Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3163/2020 27.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçınun cavabdeh “xxxxxxxx” ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, elektrik enerjisinə görə yaranmış 979,53 manat məbləğində borcun iddia müddəti tətbiq etməklə silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Sumqayıt şəhəri, Nizami küçəsi, 7-8-12-ci məhəllə, ev 3, mənzil 23-də ailə üzvləri ilə birlikdə 1985-ci ildən yaşayır. Cavabdeh tərəfindən tərtib edilmiş abunə haqqında arayışa əsasən elektrik enerjisinə görə borcun məbləği 979,53 manat təşkil edir. Elektrik enerjisinə görə yaranmış həmin borc 2000-ci ildən əvvəlki dövrə aiddir. Belə ki, mənzilində sərf olunan elektrik enerjisinin miqdarını cavabdeh orta sərfiyyata əsasən müəyyən etmişdir. Halbuki “elektrik enerjisinin istifadə” qaydalarına görə abonentin istifadə etdiyi elektrik enerjisinin miqdarı sayğac göstəricisinə əsasən müəyyən edilməlidir. Buna görə də cavabdeh təşkilat tərəfindən hesablanmış borcu əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbini qəbul etmir, belə ki, iddiaçının mənzili xx.xx.2000-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. xx.xx.2007-ci il tarixdə mənzilə elektrik sayğacı quraşdırılaraq istismara verilib. Abonentin xx.xx.2020-ci il tarixə enerjitəchizatı təşkilata ümumi 1005,22 manat borcundan 120,09 manatı sayğac borcudur. Abunə haqqında çıxarışdan görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonenet istifadə etdiyi enerjinin borclarını vaxtlıvaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Cavabdehin nümayəndəsi həmçinin göstərdi ki, iddia edilən borc məbləğinin 885,14 manatı xxxxxxxxxx ASC-nin dövründə, yəni 2015-ci ilin fevral ayınadək yaranmışdır, qalan məbləğ isə həmin dövrdən sonra müxtəlif vaxtlarda yaranmış sayğac borcudur. İddiaçı sayğac üzrə sərfiyyatı vaxtı-vaxtında ödəməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı (X2 adına abonent qeydiyyatı aparılmışdır) (abonent kodu **********00080) abunə hesabında 979,53 manat borc vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-3163/2020 saylı soğusuna əsasən verilmiş “xxxxxxxx” ASC-nin xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evi **********00080 saylı kodla xx.xx.2002-ci il tarixdən X4 adı ilə abonent qeydiyyatındadır. Həmçinin abonentin mənzilinə xx.xx.2007-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. Abonentin xx.xx.2020-ci il tarixə enerjitəchizatı təşkilata olan 990,10 manat borcunun 104,96 manat hissəsi “xxxxxxxx” ASC dövrünə olan sayğac borcu, 885,14 manat hissəsi isə “xxxxxxxxxx” ASC dövründə yaranmış borcdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enercitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakcı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 373.2-ci mddəyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmaqla, 885,14 manat həddində təmin edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, borcun 885,14 manatı “xxxxxxxxxx” ASC dövrünə, yəni 2015-ci ilin fevral ayınadək yaranmış borc məbləğidir. Odur ki, 885,14 manat borcun tələb etmə müddəti keçdiyindən həmin məbləğdə borc silinməlidir. İddia qalan hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərəə sasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə (abonent kodu **********00080) hesablanmış 885,14 (səkkiz yüz səksən beş manat, on dörd qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3163/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3163/2020
27.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver