Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3259/2022 13.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınar əşyanın dövlət qeydiyyatına alınması və özgəninkiləşdirilməsinə razılıq verilməsi vəzifəsinin yetkinlik yaşına çatmayan vərəsələrinin qanuni nümayəndəsinin üzərinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “daşınar əşyanın dövlət qeydiyyatına alınması və özgəninkiləşdirilməsinə razılıq verilməsi vəzifəsinin yetkinlik yaşına çatmayan vərəsələrinin qanuni nümayəndəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, oğlu X13 13 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun mülkiyyətində olan buraxılış ili 2003-cü il olan “OPEL SİGNUM MİNİK’’ markalı **-GM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-1593 nömrəsi ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mərhum oğlunun vərəsələri sırasında o, həyat yoldaşı X4 və birinci nikahdan olan övladları - xx.xx.2010-cu il təvəllüdü X8 və xx.xx.2014-cü il təvəllüdü olan X9 vərəsə kimi göstərilmiş və vərəsələrin miras əmlakda payları 1/4 hissədə müəyyən edilmişdir. Miras qalmış əmlak vərəsələrin adına dövlət qeydiyyatına alınmalıdır. Lakin yetkinlik yaşına çatmayan vərəsələrin qanuni nümayəndəsi Cavabdeh uşaqların mənafeyinə zidd olaraq bilərəkdən daşınar əmlakın dövlət qeydiyyatına alınmasına razılıq verməməkdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsindən boyun qaçırır. Cavabdeh öz hərəkətsizliyi ilə nəinki öz uşaqlarının, həm də digər vərəsələrinin hüquqlarını aşkar şəkildə pozur, cavabdehə bir neçə dəfə miras qalmış daşınar əmlakın dövlət qeydiyyatına alınmasına qazılıq verilməsini təklif etməsinə baxmayaraq o, edilmiş təklifləri cavabsız qoymaqla onun və digər vərəsələrin istifadə və sərəncam hüquqlarını bilərəkdən pozur. Bu səbəbdən o, vərəsə olaraq cavabdeh tərəfindən pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD 819577 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2003-cü il olan “OPEL SİGNUM MİNİK” markalı **-GM-*** dövlət nömrə nişanlı miras qalmış nəqliyyat vasitəsinin vərəsələrin adına dövlət qeydiyyatına qeydə alınmasına və gələcəkdə özgənkiləşdirilməsinə razılıq verilməsi vəzifəsinin yetkinlik yaşına çatmayan vərəsələr - xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdü X2 qanuni nümayəndəsi Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etirazla müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, keçmiş əri mərhum X7 mülkiyyətində olmuş "OPEL SİGNUM MİNİK” markalı **-GM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi miras əmlak kimi qalmış və notariat orqanı tərəfindən verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən sözügedən əmlakda vərəsələrin hər birinin payı 1/4 hissədə müəyyən edilmişdir. Qeyd olunan nəqliyyat vasitəsində miras payı olan vərəsələrdən ikisi onun övladları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X5r. O, qızları X9 və X3 qanuni nümayəndəsi olaraq onların hüquq və qanuni maraqlarını təmsil edir. İddiaçı guya onun miras qalmış nəqliyyat vasitəsinin vərəsələrin adlarına keçirilməsinə mane olduğunu bildirsə də, bunu sübuta yetirən hər hansı hal mövcud deyildir. Əksinə, o, sözügedən nəqliyyat vasitəsinin tezliklə satılmasında və övladlarına çatan miras payının pulunun onlara verilməsində maraqlıdır. Sadəcə olaraq iddiaçı mübahisələndirilən nəqliyyat vasitəsinin məhz onun adına keçirilməsinə razılıq verilməsini tələb edir ki, o, də bununla razılaşmır. Çünki iddiaçı onula yola getmir, keçmiş ərinin vəfatından sonra birgə nikah dövründə inşa etdirdikləri yaşayış evinə onu və övladlarını buraxmadığına görə, həmin fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməyi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bir neçə il uzanan məhkəmə çəkişmələri nəticəsində onun iddia tələbləri təmin olunmuş və o, azyaşlı övladları ilə iddiaçının da yaşadığı fərdi yaşayış evinə köçə bilmişdir. Ancaq iddiaçı 4 otaqlı fərdi yaşayış evinin 3 otağını öz istifadəsinə götürərək onun iki azyaşlı qızı ilə yalnız bir otaqda yaşamaqlarına imkan vermişdir. Bununla yanaşı, iddiaçının təhriki ilə keçmiş həyat yoldaşının ikinci arvadının adından məhkəməyə iddia ərizəsi ilə müraciət edilərək onun da həmin fərdi yaşayış evinə köçürülməsi tələb edilmişdir ki, bunda da iddiaçının məqsədi onun qızları ilə birlikdə həmin evdə yaşamalarını mümkünsüz hala gətirməkdir. Belə bir şəraitdə o iddiaçıya etibar edib qeyd edilən nəqliyyat vasitəsini onun adına keçirməklə sonradan aldadılmağına və övladlarının haqqının yeyilməsinə səbəb ola bilməz. İddiaçı israrla nəqliyyat vasitəsinin onun adına keçirilməsini istəyir, halbuki həmin nəqliyyat vasitəsində onun miras payı 1/4 hissədirsə, onun övladlarının miras payı, ümumilikdə avtomobilin 2/4 hissəsini, yəni yarısını təşkil edir. Qanunvericiliklə də vərəsəlik halında nəqliyyat vasitəsinin yetkinlik yaşına çatmayanın adına qeydiyyata alınmasına imkan verilir. Əgər iddiaçı öz bildirdiklərində səmimidirsə, onda həmin nəqliyyat vasitəsini öz nəvələri olan və mərhum oğlunun vərəsələri olan övladlarından birinin adına keçirilməsinə razılıq versin, sənədləşmədən sonra həmin avtomobil satılsın və hər kəs öz payına düşən məbləği götürsün. O, “OPEL SİGNUM MİNİK” markalı **-GM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına razılıq verilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş və Sumqayıt şəhər icra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovun imzası ilə ona ünvanlanmış Ə-80-166 və Ə-80/2-166/2 saylı,07 aprel 2022-ci il tarixli məktubla ona cavab verilərək nəqliyyat vasitəsində miras payı olan övladları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X3 mənafelərinə xələl gətirmədən əmlakda olan payların özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına etiraz edilmədiyi bildirilmişdir. Əgər o, iddiaçının iddia etdiyi kimi, nəqliyyat vasitəsinin satılmasına imkan vermirsə və bunda maraqlı deyildirsə, Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə razılıq verilməsini xahiş etməzdi. O, sözügedən nəqliyyat vasitəsinin yalnız iddiaçının adına sənədləşdirilməsinə razı deyil. Əgər həmin nəqliyyat vasitəsinin bütün miras sahibi olan vərəsələrin ümumi mülkiyyəti kimi qeydiyyata alınması mümkündürsə, o, buna etiraz etmir və istənilən sənədə imza atmağa hazırdır. O öz vəkili vasitəsi ilə iddiaçının vəkilinə dəfələrlə nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün imkan yaradılması barədə sifarişlər göndərsə də, bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Halbuki onun qohum və tanışları vasitəsi ilə həmin nəqliyyat vasitəsini satdırmaq və bununla da mübahisəyə son qoymaq imkanı vardır. Lakin nəqliyyat vasitəsini almaq istəyən, yaxud da onun satışı ilə məşğul olan şəxslər ilk oncə həmin nəqliyyat vasitəsini görmək və onun işlək vəziyyətində olmasını yoxlamaq istəyirlər ki, buna da iddiaçı imkan vermir. Nəzərə alınsa ki, iddiaçı kifayət qədər yaşı olan şəxsdir və bu sahədə hər hansı təcrübəsi yoxdur, onun mənim miras qalmış nəqliyyat vasitəsini satdırıb pulunun vərəsələr arasında bölünməsi barədə niyyətinə qarşı çıxması olduqca qəribə görünür. Bu hal da bir daha sübuta yetirir ki, iddiaçının məqsədi heç də miras əmlakı qanuni şəkildə özgəninkiləşdirmək deyil, nəqliyyat vasitəsini özününküləşdirərək övladlarının haqqını yeməkdir. Qeyd olunanlara əsasən bildirir ki, miras qalmış nəqliyyat vasitəsinin bütün vərəsələrin ümumi mülkiyyəti kimi,yaxud da bu mümkün deyilsə qızlarından birinin adına sənədləşdirilməsinə etiraz etmir, qalan hər hansı başqa şəkildə avtomobilin sənədləşdirilməsinə isə iddiaçıya etibar etmədiyimə görə razı olmadığımdan, iddiaçının nəqliyyat vasitəsinin onun adına sənədləşdirilməsi barədə iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, təmsil etdiyi şəxs iş üzrə vərəsədir. Cavabdeh isə iddiaçının nəvələrinin anası və qanuni nümayəndəsidir. İddiaçının oğlu COVİD-dən dünyasını dəyişmiş və vərəsəlik işi açılmışdır. Mərhumdan nəqliyyat vasitəsi miras qalmış, paylar müəyyən olunmuş, şəhadətnamə verilmişdir. İddiaçı dəfələrlə cavabdehə maşının satılaraq paylara müvafiq bölünməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə yayınmışdır. Avtomobil həyətdə qalaraq dəyərini itirir. Paylı mülkiyyət olduğu üçün iddiaçı da sərəncam verə bilmir. Onlar avtomobilin satılıb bölünməsini istəyirlər. Avtomobilə dair texniki paspot bir nəfərin adına verilməlidir. Lakin bununla bağlı tərəflər öz aralarında razılığa gələ bilmirlər. Etirazla əlaqədar onu bildirmək istəyirəm ki, onların payına göz dikməmişlər. İndiyədək heç kim həmin avtomobili idarə edə bilmir. Hesab edir ki, qanuni nümayəndə uşaqların mənafeyini nəzərə almaqla hərəkət etməlidir. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin ünvanı tam olmadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Bundan əlavə, Cavabdeh AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İİ seriyalı, 223384 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2V-1593 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri İddiaçı, X9, X10 və X1r. Onların hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD819577 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi W0L0ZCF**********, mühərrikin nömrəsi və buraxılış ili 2003-cü il olan OPEL SİGNUM MİNİK markalı, **-GM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 paylı mülkiyyətində olan ban nömrəsi W0L0ZCF483114719, buraxılış ili 2003-cü il olan OPEL SİGNUM minik markalı **-GM-*** dövlət nömrə nişanlı əmlakın özgəninkiləşdirilməsinə razılıq verilməsi barədə Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətlə əlaqədar Cavabdeh bildirilmişdir ki, Qəyyumluq və Himayəçilik Komissiyası qeyd olunan nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 mənafelərinə xələl gətirmədən əmlakda olan paylarının özgəninkiləşdirilməsinə, satılmasına (bağışlanılmasına) etiraz etmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 miras qalmış buraxılış ili 2003-cü il olan “OPEL SİGNUM MİNİK” markalı **- GM-*** dövlət nömrə nişanlı avtomobil hər birinə ¼ hissə olmaqla, anası - İddiaçı, birinci nikahdan olan yetkinlik yaşına çatmayan qızları - xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X8 və ikinci nikahdan olan arvadı X4 arasında bölünmüşdür. Avtomobilə dair texniki paspot bir nəfərin adına verilməli olduğundan tərəflər arasında bu məsələ qarşılıqlı razılıq əsasında həll edilə bilmədiyindən İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində məhdud qaydada göstərilmişdir. Həmin maddəyə müvafiq olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsaəsn mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.4-cü maddəsinə əsasən uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin əsasını təşkil edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından, cavabdehin haqlı etirazı müəyyən olunduğundan yəni (iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 paylı mülkiyyətində olan ban nömrəsi W0L0ZCF483114719, buraxılış ili 2003-cü il olan OPEL SİGNUM minik markalı **-GM-*** dövlət nömrə nişanlı əmlakın özgəninkiləşdirilməsinə razılıq verilməsi barədə Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətlə əlaqədar Cavabdeh bildirilmişdir ki, Qəyyumluq və Himayəçilik Komissiyası qeyd olunan nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 mənafelərinə xələl gətirmədən əmlakda olan paylarının özgəninkiləşdirilməsinə, satılmasına (bağışlanılmasına) etiraz etmir) istinad edərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “daşınar əşyanın dövlət qeydiyyatına alınması və özgəninkiləşdirilməsinə razılıq verilməsi vəzifəsinin yetkinlik yaşına çatmayan vərəsələrinin qanuni nümayəndəsinin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “daşınar əşyanın dövlət qeydiyyatına alınması və özgəninkiləşdirilməsinə razılıq verilməsi vəzifəsinin yetkinlik yaşına çatmayan vərəsələrinin qanuni nümayəndəsinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3259/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3259/2022
13.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver