Məhkəmə qərarları › İş №2(060)-3150/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3150/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3150/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər X11 İcrayə Komitəsinin xx.xx.1992-ci il tarixli 89 saylı protokolunda X4 X3 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı ünvan 1 ünvanda yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi il bağlı ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 9-cu mkr, ev 14 ünvanda yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi il bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Müraciətinə əlavə olunan sənədlərin araşdırılması zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 222 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışında adı qeyd olunan arvadı X3 ata adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Ona görədə hazırda Sumqayıt şəhər X8 İcrayyə Komitəsinin 89 nömrəli protokolunda qeyd olunmuş X4 X3 eyni şəxs olması ilə bağlı faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmədə Ərizəçi eyni məzmunlu izahat verərək, ərizənin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ərizəçinin arvadı-X1 qeyd edilmişdir. İşə əlavə olan İV-JQ №468956 saylı, xx.xx.1988-ci il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin arvadının adı, soyadı, ata adı-X7 qeyd edilmiş, nikah bağlandıqdan sonar sonuncuya-“İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan AA0400233 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin arvadının soyadı, adı, ata adı- X5 qeyd edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli Sumqayıt şəhər X8 İcrayyə Komitəsinin 89 nömrəli xx.xx.1992-ci il tarixli protokoldan çıxarışdan görünür ki, ərizəçinin arvadının adı-X2 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, təqdim edilən xx.xx.2023-cü il tarixli, 222 nömrəli arxiv arayışında adı qeyd olunmuş X3 ata adı ilə şəxsiyyəti təsdiq edən sənəd arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Odur ki, hüquqi faktın müəyyən edilməsi ilə bağlı müvafiq məhkəmə qərarı idarəyə daxil olduqdan sonra müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi, arvadı X3 Sumqayıt şəhər X11 İcrayə Komitəsinin xx.xx.1992-ci il tarixli 89 saylı protokolunda qeyd olunan X6 ilə eyni şəxs olmas öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Sumqayıt şəhər X11 İcrayə Komitəsinin xx.xx.1992-ci il tarixli 89 saylı protokolunda X6 ilə X3 eyni şəxs olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar