Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3188/2024 02.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X2 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTİ və PA Birliyinin Sumqayıt şəhər şöbəsinə qarşı iddia qaldıraraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 1668 nömrəli, 16 oktyabr 2024-cü il tarixli ekspert rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək icraatda olan 2(060)-3188/2024 saylı mülki iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 X6 əsl cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-3188/2024 saylı mülki iş üzrə cavabdehlər X1 və Səhiyyə Nazirliyi MTİ və PA Birliyinin Sumqayıt şəhər Şöbəsinin əsl cavabdeh Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi ilə əvəz edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə tərəfindən cavabdehlər X3 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTİ və PA Birliyinin Sumqayıt şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Cavabdeh ilə əvəz olunmuşdur. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı işin aidiyyatı üzrə göndərilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə qeyd edir ki, işə baxılması ilə əlaqədar ərazi aidiyyatı qaydaları Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4-cü fəsli ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Beləliklə, qanunvericilikdə iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh ünvan 1 ünvanında yerləşir. Belə olan halda Sumqayıt şəhər Məhkəməsi ərazi aidiyyatı üzrə hazırki mübahisəyə baxmağa səlahiyyətli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Nəsimi rayonu olduğu üçün Sumqayıt Şəhər Məhkəməsi ərazi aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli olmadığından, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-3188/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3188/2024
02.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver