Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-306/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı qızının, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı qızının cavabdeh "xxxx" ASC-ə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı qızı cavabdeh "xxxx" ASC-ə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, elektrik enerjisinə görə yaranmış 170 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, məhəllə 26 ünvanında yerləşən, 2/45 saylı evin, 49-cu mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh tərəfindən tərtib edilmiş abunə haqqında arayışa əsasən elektrik enerjisinə borcunun məbləği hal-hazırda İ70 manat təşkil edir. O bu borc məbləği ilə razılaşmır. Belə ki həmin borc məbləği onun mənzilinə sayğac qoyulmamışdan əvvəlki dövrə yəni, 2006-cı ildən əvvəlki dövrə aiddir. 2006-cı ildə mənzilinə elektrik sayğacı quraşdırılmışdır. Sayğac quraşdırdıqdan sonra istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı vaxtında cavabdehin hesabına ödəmişdir. Bildirir ki, cavabdeh tərəfindən elektrik enerjisinin sərfiyyatına görə borc sayğac göstəricisinə görə yox, orta sərfiyyat normalarına əsasan hesablanmışdır. Həmin borc 2000-2006-cı illəri əhatə edir. Ona görə də cavabdeh tərəfindən tələb edilən 170 manat borcu əsassız hesab edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək göstərdi ki, İddiaçı qızının "xxxx" ASC-nə qarşı verdiyi iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili 01.10.2000-ci il tarixdə abonent qeydiyyatına alınıb. 16.04.2007-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılmışdır. İddaçının mənzilində 16.04.2007-ci il tarixdən 03.11.2021-ci il tarixinə kimi 1934.72 manat dəyərində X1 olunmuşdur. Lakin abonent bu dövrdə1765 manat məbləğində ödəniş etmiş və hal-hazırda iddiaçının 169.72 manat borcu qalmışdır. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı 16.04.2007-ci il tarixindən 03.11.2021-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. İddiaçı qızının 170 manat borcun silinməsi tələbinə dair iddia tələbini əssasız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, 2/45 saylı evin, 49 nömrəli mənzili 16.02.2013cü il tarxdə İddiaçı qızının adına qeydə alınmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, **********00199 nömrəli abonentə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 169.72 manat ETAİS-dən gələn borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının mənzilinə hesablanmış əvvəlki dövrlər üzrə 169.72 manat borcun qanuni olub-olmaması məsələsinə gəldikdə isə, məhkəmə iş materiallarına əsasən belə hesab edir ki, iddiaçıya hesablanmış həmin borcun hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Göründüyü kimi, qərarda orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma aparılması zamanı məişət abonentləri istisna olunur. İddiaçı qızı da məişət abonenti olduğu üçün ona elektrik enerjisi hesabatı işlədicilərin gücünə görə orta sərfiyyatla hesablana bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərilməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qanunun bu normasına istnad edərək belə nəticəyə gəlir ki, **********00199 nömrəli abonentə üzərinə qəbul etmədiyi xidmətə görə onun haqqını ödəmək öhdəliyi qoyula bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, 26-cı məhəllə, 2/45 saylı evin, 49 nömrəli mənzilinə (Abunə kodu: **********00199) X1yə görə hesablanmış 169.72 (yüz altmış doqquz manat , yetmiş iki qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-306/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-306/2022
24.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver