Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-317/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X28 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-216F Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-183 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının anası X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1960-cı ildə Azərbaycan Respublikası, Qusar rayonu, köhnə Xudat Qazmalar kəndində anadan olmuşdur. Atasının və anasının adına verilmiş JN-216F Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-183 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında anasının adı Gülsabah əvəzinə Gülsayıb və Gülsahib kimi qeyd olunmuşdur. Həmin yanlışlığın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və adı çəkilən orqan xx.xx.2022-ci il tarixli məktubda qeyd etmişdir ki, onun və ailə üzvlərinin adına verilmiş JN-216F Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-183 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahiblərinin adı, ata adı və soyadlarında buraxılmış səhvin aradan qaldırılmasına köməklik göstərilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətə, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən baxılmışdır. Müraciətə cavab olaraq bildirmişlər ki, ərizəyə əlavə olunmuş Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən hazırlanmış JN-216F Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-183 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin adı, ata adı və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən JN-216F Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-183 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının anası X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, JN-216F Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X4, JN-183 Torpağa mülkiyyət hüququna dair Dövlət X2 anası X12 ilə eyni şəxs olması, həmin sənədlərin X10 məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən: Ərizəçi ərizəni müdafiə edərək eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, iki sənədin hər birində anasının adı fərqli yazılıb. Əsl adı X11r. Atasının adı isə düzgün yazılmışdır. Onlar dörd bacı və bir qardaşdılar. Ərizəçi Sumqayıt şəhərində, digərləri isə kənddə yaşayır. Anası vəfat etməmişdən öncə sənədlər ilə maraqlanmadıqları üçün məhkəməyə müraciət etməmişlər. Hal-hazırda həmin mülkü öz adına rəsmiləşdirmək istədiyi üçün və bununla bağlı problemlər yaşadığı üçün məhkəməyə müraciət etmişdir. Digər ailə üzvlərinin həmin rəsmiləşdirməyə etiraz etmirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X16 izahatında bildirdi ki, Ərizəçi onun həyat yoldaşıdır. xx.xx.1964-cü ildə Azərbaycan Respublikası, Qusar rayonu, köhnə Xudat kəndində anadan olmuşdur. Hal-hazırda Sumqayıt şəhəri, 42-ci məhəllə, 9 saylı yataqxana, 46-cı otaqda qeydiyyatda olmaqla yaşayır. X1r. Dörd il öncə rəhmətə getmişdir. Qusar rayonu, Qazmalar kəndində dəfn olunmuşdur. Köhnə Xudat, Qazmalar kəndində torpaqları vardır və sənəddə adı səhv qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş şahid X19 izahatında bildirdi ki, xx.xx.1985-ci ildə anadan olmuşdur. Ərizəçi onun atasıdır. Hal-hazırda Sumqayıt şəhəri, 42-ci məhəllə, 9 saylı yataqxana, 46-cı otaqda qeydiyyatda olmaqla yaşayır. Nənəsinin adı X11r. O, Qusar rayonu, köhnə Xudat, Qazmalar kəndində yaşamışdır. Adı çəkilən kənddə adına torpaq sahəsidə olmuşdur. Mülki iş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № **********19 “müraciətə baxılması” barədə bildirişin məzmunundan görünür ki, ərizəçinin və ailə üzvlərinin adına verilmiş JN-216F ( kod 30106048 ) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-183 ( kod 30106048 ) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahiblərinin adı, ata adı, və soyadlarında buraxılmış səhvin aradan qaldırılmasına köməklik göstərilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən baxılmışdır. Ərizəyə əlavə olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən hazırlanmış JN-216F ( kod 30106048 ) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-183 ( kod 30106048 ) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahiblərinin adı, ata adı, və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Qeyd olunan uyğunsuzluq faktının təsdiqlənməsi məqsədi ilə müvafiq məhkəmə instansiyasına müraciət etmələrini tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat ofisi tərəfindən 17 fevral 2021-ci il tarixdə 168 nömrə ilə Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ünvanlanmış müraciətə cavab olaraq bildirilmişdir ki, Ərizəçi, mərhum X17 və X6 vərəsələri sırasına daxildir. JN № 183 Kod № ******* nömrəli 04 iyun 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X9 rayonu, köhnə Xudat, Qazmalar kənd sakini olmaqla onun ailə üzvü X7 ibarətdir. Qusar rayonu Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli 10/4 saylı qərarı ilə 1.52 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş və bu dövlət aktı qeydiyyat kitabında 183 nömrə ilə qeydiyyata alınmışdır. JN № 216F Kod № ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X9 rayonu, köhnə Xudat, Qazmalar kənd sakini olmaqla onun ailə üzvü X8 ibarətdir. Qusar rayonu Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli 10/4 saylı qərarı ilə 0.27 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş və bu dövlət aktı qeydiyyat kitabında 204 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti Başçısının Balaqusar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 18 mart 2019-cu il, 262 nömrəli Qusar rayonu, köhnə Xudat, Qazmalar kənd sakini X18 verilmiş arayışdan görünür ki, onun həyat yoldaşı mərhum X12 vəfat edənə kimi onunla birgə yaşamışdır. Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti Başçısının Balaqusar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 sentyabr 2022-ci il, 481 nömrəli arayışdan görünür ki, Qusar rayonu, köhnə Xudat, Qazmalar kəndində yerləşən JN-216F Kod 30106048 olan həyətyanı torpaq sahəsinin şəhadətnaməsində adı qeyd olunmuş X4 adı səhv yazılmışdır. Həmin vətəndaşın adı,soyadı və atasının adı AZ-İ № 863101 olan ölüm haqqında şəhadətnaməsində olduğu kimi X3 yazılmalı və oxunmalıdır. Az-İ 863101 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X12 xx.xx.2017-ci ildə beyin orqanına qan sızma səbəbindən Qusar rayonu, köhnə Xudat, Qazmalar kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin iyul ayının 6-cı günündə 17 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (qərarın 6-cı bəndi). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur (qərarın 6.1-ci bəndi). MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarından göründüyü kimi, ərizəçinin adı, soyadı və ata adı onlara məxsus ölüm haqqında şəhadətnamədə “X12” kimi olmasına baxmayaraq, JN-216F Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X13” və JN-183 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “X14” kimi qeyd olunmuşdur və yanlışlığın yol verildiyi Dövlət Aktı hüquq müəyyənedici sənəddir və ərizəçiyə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, sözügedən aktda ərizəçinin adı, ata adı səhv göstərildiyindən, həmin akt hüquqmüəyyənedici sənəd olduğundan, səhvin düzəldilərək yeni sənədin verilməsindən dövlət orqanı tərəfindən imtina olunduğundan, həmin sənədlərin eyni şəxsə məxsus olmasının məhkəmədən kənar həllinin mümkün olmadığı işin araşdırılan hallarına əsasən öz təsdiqini tapdığından ərizə təmin edilməli, JN-216F Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-183 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının anası X10 məxsus olması faktı müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-216F Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-183 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının anası X10 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-317/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-317/2023
23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver