Məhkəmə qərarları › İş №2(060)-3243/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3243/2023

24.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3243/2023 24.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi, əsassız hesablanmış ziyanın silinməsi və sayğacın dəyər qiymətinin ödənilməsinin cavabdehin özünə aid edilməsi tələbinə dair mülki işə 24 iyun 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi, əsassız hesablanmış ziyanın silinməsi və sayğacın dəyər qiymətinin ödənilməsinin cavabdehin özünə aid edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş Aktın ləğv edilməsi, əsassız olaraq hesablanmış 1.555,20 manat məbləğində maddi ziyanın silinməsi və məişət qaz sayğacının 159,96 manat məbləğində dəyər qiymətinin cavabdehin özünə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Respublikada baş vermiş məlum hadisələr nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün kimi gəlib Sumqayıt şəhəri, 41ci məhəllədə yerləşən 9 saylı Yataqxananın 79-cu otağında məskunlaşmışdır. Məskunlaşdığı otağa təbii qazdan istifadəyə görə kod açılmış və “Smart-kart” tipli məişət qaz sayğacı quraşdırılmışdır. Qazdan istifadəyə görə əvvəlcə karta, kartdan isə sayğaca pul yükləyir. Yaşadığı müddət ərzində təbii qazdan istifadəyə görə heç vaxt Cavabdehnə borcu olmamışdır. Lakin, cavabdeh "Azəriqaz" İB-nin əməkdaşları xx.xx.2023-cü il tarixdə qaz sayğacının yoxlanılması barədə sayğaca baxış keçirmiş, sayğacın istismara yararsız olması barədə xx.xx.2023-cü il tarixdə Akt tərtib etmiş və əsassız olaraq onun üzərinə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 1.555,20 manat məbləğində maddi ziyan hesablamışlar. Bundan başqa, xx.xx.2023-cü il tarixdə cavabdeh "Azəriqaz" İB-dən ona bildiriş göndərilmiş və bildirmişlər ki, onun ünvanına aid olan G-4 markalı, 1402AZ**********97 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən onun ünvanından çıxarılmış sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır və çıxış plastmas borusu sınıq olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olaraq 159,96 manat məbləğində pul ABB Sumqayıt filialının AZ751BAZ ******************** nömrəli hesabına ödənilməlidir. Cavabdehin ona qarşı bu hərəkəti əsassız və qanunsuz olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, onun ünvanına aid olan məişət qaz sayğacı yataqxananın çöl tərəfində plastmas qutunun içərisində möhürlənmiş halda divara quraşdırılmışdır və tərəfindən ona müdaxilə olunmamışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, yuxarıda göstərilən ünvanda yaşadığı müddət ərzində tərəfindən təbii qazdan istifadə, istismar və ödəniş qaydalarının pozulması, qaz sayğacına kənar müdaxilə olunması və s. neqativ hallar müşahidə olunmamış və bu barədə cavabdeh təşkilat tərəfindən barəsində hər hansı bir Akt tərtib edilməmişdir. AR Mülki Prosessual Məcəlləsinin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanm üzərinə düşür. Yaşadığı ünvana məişət qazının verilməsinə, ondan istifadəyə və istifadə haqqının ödənilməsinə mütəmadi olaraq "Azəriqaz" İB-nin əməkdaşları nəzarət edirlər. Məişət qazından istifadəyə görə hesablama sayğacı yaşadığı Yataqxananın çöl tərəfində plastmas qutunun içərisində möhürlənmiş halda divara quraşdırılmışdır. Belə olan halda, sayğac mənzildən xaricdə quraşdırıldığına görə, onun saxlancına və qorunmasına, xarab olmasına və sair nasazlığına görə hesab edir ki, o, istehlakçılar cavabdeh deyil. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış hesablaşma sayğaclarının, o cümlədən sayğacların üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə kommunal təchizatı müəssisələri cavabdehlik daşıyırlar. Sayğacda olan hesablamalara, aşkar edilmiş qüsura görə istehlakçı məsuliyyət daşımır. Əgər məişət qaz sayğacına müdaxilə olunmaqla dövlət möhürünün trosu kəsilmişsə və hesab mexanizminin rəqəmləri qarışmışdırsa, Abunə haqqında Çıxarışda təbii qazdan istifadə qaydalarının pozulması müşahidə olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-ninetibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia tələbinə etiraza uyğun izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan sayğaca baxış keçirilmişdir. Sayğaca müdaxilə edildiyi üçün akt tərtib edilmiş və nəticədə iddiaçıya əsaslı olaraq borc hesablanmışdır. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 12960 m3 müəyyən edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, G4 markalı 1402AZ**********97 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, çıxış plastmas borusunun sınıq olduğu, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-1453-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin MSK-14-2-2/3-5-1453 saylı, xx.xx.2023-cü il tarixli telefonoqramına əsasən xx.xx.2023-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına xx.xx.2022-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 1555.20 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-in “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, ünvan 1 ünvanından çıxarılmış G4 markalı 1402AZ**********97 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıq və çıxış plastmas borusu sınıq olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 159.96 manatın ödənilməsi abonentdən tələb edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanında quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından onun barəsində tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq hesablanmış 1555.20 manat məbləğində cərimə borcu və sayğacın dəyərinə görə tələb edilən 159.96 manat məbləğində borc cavabdehə aid edilməklə silinməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğvi üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, çıxış plastmas borusunun sınıq olduğu, sayğacın istismara yararsız olduğu faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********00790) əsassız olaraq hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində cərimə borcu və sayğacın dəyərinə görə tələb edilən 159,96 (bir yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğində borc cavabdehə aid edilməklə silinsin. İddia tələbi Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar