Məhkəmə qərarları › İş №2(060)-31/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-31/2024

16.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-31/2024 16.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçının İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə maneənin aradan qaldırılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 tərəfindən mülkiyyətlərinə maneələrin aradan qaldırılması, cavabdeh X5 hərəkətlərinə son qoyulması və cavabdeh X6 məxsus Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 9/20, mənzil 31-də yerləşən mənzildə olan su xətlərinin dəyişdirilməsinin vəzifə olaraq onun üzərinə qoyulması barədə, cavabdeh X4 iddiaçının mənzilinə vurulmuş maddi ziyana görə 2000 manat, səhhətinə dəymiş ziyana görə 3000 manat, cəmi 5000 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1909/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X3 əsl İddiaçı ilə əvəz edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1909/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh X9 əsl Cavabdeh ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə uzun müddətdir ki, qonşudurlar. Və bu müddət ərzində cavabdeh tərəfindən iddiaçının mənzilinə su axıtmaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, cavabdehin mənzilində su və kanalizasiya xətləri istifadəyə yararsız vəziyyətdədir. Hamam, tualet, mətbəxdə su xətləri döşəmənin (kafel, metlaxın) altında yerləşməklə hətta köhnə soyuducu işlədib buzunu əridib döşəməyə axıtmaqla iddiaçının mənzilinə, həmçinin digər qonşuların da mənzilinə və bloka su verir. Cavabdehin mənzilindən su axıdılması nəticəsində mənzilinin hamam, mətbəx, dəhliz, balkon hissəsinin tavanı, mənzilin divarları uçmuş və bərbad haldadır. Tavandan su axıdılması nəticəsində iddiaçının mənzili nəmişlikdir. Yaranmış nəmişlikdən mənzilin oboyları sökülmüş, tavanı uçmuş vəziyyətdədir. Mənzil nəmişlik olduğundan elektrik naqillərində də təhlükəli vəziyyət yaranmışdır. Tez-tez işıqla bağlı problemlərlə üzləşir. Dəfələrlə mənzilində elektrik naqilləri və soyuducusu təmir olunmuşdur. İddiaçı dəfələrlə müvafiq orqanlara cavabdehin qanunsuzluqları barədə müraciət etmişdir. Bu barədə polisdə və İcra Hakimiyyətində iş aparılmış və müvafiq qərarlar qəbul edilmiş və aktlaşdırılmışdır. Cavabdeh könüllü olaraq yaranmış mübahisəni sülh yolu ilə həll etməyə razılaşmadığına görə mübahisənin məhkəmədən kənar həlli qeyri- mümkün olduğu üçün iddiaçı məcbur olub cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətlərinə məhkəmə tərəfindən son qoyulmalı və iddiaçıya dəymiş maddi və mənəvi ziyan ondan tutularaq iddiaçıya ödənilıməlidir. Cavabdeh iddiaçını üstəlik çox ağır durumda qoymuşdur. Belə ki, onun mənzilə su buraxması nəticəsində yaranmış nəmişlik və natəmizlikdən, keçirdiyi stress və əsəbdən xəstəlik tapmışdır, dəfələrlə təcili yardıma müraciət etmişdir və hal-hazırda da təcili yardımın köməyindən istifadə edir, müalicədədir və nəticədə ümumilikdə külli məbləğdə ziyana düşmüşlər. Cavabdeh ziyanı ödəməkdən qəti imtina edir. Cavabdeh hər dəfə iddiaçı tərəfi get-gələ salaraq, müxtəlif bəhanələrlə öz üzərinə düşən öhdəliyi icra etmir. Binada birgəyaşayış qaydalarına riayət etmir. Halbuki, onun üzərinə düşən öhdəliyi icra etmək üçün kifayət qədər imkanları da vardır. Bu barədə Polis İdarəsinə müraciət etmişlər. Lakin orada məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək ekspert rəyində qeyd edilən məbləğlə razı olmadığını bildirdi. İddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan : İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, həmin fotoşəkillərdə mənzilin yararsız hala salınmış hissələri əks olunmuşdur. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 saylı MKS-nin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 9/20, 25 saylı mənzildən həmin evin 13 saylı mənzilinə axıdılan su nəticəsində mənzilə ziyan dəymişdir. Mənzilin tavanında, divarlarında, hamamında sökülmə, qopma, erroziya müşahidə olunur. 31 saylı evdə ev sakini yaşamır və evində uzun müddətdir ki, kirayəçi yaşayır. Hal-hazırda həmin mənzildə əcnəbi vətəndaşlar kirayəçidirlər. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ev sahibi tərəfindən heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4148 №-li ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 13 saylı mənzilin 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 31 saylı mənzilin üstündə 2-ci mərtəbədə yerləşdiyini, 13 saylı mənzilin balkon iki yaşayış otağı, sanitar qovşaq və mətbəx tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də Sumqayıt şəhər 1 saylı Mənzil Kommunal Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktın məlumatlarını nəzərə alaraq, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 9/20, mənzil 13 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 31 saylı mənzildən su axıdılığı və nəticədə 13 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, su sızmanın faktiki davam etmədiyini və 31 saylı mənzilin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində qüsur olmadığını nəzərə alaraq, baxış zamanı 13 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 13 saylı mənzilə su sızması 31 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 31 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 9/20, mənzil 13 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 2451 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 9/20, 25 saylı mənzildən həmin evin 13 saylı mənzilinə axıdılan su nəticəsində mənzilə ziyan dəymişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4148 №-li ekspert rəyinə əsasən iddiaçıya məxsus 13 saylı mənzilin 2 mərtəbəli binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 31 saylı mənzilin üstündə 2-ci mərtəbədə yerləşdiyini, 13 saylı mənzilin balkon iki yaşayış otağı, sanitar qovşaq və mətbəx tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də Sumqayıt şəhər 1 saylı Mənzil Kommunal Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktın məlumatlarını nəzərə alaraq, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 9/20, mənzil 13 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 31 saylı mənzildən su axıdılığı və nəticədə 13 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, su sızmanın faktiki davam etmədiyini və 31 saylı mənzilin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində qüsur olmadığını nəzərə alaraq, baxış zamanı 13 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 13 saylı mənzilə su sızması 31 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 31 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 9/20, mənzil 13 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 2451 manat müəyyən olunmuşdur. Buna baxmayaraq iddiaçı iddia tələbində mənzilə dəymiş ziyanın ümumi məbləğinin 2000 manat olduği qənaətinə gələrək 2000 manat tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsi iddiaçının tələb etdiyi məbləğdən artıq müəyyən edilə bilməz. Ona görə də iddia tələbi mənzilə dəymiş ziyanın ödənilməsinə dair hissədə təmin edilməli, məhkəməmühasibatlıq ekspertizasının rəyi nəzərə alınmamalıdır. Bununla yanaşı iddiaçı səhhətinə dəymiş zərərə görə 3000 manatı cavabdehdən tələb edir. Həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində onun səhhətinə ziyan dəyməsini sübut edə bilmir. Bundan əlavə qeyd olunur ki, ekspert rəyində də qeyd olunduğu kimi su sızma faktiki davam etmir və 31 saylı mənzilin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində qüsur yoxdur. Belə ki, 13 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə 13 saylı mənzilə su sızması 31 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 31 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Buna görə də iddia tələbinin Cavabdeh tərəfində mülkiyyətlərinə maneələrin aradan qaldırılması, Cavabdeh hərəkətlərinə son qoyulması və Cavabdeh məxsus Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 9/20, mənzil 31-də yerləşən mənzildə olan su xətlərinin dəyişdirilməsinin vəzifə olaraq onun üzərinə qoyulması hissəsində iddia tələbi rədd edilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının mənzilinə vurulmuş ziyana görə 2000 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2000 manat alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq X1 Cavabdeh tutularaq X2 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005, VÖEN:**********) ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar