Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3056/2022 26.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1947-ci ildə ünvan 1 ünvanında yaşayır. Onun qızı xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş X14 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, daun sindromu, dərin kəmağıllıq, ideotiya kobud nitq (nitq qabiliyyəti mövcud deyil) davranış pozuntuları, hərəki aparatının funksiyalarının kobud pozuntusu diaqnozu ilə anadangəlmə birinci qrup əlildir. Buna görə uşaqlıqdan əlil kimi təqaüd alır. Qızının ruhi xəstəlikdən əziyyət çəkməklə əlil olmasını nəzərə alaraq gələcəkdə onun üzərində qəyyum təyin olacağını nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qərar qəbul edilməsi zəruriyyəti yaranmışdır. Qızı uşaqlıqdan psixi qüsurlarına görə əlil olmaqla daim kənar şəxsin qulluğuna ehtiyacı vardır, psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir, qayğısına qalmağa və üzərində kənar şəxsin köməyinə ehtiyacı vardır. Halhazırda qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ailələrinə onun üzərində qəyyum təyin edilməsi məqsədi üçün lazımdır. Ona görə də qızının məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun eyni məzmunlu izahat verərək X5 məhkəmə iclasında iştirak etməsinin mümkün olmadığını, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasın nümayəndəsi X11 iş üzrə təyin edilmiş məhkəmə psixiatrik ekspertizasının rəyini nəzərə alınaraq, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirdi. Məhkəmə, Ərizəçi, maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin olunması barədə qətnamə qəbul edilməlidir. İş materiallarında olan АЗ seriyalı, 688902 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1947-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. X1, anası X8r. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X4 arasında bağlanmış nikah Sumqayıt şəhər nikah evində xx.xx.1989-cu il tarixində akt qeydləri kitabında 1200 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. İş materiallarında olan XV-ЖГ seriyalı, 320619 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 17 may 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X2r. İş materiallarında olan AZ-İİ seriyalı, 174214 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X6 31 mart 2021-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında olan AR ƏƏSMN 12 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, X9 müddətsiz İ qrup əlillik dərəcəsi verilmişdir Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 1641 saylı rəyinə əsasən X7 daun sindromu nəticəsində yaranana ağır dərəcəli əqli gerilik müəyyən olunur. L.Ərizəçia öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin xüsusi icraat qaydasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən baxdığı işlərdən biridə 305.1.3-cü maddəsində göstərilən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır (MPM 305.1.3). Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, Ərizəçi ərizəsi təmin edilərək onun qızı 17 may 1990-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Sumqayıt şəhəri, məhəllə 26, ev 2/45, mənzil 48 ünvanında qeydiyyatda olan və yaşayan 17 may 1990-cı il təvəllüdlü X14 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3056/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3056/2022
26.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver