Məhkəmə qərarları › İş №2(060)-3223/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3223/2022

14.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3223/2022 14.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair» ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair» ərizə ilə məhkəməyə müraciət edərək 07.07.1974-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Ərizənin məzmunundan görünür ki, fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsi haqqında barəsində ərizə verilən şəxsin hər hansı psixi qüsurunun olması və bunun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi, hərəkətlərini idarə edə bilməməsi ilə bağlı hər hansı əsas göstərilməmiş, şəxsin psixi qusurunun olmasını təsdiq edən sübut ərizəyə əlavə edilməmişdir. Hesab edirəm ərizəçi tərəfindən MPM-nin 318.2-ci maddəsinin tələbi pozulmuşdur. MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair» ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar