Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3191/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin poçt ünvanı Bakı şəhəri, Atatürk pr. 42 ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanın olduğu yerə görə verilir. Göründüyü kimi cavabdehin ünvanı Sumqayıt şəhərinin inzibati ərazisinə aid olmamaqla, iddiaçılar tərəfindən aidiyyət qaydaları pozulmaqla iddia Sumqayıt Şəhər Məhkəməsinə verilmişdir. MPM-nin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalı və onlara izah edilməlidir ki, onlar qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3191/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3191/2021
05.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver