Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3239/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Baxşalıyeva (İsmayılova) Sevil Teymur qızının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Baxşalıyeva (İsmayılova) Sevil Teymur qızı ərizə ilə məhkəməyə müraciət edərək, X1 05.05.1947-ci ildə Cəbrayıl rayonunda doğumunun qeyd edilməsi faktını müəyyən etməklə onun doğum qeydinin bərpası və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, bərpa ediləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında ata barədə qeydin “X10”, ana qrafasında ana barədə qeydin “X8” kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 05.05.1947-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Ona həmin rayonun qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında o, məktəbə getmiş, şəxsiyyət vəsiqəsi almışdır. Lakin o, adına verilmiş doğum haqqında şəhadətnaməni itirmişdir. Ona təkrar doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı Sumqayıt şəhər qeydiyyat şöbəsinə və Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət etmiş, lakin Cəbrayıl rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum faktının müəyyən edilməsi ona doğum haqqında şəhadətnamənin verilməsi üçün lazımdır. Məhkəmədə ərizəçinin nümayəndəsi Nümayəndə məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X7 bildirdi ki, ərizəçinin qardaşıdır. Sevil onun böyük bacısıdır. Ərizəçi 05.05.1947-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Hazırki məsələ ilə bağlı Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişlər, lakin oradan deyilmişdir ki, heç bir sənəd tapılmamışdır. O, Cəbrayıl rayonunda 1961-ci ilə qədər yaşamışdır. 1961-ci ildə Sumqayıt şəhərində məktəbə getmişdir. X2 və anası X5r. Məhkəmə iclasında iştirak edən şahid X9 bildirdi ki, o, ərizəçinin bacısıdır. Bacısı və yoldaşı xəstədir. Bacısı 05.05.1947-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Sənədləri rayonda qalmışdır. X2 və anası X5r. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, şahid ifadələrinə qiymət verərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin 08.01.2022-ci il tarixli, 05/Q- 3355/70 №-li arayışından görünür ki, X6 barəsində Cəbrayıl rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin arxivində 1945-1950-ci illər Cəbrayıl rayon qeydiyyat şöbəsi, Balyand İcra Nümayəndəliyi, 1959-1965-ci illər bərpa akt qeydləri üzrə, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmışdır. - Cəbrayı rayon qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X4rasında 07.12.1976-cı il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 17 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Baxşalıyeva soyadı verilmişdir. - AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1947-ci il tarixdə Cəbrayıl rayonu, Süleymanlı kəndində doğulmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 1947-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi Baxşalıyeva (İsmayılova) Sevil Teymur qızının ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, ərizəçi Baxşalıyeva (İsmayılova) Sevil Teymur qızının doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi 05.05.1947-ci il, doğulduğu yer Azərbaycan Respublikası, Cəbrayıl rayonu, atasının adı qrafasında X10, anasının adı qrafasında X8 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Baxşalıyeva (İsmayılova) Sevil Teymur qızının XX.XX.1947-ci il tarixdə Cəbrayıl rayonunun Süleymanlı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Baxşalıyeva (İsmayılova) Sevil Teymur qızının soyadı, adı və atasının adı “X6”, doğum tarixi “XX.XX.1947-ci il”, doğulduğu yer “Cəbrayıl rayonu, Süleymanlı kəndi”, atasının adı qrafasında “X10”, ana qrafasında “X8” kimi qeyd olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3239/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3239/2022
07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver