Məhkəmə qərarları › İş №2(060)-3275/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3275/2023

23.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3275/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddianın həcminin azaldılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, nənəsi X1 miras qalmış ünvan 1-ün miras əmlak kimi tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum nənəsi X3 məxsus ünvan 1-də yerləşən mənzilə Sumqayıt şəhər 3 saylı notariat ofisinin təsdiq etdiyi 07 iyun 2001-ci il tarxli vəsiyyatnamə üzrə yeganə vərəsədir. Belə ki, iddiaçının nənəsi X4 03 yanvar 2016cı il tarixdə Sumqayıt şəhərində ağ ciyər ödemi xəstəliyindən vəfat etmişdir. X4 vəsiyyətnamə üzrə vərəsəliyə əsasən, ünvan 1-də yerləşən mənzili tam payla iddiaçıya vəsiyyət etmişdir. İddiaçı nənəsinin vəfatından sonra göstərilən miras əmlakını faktiki surətdə qəbul etməyinə baxmayaraq, hüquqi savadsızlığından vaxtında notariat ofisinə müraciət edib vərəsəlik hüququ haqqnda şəhadətnamə almamışdır. Hal-hazırda, notariusa müraciət etmişdir. Notariat ofisi bunu etməkdən qəti imtina edərək bu barədə yalnız məhkəməyə müraciət olunmasını tövsiyyə etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, iddiaçı xx.xx.1981-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda Qubadlı rayonu, Qubadlı şəhəri ərazisində qeydiyyatdadır. 4 saylı Mənzil-Kommunal sahəsinin 326 saylı, xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. O Qubadlı rayonu məcburi köçkünüdür. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2016-cı ildə vəfat etmişdir. İş materiallarında olan vəsiyyətnaməyə əsasən X4 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1-ü iddiaçıya vəsiyyət etmişdir. Dövlət Notariat Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 3ət notariat ofisində 07 iyun 2001-ci il tarixdə 2B/36 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışdır. Həmin vəsiyyətnamənin xx.xx.2021-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İddiaçı miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin xx.xx.2023-cü il tarixli, 767 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçıya imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, iddiaçı onun oğludur. X4 isə onun anasıdır. ünvan 1-də oğulları ilə birlikdə yaşayır. Sözügedən mənzil anası tərəfindən iddiaçıya vəsiyyət edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (1248.1). Göründüyü kimi ünvan 1 X2 mülkiyyətində olmuşdur. X4 həmin mənzili iddiaçıya vəsiyyət etmişdir. X4 vəfat etdikdən sonra iddiaçı mənzil üzərində vərəsəlik hüququnun tanınması üçün notariat orqanına müraciət edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Mənzil iddiaçının istifadəsindədir. Mənzilin miras əmlak kimi iddiaçı tərəfindən qəbul edilməsinə X2 digər vərəsələri tərəfindən etiraz yoxdur. Bu səbəbdən iddia təmin edilməli, ünvan 1-ün miras əmlak kimi qəbul edilməsi üçün iddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək uzadılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1-ün İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar