nömrəli məktubdan görünür ki, mirasın qəbul edildiyi müddəti buraxdığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
17. 1 saylı Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinin 25 mart 2024-cü il tarixli, 714 nömrəli məktubdan görünür ki, 1 saylı Sumqayıt Regional Cavabdehndə notariat ofisinə xx.xx.2017-ci il tarixində vəfat etmiş X7 vərəsəsi oğlunun arvadı İddiaçı müraciət etmiş və vərəsələr siyahısına daxil edilmişdir.
Məhkəmə baxışının hədləri:
18. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
20. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
21. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı X7 gəlini, yəni oğlu X1 arvadıdır. X13 29 iyun 2017-ci il tarixdə vəfat etmişdir. Onun oğlu və iddiaçının əri X5 isə 15 iyul 2019-cu il tarixdə vəfat etmişdir. X10 Xaçmaz rayon Aşağı Ləgər bələdiyyəsinin noyabr 2005-ci il tarixli 15 saylı qərarı ilə Aşağı Ləgər kəndinin ərazisindən 1000 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı vəfat etmiş qaynanası X3 qalmış miras əmlakın qəbulu ilə əlaqədar ərizə ilə 1 saylı Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinə müraciət etmiş, həmin orqanın 25 mart 2024-cü il tarixli məktubu ilə mirası qəbul etmə müddətini ötürdüyü üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
22. Hazırda İddiaçı vəfat etmiş X3 miras qalmış Xaçmaz rayonu, Aşağı Ləgər qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılmasını məhkəmədən xahiş edir.
23. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir.
24. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı).
25. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı miras qoyan X7 gəlini və oğlunun arvadı olmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə uyğun olaraq miras qoyanın ondan sonra ölən oğluna çatacaq mirasdan pay almaq hüququ vardır.
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103).
28. Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X15rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar).
29. Bu baxımdan məhkəmə hesab edir ki, bələdiyyə qərarı əsasında X10 ayrılmış 1000 kv.m torpaq sahəsi üzərində onun ölümündən əvvəl mülkiyyət hüququ qeydiyyata alınmasa da, onun həmin torpaq sahəsi üzərində əmlak xarakterli subyektiv hüququ ölümü ilə xitam olunmamaqla, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə miras kütləsinə daxildir.
30. Mirasın qəbulu qaydalarını nəzərdə tutan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
31. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı).
32. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirasın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktiki başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlakla əlaqədar yaranır. Bundan başqa, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında göstəriş yoxdur.
33. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər.
34. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarında həmçinin vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq mirasın qəbulu müddətinin ötürülməsi həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmur və məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinə “məhdudlaşdırıcı” istiqamətdən yanaşmamalı və məsələni ətraflı araşdıraraq müddətin ötürülməsini üzrlü saydığı halda, həmin müddəti uzatmalıdır.
35. Hazırki iş üzrə vərəsənin mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş konkret müddətlərin olduğunu bilməməsinə, gedib-gəlməklə miras qalmış əmlakı faktiki olaraq idarə etməsinə dair dəlilləri ağlabatan olmaqla işin mövcud hallarına, tərəflərin vəziyyətinə uyğun gəlir və iddiaçının istinad etdiyi hallar mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi üçün əsas kimi çıxış edir. Məhkəmə qeyd edir ki, müvafiq hal müəyyən edilərkən həmçinin vərəsələr arasında miras əmlakla bağlı mübahisənin olmaması, iddiaçının mirasın qəbulu müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun mirasın qəbulu ilə bağlı müddətlərin uzadılmasına dair hüquqi mövqeyi nəzərə alınmışdır
36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən X3 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin geckdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılsın.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı tərəfindən X3 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin geckdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva