Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3133/2024 10.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 maraqlı tərəflər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt Şəhər İcra Hakimiyyəti olmaqla hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktına dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi olmaqla hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən JN-239H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin 10 mart 1948-ci il tarixdə Lənkəran rayonu, Zovla kəndində anadan olmuş və ünvan 1 ünvanında pasport qeydiyyatında olan X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi 19 avqust 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Sumqayıt şəhəri, Saray bağlar massivi, 3598 ünvanında yerləşən, bağışlanma müqaviləsi əsasında əldə etdiyi ümumi sahəsi 0.12 ha torpaq sahəsi JN- 239H, 30800086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə onun mülkiyyətinə verilmişdir. Məhz, qeyd olunan şəhadətnaməni əsas gətirərək Sumqayıt şəhəri, Saray bağlar massivi, 3598 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, imtina edilmişdir. İmtinaya əsas olaraq bildilmişdir, təqdim edilən sənədlərdə müəyən uyğunsuzluqlar mövcuddur. Belə ki, 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 4Ə-133 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsində bağışlayan qismində çıxış edən mülkiyyətçilərdən birinin ata adı ”X12” kimi göstərilsə də, bağışlanma müqaviləsinin bağlanmasına əsas olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də “X21” oğlu kimi qeyd olunmuşdur. Məhz qeyd olunan səbəbdən dolayı ərizənin icrasından imtina edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Bildirir ki, X12 onun atasıdır. Ona məxsus olan digər bütün hüquq müəyyənedici sənədlərdə ata adı “Cəlil” olaraq qeyd edilmişdir. Lakin sözügedən şəhadətnamədə mülkiyyətçilərin qeyd olunduğu ikinci sırada atasının adı “Cəlil” əvəzinə səhvən “Cəmil” olaraq qeyd edilmişdir. Odur ki, qeyd olunanlar səbəbindən hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişidir. Ərizəçi sonradan ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə ərizəçi qismində atası – X12 əvəzinə Ərizəçi qeyd edildiyini bildirmiş, ona görə də iş üzrə ərizəçi qismində X3 işə cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti maraqlı tərəf qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən: Ərizəçi X12 ərizəni müdafiə edərək eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, torpaq otuz ildir ki, ona məxsusdur. İcra Hakimiyyəti başçısının sərəncamı ilə onu əldə etmişdir. Onun ata adında mexaniki səhv olmuşdur. Belə ki, Cəlil adı əvəzinə Cəmil yazılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Sumqayıt 2 saylı Ərazi idarəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin maraqlı şəxslər nümayəndələrinin iştirakını təmin etməmiş, iştirak etməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 izahatında bildirdi ki, ərizəçini tanıyır. Azpetrol şirkətində bir yerdə işləyirlər. Ərizəçini X2 tanıyır. Övladlarını – bir qızı və bir oğlu olduğunu bilir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şahid X1 izahatında bildirdi ki, 1963cü il tarixdə ərizəçi ilə birlikdə səkkizinci sinifi bitirmişlər. Sumqayıt Politexnik texnikimuna gəlmişlər. Özü Ağdam rayonundan, ərizəçi isə Lənkərandan gəlmişdir. Ərizəçini X2 tanıyır. Ərizəçinin vaxtı ilə atasının yanında da olmuşlar. Mülki iş materiallarında olan: JN № 239H Kod № 30800086 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş görünür ki, şəhadətnamə Ərizəçi və onun ailə üzvlərinə X13, X7, X14, X4, X11 və X8 verilmişdir. Ona görə ki, Sumqayıt şəhəri, İK bağ sahələrinin verilməsi üzrə qərar qəbul edən komissiyasının xx.xx.1996-cı il tarixli, 15 nömrəli qərarı və xx.xx.1996-cı il tarixli, 5509 nömrəli icra müqaviləsi ilə qərarın (sərəncamın) tarixi və nömrəsi 0.12 hektar ölçülü, Saray bağ massivindəki fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və B-3598 nömrəli bağ sahəsi onun kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüxsədən ibarət tərtib edilmiş və 249 nömrə ilə kitabda qeydə alınmışdır. AZE seriyalı, 03351248 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 Azərbaycan Respublikası, Lənkəran rayonu, Zovla kəndində xx.xx.1948-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-677/2024 nömrəli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildirişin məzmunundan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3598 ünvanında yerləşən, bağışlanma müqaviləsi əsasında əldə etdikləri ümumi sahəsi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Müraciət ilə əlaqədar bildirilmişdir ki, təqdim edilən sənədlərdə müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, 2 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 4Ə-133 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsində bağışlayan qismində çıxış edən mülkiyyətçilərdən birinin ata atdı “X12” kimi göstərilsə də, bağışlanma müqaviləsinin bağlanmasına əsas olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də “X21” oğlu kimi qeyd olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasında imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (qərarın 6-cı bəndi). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur (qərarın 6.1-ci bəndi). MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarından göründüyü kimi, ərizəçinin ata adı ona məxsus sənədlərdə “X12” kimi olmasına baxmayaraq, JN-239H Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X13” kimi qeyd olunmuş və maraqlı tərəf “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində adı göstərilən 2-ci mülkiyyətçinin adı ilə müraciətə əlavə edilən sənədlərdə göstərilən ad arasında uyğunsuzluq aşkar edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, sözügedən aktda ərizəçinin ata adı göstərilmədiyindən, həmin akt hüquqmüəyyənedici sənəd olduğundan, yeni sənədin verilməsindən dövlət orqanı tərəfindən imtina olunduğundan, həmin sənədlərin eyni şəxsə məxsus olmasının məhkəmədən kənar həllinin mümkün olmadığı işin araşdırılan hallarına əsasən öz təsdiqini tapdığından ərizə təmin edilməli, JN № 239H Kod № 30800086 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçi X6 məxsus olması faktı müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN № 239H Kod № 30800086 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X6 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3133/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3133/2024
10.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver