Məhkəmə qərarları › İş №2(060)-3151/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3151/2023

17.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3151/2023 17.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək anası 1930-cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası 1930-cu il təvəllüdlü X3 xx.xx.2022-ci ildə evdə işemik insult keçirmiş, sağ tərəfin hemiplefiya xəstəliyindən əziyyət çəkir və hazırda o, yataq xəstəsidir. Qeyd olunan diaqnoz Sumqayıt şəhər 1 №-li xəstəxanın xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən çıxarış əsasında da təsdiq edilir. X4 fəaliyyət qabiliyyəti yoxdur, daim kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ərizəçi və arvadı onun qayğısına qalırlar. Ərizəçi heç yerdə işləmir və başqa yerdən gəliri yoxdur. Yeganə dolanışıq mənbəyi anam Sənəm Qəribovanın pensiya puludur. Hazırda anasına məxsus pensiya kartının müddəti bitmiş və onun müddətinin uzadılması üçün anasının şəxsən banka getməsi və müraciət etməsi tələb olunur. Anası yataq xəstəsi olduğundan bu mümkün deyildir. Hətta notariusa gedib öz adına etibarnamə almağı da mümkünsüzdür. Bu səbəbdən 1930-cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilərək ərizəçinin himayəsinə verilməyi daha məqsədə uyğundur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iş üzrə ekspert rəyinin mövcud olduğunu, ərizənin təmin edilməainə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Xəstəlik tarixindən (ambulatory kitabçadan) çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, görünür ki, X3 “sol beyin yarımkürəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, Motor afaziya koqnutiv pozulma sağ tərəfli hemiplegiya ” diaqnozu ilə qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 1587 saylı rəydən görünür ki, X2 damar mənşəli (işemik insultdan sonrakı) dərin demensiya (ağıl zəifliyi) müəyyən edilir. X3 onda qeyd olunan damar mənşəli demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X3, 1930-cu ildə Ermənistanın Amasiya rayonunda doğulmuşdur və ərizəçinin anasıdır. Ərizəçinin anası X3 xx.xx.2022-ci ildə evdə işemik insult keçirmiş, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, Motor afaziya koqnutiv pozulma sağ tərəfli hemiplegiya xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 1587 saylı rəydən göründüyü kimi, X2 damar mənşəli (işemik insultdan sonrakı) dərin demensiya (ağıl zəifliyi) müəyyən edilir. X3 onda qeyd olunan damar mənşəli demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Ərizəçi ərizəni müdafiə edir. Maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cü maddəsinə əsasən -Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1930-cu ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar