Məhkəmə qərarları › İş №2(060)-3228/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3228/2022

27.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3228/2022 27.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1960-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X6 onun atasıdır. X9 “Paranoid Şizofreniya, tərəqqi gedişli natamam remissiya” diaqnozu ilə xx.xx.2002-ci ildən müddətsiz ikinci dərəcəli əlildir. O, əmək fəaliyyətsiz olub, kənar şəxslərin yardımına ehtiyacı vardır. Etdiyi hərəkətləri bilmir. Onun qulluğunda özü durur, kənar yardımlar olmasa atası yaşaya bilməz. Məhkəmə iclasında iştirak edən ərizəçi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi izahatında göstərdi ki, ərizənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki iş materiallarında olan: Xİİİ-ЖГ seriyalı 360259 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X6, anası X2r. AZE seriyalı 08181730 saylı Şəxsiyyət Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, X6 paranoid şizofreniya, tərəqqi gedişi natamam remisiya diaqnozu ilə qeydə alınmışdır. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1430 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, X3 şizofreniya, psixili qüsur halı xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (dəfələrlə psixiatrik xəstəxanalarda stasionar müalicədə olması TSEK-in elektron arayışında “Paranoid şizofreniya, tərəqqi gedişli natamam remissiya” diaqnozu ilə İİ dərəcə əlil olduğunun qeyd edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında “Şizofreniya paranoid forma, psixi qüsur halı” diaqnozu ilə hazırda müalicədə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə həvəssiz daxil olması, təfəkkürünün paroloji və autik olması, eşitmə hallüsinasiyaları haqqında məlumat verməsi, maraq dairəsinin dar olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixo-nevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi X1 qızıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Odur ki, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 16 iyun 1960-cı il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar