Məhkəmə qərarları › İş №2(060)-305/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-305/2022

30.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-305/2022 30.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən şəxslər Sumqayıt şəhəri 1 saylı Notariat Kontoruna və 1 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən şəxslər Sumqayıt şəhəri 1 saylı Notariat Kontoruna və 1 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 tərəfindən Sumqayıt şəhər, 1 saylı notariat kontorunda verilmiş xx.xx.2020-ci il tarixli, 8İ-179 (2V-44) nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, dayısı qızı X9 08 aprel 2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra dayısı qızı və onunla heç bir qohumluq əlaqəsi olmayan Cavabdeh bildirmişdir ki, guya dayısı qızı Əzizbəyova Naiçi vəsiyyətnamə vasitəsilə bütün əmlakını ona vermişdir. Bununla da həmin şəxs Əzizbəyova Naiçinin ölümündən dərhal sonra sonuncuya məxsus bütün əmlakı satmağa başlamışdır. Belə ki, dayısı qızının yad bir şəxsə vəsiyyətnamə verməsi qətiyyən mümkün deyildir. Onu da qeyd edir ki, Əzizbəyova Naiçi son zamanlarda xərçəng xəstəliyindən əziyyət çəkirdi və evdən çıxmağa halı yox idi. Hətta son aylarda davranışlarını və hərəkətlərinin mahiyyətini dərk edə bilmirdi. Belə ola halda onun notariusa gedərək vəsiyyətnamə yazması mümkünsüzdür. Cavabdeh dayısı qızı Əzizbəyova Naiçini aldadaraq və ya ona təzyiq göstərərək vəsiyyətnaməyə imza çəkdirmişdir. Bundan başqa vəsiyyətnamədəki imzanın Əzizbəyova Naiçi tərəfındən çəkildiyinə belə əsaslı şübhələr yaranır. Cavabdeh Sumqayıt şəhəri, 1 saylı notariat kontorunun əməkdaşları ilə birləşərək vəsiyyətnamənin yazılmasına nail olmuşdur. Onun məqsədi dayısı qızına məxsus əmlakı ələ keçirmək olmuşdur. Qeyd olunan vəsiyyətnamədəki imzanın Əzizbəyova Naiçiyə məxsus olub olmadığını, hər hansı psixoloji təsir altında çəkilib-çəkilmədiyini yoxlamaq üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmalıdır. Bütün bunlara əsasən Əzizbəyova Naiçi tərəfindən Cavabdeh verilmiş xx.xx.2020-ci il tarixli, 8i-1579 (2V-44) nömrəli vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə çıxarılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Xanbaba oğlu ona və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri, 1 saylı Notariat kontoruna və 1 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair” iddia qaldıraraq, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 tərəfindən ona verilmiş Sumqayıt şəhəri, 1 saylı Notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2020-ci tarixli, 8i-1579-(2V-44) nömrəli vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 154-cü maddəsinə əsasən, işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Prosessual hüquqlarından istifadə edərək iddia ərizəsinə qarşı etiraz təqdim edir və aşağıda göstərilənlərə əsasən İddiaçı Xanbaba oğlunun iddiası üzrə işin icraatına xitam verilməlidir. Belə ki, İddiaçı Xanbaba oğlu 2020-ci ildə cavabdeh Sumqayıt şəhəri, 1 saylı Notariat kontoruna və maraqlı şəxslər 1 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinə və ona qarşı Sumqayıt Şəhər Məhkəməsində “vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair” iddia qaldıraraq, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 tərəfindən Sumqayıt şəhəri, 1 saylı Notariat kontorunda ona verilmiş xx.xx.2020-ci il tarixli, vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-826/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Xanbaba oğlunun iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1580/2021 saylı, xx.xx.2021 -ci il tarixli, qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-826/2021 saylı, 15 32.2021 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1580/2021 saylı, xx.xx.2021-ci il qətnaməsindən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Hazırki işdə İddiaçı Xanbaba oğlu iddia ərizəsində tərəflərin yerini dəyişdirərək, eyni əsasla “xx.xx.2020ci il tarixdə vəfat etmiş X9 tərəfindən Sumqayıt şəhəri, 1 saylı Notariat kontorunda ona verilmiş xx.xx.2020-ci il tarixli, vəsiyyətnamənin etibarsız sayılması tələbi” yenidən Sumqayıt şəhər Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində deyilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmiş və yenidən sübut ediİmir. İddiaçı Xanbaba oğlu “xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 tərəfindən Sumqayıt şəhəri, 1 saylı notariat kontorunda ona verilmiş xx.xx.2020-ci il tarixli, vəsiyyətnaməni mübahisələndirdiyindən və onun həmin vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair iddiasına Sumqayıt şəhər Məhkəməsinin 2(060)-826/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verildiyindən və məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldığından, hazırki iddia üzrə işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2021-ci ildə ona verilmiş etibarnamə və Kapital banka yazdığı ərizədə olan imzalar mərhuma məxsudur. Mərhuma məxsus xarici pasportun əsli digər məhkəmə mübahisə ilə bağlı olan mülki işə əlavə edilmişdir. Həmin pasportu mərhum 2019-cu ildə almışdır. Şəxiyyət vəsiqəsindəki imzalar təxminən 8-9 il bundan əvvələ aiddir. Şəxsiyyət vəsiqəsini alarkən mərhumun 55 yaşı var idi, həmin vaxt o, xəstəlikdən əziyyət çəkirdi və əli əsirdi. Onun ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkməsi ağıl probleminin olması demək deyil. Onunla İddiaçı Xanbaba oğlu arasında olan məhkəmə mübahisəsi üzrə artıq Ali də Məhkəmə yekun qərar qəbul etmiş və həmin qərara görə İddiaçı şikayəti təmin olunmamışdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişlərə əsasən) iş üzrə iddiaçının, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri 1 saylı Notariat Kontorunun və 1 saylı Bakı Asan Xidmət Mərkəzinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ünvan 1 ünvanlayaraq bildirmişdir ki, adı çəkilən vəsiyyətnamə həqiqətən xx.xx.2020-ci il tarixində onun tərəfindən rəsmiləşdirilmişdir. İddiaçının irəli sürdüyü dəlillər tamamilə əsasızdır. Çünki, o, Naiçi Əzizbəyova ilə özü şəxsən vəsiyyətnamənin rəsmiləşdirilməsi ilə əlaqədar 2 şahidin iştirakı ilə söhbət aparmışdır. Naiçi Əzizbəyova xəstə olsa da, şüuru özündə olmuş, sərbəst mühakimə yürütmüş və fikrini yaxşı ifadə etmişdir. O bildirdi ki, ondan sonra Mehmanı çox incidəcəklərini bilir, onun “qohumları” ona hər cür böhtanlar atacaqlar ki, əmlakını ələ keçirsinlər. Ancaq Mehman indiyə qədər onun müalicəsi ilə məşğul olub və qulluğunda durub. Hətta özünün əlində kitab olmuş və o da, Naiçiyə oxumaq üçün bir kitab vermişdir. Naiçi Əzizbəyova dünyagörmüş adam olmuşdur və bilmişdir ki, onun xəstəliyi ciddidir. Ona görə də öz iradəsinə uyğun əmlakını Cavabdeh vəsiyyət etmişdir. Qeyd edilənləri nəzərə alınmasını, iddiaçının iddiasının rədd edilməsini, həmçinin işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ İV 558923 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası X18, anası X4r. İşdə olan AZ İİ 075799 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1995-ci ildə Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 758 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ İ 832787 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1986-cı ildə Bakı şəhərində ölmüşdür və bu barəfə ölüm haqqında akt qeydləri kitabında 202 nömrə ilə qeyd edilmişdir. İşdə olan **********0042020 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X9 xx.xx.2020-ci ildə Bakı şəhərində ölmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, X9 ona məxsus bütün əmlakını Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-590-2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ərizəçi İddiaçı “akt qeydinin düzgün olmaması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilmiş, İddiaçı barəsində xx.xx.1958-ci il tarixli doğum haqqında akt qeydində aparılmış qeydiyyatın düzgün olmaması faktı müəyyən edilmiş, xx.xx.1958-ci il tarixli doğum qeydində aşağıdakı qaydada düzəliş edilməsi: ana qrafasında X2 qeyd edilməsi, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 atası X6 ərizəçi İddiaçı anası X2 qardaşı olması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-826/2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh Sumqayıt şəhəri 1 saylı Notariat Kontoruna və maraqlı şəxslər 1 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinə və Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1580/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-826/2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Sumqayıt şəhəri 1 saylı Notariat Kontoruna və maraqlı şəxslər 1 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinə və Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız sayılması barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-585/2022-ci il tarixli qəraraından görünür ki, həmin qərarla Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1580/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9 Bakı şəhəri, Şüvəlan Bağ massivi 1030 “V” saylı torpaq sahəsində yerləşən 0.12 hektardan 0.06 hektar torpaq sahəsini 3500 manata Cəfərova X7 almışdır. İşdə olan 8İ-490 nömrəli, **********490 nömrəli ərizədən görünür ki, X9 ona Bakı şəhəri, 13 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə verilmiş 27 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən X3 vərəsəsi kimi 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə verilməsi nəzərdə tutulan birdəfəlik ödəmənin verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinə müraciət etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli Hesaba dair Müqavilədən görünür ki, həmin müqavilə özündə Xüsusi Şərtləri ehtiva etməklə X9 ilə "xxxx" ASC arasında bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, Aİİ-009757 nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə ilə X9 harada yerləşməsinden və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, notariat Xidmət mərkəzində yerləşən bütün orqanlarda, Qeydiyyat şöbələrində, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin razi İdarəsində, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda, Respublikanın bütün bank və bank filiallarında, o cümlədən "xxxx" ASC-də, "xxxx" ASC-də, "Atəşgah” sığorta şirkətində təmsil etməyi, ümumi əməliyyatlar aparmağı, hesablara sərəncam verməyı, çıxarışlar etməyi, plastik kartları, plastik kartlarını almağı, o cümlədən bütün polis, prokurorluq, istintaq orqanlarında təmsilçisi olmağı, vəkil ilə müqavilə bağlamağı və imzalamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, vergi hesabatlarını verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imzalamağı, işlər aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X11 etibar etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X9 ona məxsus bütün əmlakını Cavabdeh vəsiyyət etmişdir. Hazırda İddiaçı həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi X9 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin onun tərəfindən imzalanmadığını bildirmişdir. Bu məsələnin araşdırılması ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/629 saylı rəyindən görünür ki, tədqiq olunan imzalar, ekspertizaya təqdim edilmiş mülki işin 164-cü vərəqində olan X5 adından olan xx.xx.2020-ci il tarixli 8İ-179 (2V-44) reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş vəsiyyətnamədə “İmza:” qrafasında “X9” yazılarından əvvəl yerləşən imza ilə işin 79-cu vərəqində olan X5 adından olan 27 fevral 2020-ci il tarixli 8İ-490 nömrəsi ilə qeydiyyatdan keçmiş ərizədə “X16 QİZİ (tel: (050) 330-71-80)” qrafasındakı imza, 80-ci vərəqində olan 27 fevral 2020-ci il tarixli 7E-2155 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş AR-İİ seriyalı 009757 nömrəli etibarnamədə “İmza:” qrafasındakı imza; 81-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Hesaba dair müqavilədə “8.2.Müştəri” qrafasından aşağı hissəsə yerləşən imza; 59cu vərəqində olan (kserosurəti i/v 70-də) X5 adına olan P0529430 nömrəli pasportda “Pasport sahibinin imzası” qrafasının yuxarı hissəsində yerləşən imza EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən şəxslər Sumqayıt şəhəri 1 saylı Notariat Kontoruna və 1 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən şəxslər Sumqayıt şəhəri 1 saylı Notariat Kontoruna və 1 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar