Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3123/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızı, İddiaçı Cavabdeh1 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onunla Cavabdeh1 arasında Sumqayıt şəhəri, 3 saylı Notariat Kontorunda bağlanmış 2017-ci il tarixli, 7e-4543 saylı kredit müqaviləsinin etibarsız hesab olunması və həmin kredit müqaviləsi əsasında verilmiş 7e-4543 saylı, xx.xx.2018-ci il tarixli icra qeydinin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, dövlət rüsumunun ödənilməsinə dair qəbz iddia ərizəsinə əlavə olunmamışdır. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin 19.02.24-cü il tarixli, 2(060)-2073/2024 saylı qərardadı ilə iddiaçının eyni məzmunlu iddia ərizəsi və ona əlavə edilmiş sənədlər MPM-nin 152.1.1 və 152.1.6-cı maddəsinin tələbinə əməl edilmədiyi üçün geri qaytarılmışdır. Məhkəmə qərardadı ilə göstərilən tələblərə əməl etmədən iddiaçı yenidən eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbə cavab verən cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməli, müqavilənin etibarsızlığı və icra qeydinin ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl pretenziya qaydasına əməl etməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışa əsasən Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvan müəyyən edilməmiş, onun axırıncı qeydiyyatda olduğu ünvanı təsdiq edən (arayış) iddia ərizəsinə əlavə edilməmişdir.Bütün qeyd olunanlar məhkəmənin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənatinə gəlməyə əsas vermişdir. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərini geri qaytarır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərini geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərini geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərini geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsini qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümümi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər AR MPM-nin tələbinə əsasən geri qaytarılmalı və iddiaçıya yuxarıda qeyd olunan tələblərə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 149-152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3123/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3123/2024
16.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver