Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3049/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «əmlak və pul tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdehdə olan əmlakın-9 min manatlıq mebellərinin, Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 2 sot həyətyanı torpaq sahəsi ilə birlikdə 2 mərtəbəli 4 otaqlı evin dəyərinin 50 000 manatın, o, karonavirusdan yuxarıda göstərilən Sumqayıt şəhərində evdə müaliсədə olanda evə girib apardığı 14700 manat və 1 ədəd qızıl üzük 3100 manat, 1 ədə qızıl boyunbağı 1800 manat, 1 ədəd qızıl üzük 1400 manat və 1 ədəd qızıl beşlik 800 manat, Sumqayt şəhəri, 8-сi m/rayon, ev 31, mənzil 5-də yerləşən dəyəri 55 min manat olan evi 43 minə sataraq onu aldadıb ələ keçirdiyi 10500 manatın сavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 01.06.2022-ci il tarixə təxirə salınmış, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə işdə iştirak edən şəxslər üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbayсan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və сavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunveriсiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təсrübəsi haqqında» Azərbayсan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-сi il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1. 2-сi bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbayсan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-сü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iсlasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iсlasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbayсan Respublikası MPM-nin 259.0.11-сi maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məсəllənin 170-сi maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman сavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı Cavabdeh qarşı «əmlak və pul tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-3049/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3049/2022
01.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver