Məhkəmə qərarları › İş №2(060)-313/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-313/2024

23.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-313/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.1955-ci ildə anadan olmuş əri X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X3 ərizəçinin əridir. X3 xx.xx.1955-ci ildə anadan olmuşdur. Ərizəçinin əri X3 uzun illərdir müxtəlif xəstəlikdən əziyyət çəkir. xx.xx.2021-ci ildən isə ona “ÜİX Posinfarkt kardioskleroz” xəstəliyinə görə müddətsiz birinci dərəcəli əlillik müəyyən edilmişdir. O, özünü idarə edə bilmir, kənar şəxslərin köməyinə ehtiyacı var. Bu səbəbdən məhkəməyə müraciət edərək əri X3 (xx.xx.1955) fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini və özünün ona qəyyum təyin edilməsini istəyir. Buna 2 övladı da razıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 ərizənin təmin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 “ÜİX Posinfarkt kardioskleroz” diaqnozu ilə qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli 179 saylı rəydən görünür ki, X2 damar mənşəli (işemik insultdan sonrakı) dərin demensiya (ağıl zəifliyi) (F01.0) aşkar olunur. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X3, 1xx.xx.1955-ci il tarixində doğulmuşdur və ərizəçinin əridir. Ərizəçinin əri X3 damar mənşəli (işemik insultdan sonrakı) dərin demensiya (ağıl zəifliyi) (F01.0) xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli 179 saylı rəydən göründüyü kimi, X2 damar mənşəli (işemik insultdan sonrakı) dərin demensiya (ağıl zəifliyi) (F01.0) xəstəlik aşkar olunur. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizəçi ərizəni müdafiə edir. Maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cü maddəsinə əsasən -Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1955-ci ildə Qubadlı rayonunun Balasoltanlı kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar